Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Respublika Prezidenti İlham
Əliyev tərəfindən ölkəmizdə vətəndaşlarla bağlı həyata keçirilən uğurlu
layihələr, tədbirlər, vətəndaşların rifah halının yaxşılaşdırılması
istiqamətində imzalanan çoxsaylı fərman və sərəncamlar Qazax rayonunda da böyük
rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Ölkə rəhbərinin siyasətinin
əsasını təşkil edən vətəndaş amilinə yönəlmiş bütün işlər Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Son 3 il
ərzində rayon rəhbərinin iş fəaliyyətinin əsasını rayon sakinləri və onları
narahat edən məsələlərin təşkil etməsi hər kəsə yaxşı məlumdur. Bunu həftə
ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan da aydın
şəkildə görmək olar.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Qarapapaq kənd sakini
Musayeva Səbinə Nəriman qızı yaşadığı evin divarlarında yaranmış çatlarla bağlı müraciət etdiyini qeyd
edib. Vətəndaşa qeyd olunan məsələ ilə əlaqədar yerində baxış keçiriləcəyi
bildirilib.
Şəhər sakini, I qrup gözdən
əlil Əliyev İlqar Ələddin oğlunun övladının işi ilə bağlı müraciətinə cavab
olaraq istəyinə uyğun işi yeri yaranan zaman baxılacağı qeyd olunub.
Ürkməzli kənd sakini Orucova Ayşən Oruc qızı iş yerinin dəyişdirilməsinə
köməklik olunmasını xahiş edib. Vətəndaşa boş yer yaranan zaman məlumat veriləcəyi
bildirilib. Eyni zamanda, dövlət qulluğuna imtahanda iştirak etməsi tövsiyə
olunub.
Şəhər sakinləri Həsənov
Asif Söyün oğlunun, Məhəmmədova Züleyxa Xəlil qızının, Xanlıqlar kənd sakini
Həsənov Elnur Həsən oğlunun, Çaylı kənd sakini İsmayılov Rafiq İsmayıl oğlunun,
Alpout kənd sakini Qurbanov Müşviq Maksim oğlunun, İkinci Şıxlı kənd sakini
Məhəmmədov Zakir Məhəmməd oğlunun müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş