İcra başçısı Daş Salahlı kənd həkim məntəqəsində olub
Hər kəsə
yaxşı məlumdur ki, son illər ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün
sosial sahələrin, o cümlədən də səhiyyənin inkişafına əsaslı təkan vermişdir.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət
və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu
islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin,
təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər
birimiz öz həyatımızda hiss edirik. Tam əminliklə demək olar ki, son illər bu
sahənin inkişafı üçün məqsədyönlü işlər görülür. Müasir standartlara cavab
verən səhiyyə ocaqları, xəstəxanalar, tibb məntəqələri inşa olunaraq sakinlərin
istifadəsinə verilir. Ölkə vətəndaşlarına ən yüksək səviyyədə tibbi xidmət
göstərmək üçün bu istiqamətdə görülən işlər ildən-ilə daha geniş vüsət alır. Bu
gün düşmənlə sərhəddə yerləşən Qazax rayonunda müasir standartlara uyğun 145
çarpayılıq və 10 korpusdan ibarət olan Mərkəzi Xəstəxananın tikilməsi isə o
deməkdir ki, bu sahədə görülən işlər təkcə paytaxt Bakıda deyil, həm də
respublikanın bütün bölgələrində uğurla həyata keçirilir. Qazax
rayonunda əksər kəndlərdə müasir tələblərə cavab verən həkim və tibb
məntəqələri fəaliyyət göstərir. 10 mindən çox əhalisi olan Daş Salahlı kəndində
də həkim məntəqəsi bu gün ən müasir formada sakinlərin xidmətində dayanır. Belə
ki, 2015-ci ildə Daş Salahlı kəndində Yaponiya Səfirliyinin xətti ilə tikilmiş
həkim məntəqəsi bu dediklərimizin bariz nümunəsidir. Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kənd
həkim məntəqəsində olub, burada çalışan işçilərlə görüşüb. Sakinlərə göstərilən
xidmətlər və mövcud vəziyyətlə maraqlanıb. Həkim
məntəqəsinin baş həkimi Lətif Səttərov rayon rəhbərinə məlumat verərək bildirib
ki, Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında inşa
olunmuş bu məntəqə Azərbycan-Yaponiya dostluğunun və əməkdaşlığının əyani
sübutudur. Həmin dostluğun bəhrəsi kimi tikilmiş həkim məntəqəsinin sahəsi 216 kvadratmetr
olmaqla 8 otaqdan ibarətdir. Tikinti işləri müasir standartlara uyğun aparılmış
və bütün tələblərə cavab verir. Bundan başqa, həkim məntəqəsi lazım olan bütün müasir
tibbi avadanlıq və inventarlarla tam təmin olunmuşdur. Sonra
rayon rəhbəri həkim və tibb bacıları ilə səmimi söhbət edib, qayğıları ilə
maraqlanıb. Məntəqə ilə tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş