Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün hər kəsə yaxşı
məlumdur ki, ölkə rəhbəri İlham Əliyev tərəfindən ölkəmizdə vətəndaşlarla bağlı
həyata keçirilən uğurlu layihələr, tədbirlər, vətəndaşların rifah halının
yaxşılaşdırılması istiqamətində imzalanan çoxsaylı fərman və sərəncamlar Qazax
rayonunda da olduğu kimi icra olunur. Son 3 il
ərzində dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş
amilinin Qazaxda ön plana çəkilməsi, rayon rəhbərinin iş fəaliyyətinin əsasını
rayon sakinləri və onları narahat edən məsələlərin təşkil etməsi bu dediklərimizin
əyani göstəricisidir. Həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər və vətəndaşların
fərdi şəkildə qəbul olunması da bunu söyləməyə əsas verir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Qarapapaq kənd sakini Seyidov
Mirabbas Mirsənan oğlunun, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yaşayan Vəliyeva Günay Ələkbər qızının, şəhər sakini Məmmədova
Səmayə Qasım qızının müxtəlif səpkili
müraciətlərini dinləyən rayon rəhbəri qaldırdıqları hər bir məsələyə diqqətlə
yanaşılacağını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş