• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı barama saxlanılacaq yerə baxış keçirib

Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı da ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Rayon üzrə 2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi  nəzərdə tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu da nəzərdə tutulmuş planın 125 faiz icrası deməkdir. Kiloqramla müqayisə etsək 1637,3 kq çox deməkdir.

Bu il artıq 4 il olacaq ki, rayonda barama yetişdiriləcək. Hər il olduğu kimi, bu il də yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi hazırlıq işlərinə başlanılıb. Belə ki, barama saxlanılacaq yerlər əvvəlcədən hazırlanıb. Lazım olan bütün tədbirlərin görülməsinə start verilib. Yaxın günlərdə də baramaqurdu kümçülərə təqdim olunacaqdır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BabaşovPrezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə rayonun Yuxarı Salahlı kəndində barama saxlanılacaq yerlə maraqlanıb. Hazırlıq işləri ilə tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.



GOYEZEN.AZ



Facebook-da paylaş