• Təqvim

  • Unutma

  • Maraq



Yeni salınmış yaşayış massivində elektrik xəttinin çəkilişinə start verilib

Artıq 3 ildir ki, Qazaxda ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən vətəndaşlarla keçirilən görüşlər bir ənənə halını alıb. İstər səyyar görüşlər, istər fərdi qəbullar, istərsə də sakinlərin müraciətlərinə əsasən keçirilən bütün görüşlərin əsasını vətəndaş amili təşkil edir. Bu cür görüşlərin keçirilməsində isə əsas məqsəd vətəndaşları narahat edən məsələləri öz dillərindən eşitmək, həlli istiqamətində əməli işlər görməkdir. Ən əsası da dövlətlə xalq arasında olan birliyi, vətəndaşların dövlət məmuruna olan inamını göstərməkdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri, N.Tusi küçəsində salınmış yaşayış massivində yaşayan və həmin ərazidə torpaq sahəsi olan vətəndaşlarla görüşüb. Rayon sakinləri ilə səmimi söhbət aparan icra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, siz sakinləri narahat edən məsələlərin həlli istiqamətində mümkün olan nə varsa edək, qaldırılan hər bir məsələnin müsbət həllinə nail olaq.

İcra başçısı qeyd edib ki, bu ərazidə qaz və elektrik xəttinin çəkilməsi qarşıda duran məsələlərdəndir. Bu məsələ ilə bağlı adiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldı və yaxın günlərdə burada elektrik xəttinin çəkilməsinə start veriləcək. Bununla bağlı aidiyyəti təşkilat rəhbərinə tapşırıq verilib.

Sakinlərdən Nazdı Həsənova, Səmaya Nəzərova, Bəhram Nəbiyev və başqaları çıxış edərək vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün qaldırılan hər hansı bir məsələnin öz müsbət həllini tapması dövlətin, ölkə başçısının biz vətəndaşlara olan diqqət və qayğısı deməkdir. Sakinlər elektrik xəttinin çəkilməsinə başlanılması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd ediblər.

Sakinlərlə səmimi söhbət edən icra başçısı rayonda onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. 





GOYEZEN.AZ



Facebook-da paylaş