YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
Bu gün Yeni Azərbaycan
Partiyası (YAP) Qazax rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. Qazax Gənclər Mərkəzində keçirilən konfransda Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə, YAP Qazax rayon təşkilatı idarə
heyətinin üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonda çalışan və təhsil
alan fəal gənclər, KİV nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları və qonaqlar
əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və əziz
xatirəsini böyük ehtiramla yad ediblər. Sonra ümummilli liderin adını daşıyan mərkəzdə
həyat və fəaliyyəti ilə tanış olublar. Daha sonra Qazax Gənclər Mərkəzində davam edən
konfrans YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin fəaliyyəti ilə bağlı hazırlanmış videoçarxın nümayiş etdirilməsi
ilə öz işinə başlayıb. Videoçarxda birlik üzvü olan gənclərin YAP fəalları
olaraq ötən dövr ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr nümayiş
olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov konfransı giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb,
gəncləri konfransın keçirilməsi münasibətilə təbrik edib. Konfrans
iştirakçılarına uğurlar arzulayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən
sonra konfransın aparılması üçün sədr və katib seçilib. YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri
Vüsal İsmayılov gündəlikdə duran məsələlər barədə məlumat verib. Qeyd olunan məsələlər
səsə qoyularaq qəbul olunub. Sonra V.İsmayılov geniş məruzə ilə çıxış edərək
rayon rəhbərliyini və qonaqları salamlayaraq iştiraklarına görə rayon gəncləri
adından minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün qürurla deyə
bilərik ki, əsl ümumxalq partiyası olan, Yeni Azərbaycan Partiyasının gəncləri
ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı
naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman Onun ən yaxın
köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx
birlik nümayiş etdirirlər. YAP-ın sıralarında gənclər böyük
üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti
də gənclərdən ibarətdir. Vurğulayıb ki, partiyamızın 730 mindən artıq üzvü var
ki, onların da 40 faizini gənclər təşkil edir. YAP Qazax rayon təşkilatının üzvlərinin
sayı isə artıq 9697 nəfərə çatmışdır ki, onların da 2603 nəfərini gənclərimiz təşkil
edir. V.İsmayılov çıxışı zamanı qeyd edib ki, vətəndaşlarımızın, xüsusən də gənclərimizin
partiyamızın sıralarına belə yüksək həvəslə qoşulması heç də təsadüfi deyil.
Partiyamızın hakimiyyətdə olduğu 26 il ərzində həm ulu öndər Heydər Əliyev, həm
də Prezident İlham Əliyevin həyata keçirdiyi
düşünülmüş, uzaqgörən, öllkəmizə fayda gətirən daxili və xarici siyasəti
birlikdə vəhdət təşkil edib. Bütün dünyada müxtəlif sahələrdə özünü göstərən
böhranların fonunda Azərbaycan sabit şəraitdə sürətli inkişafını davam etdirib.
Müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər
tutan ölkə başçısı yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan
həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövləti maraqlardan
çıxış edib. Bildirib ki, əməlində ulu öndər Heydər Əliyev tərəfindən dəqiqliklə
hazırlanan müstəqil dövlətin inkişaf kursu dayanan, bu gün Prezident İlham
Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan
Cənubi Qafqazın sürətlə inkişaf edən ən uğurlu müstəqil dövlətinə çevrilib. Təkcə
son bir ilə nəzər salsaq istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələr
fəth edildiyinin, sözün həqiqi mənasında nəhəng irəliləyişin əldə edildiyinin
şahidi olarıq. Hesabat ili ərzində YAP Qazax rayon təşkilatı Gənclər
Birliyi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Təşkilat
fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun qurmuşdur.
Daim ulu öndər Heydər Əliyev ideyalarına bağlılığı, cənab Prezident,
partiyamızın sədri İlham Əliyevin praqmatik siyasi xəttinə dəstəyi ilə
seçilən partiyamızın Gənclər Birliyi ötən dövrdə də ənənəsinə sadiq qalmışdır.
Fəaliyyətini Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ictimai-siyasi fəaliyyəti
ilə bağlayan rayon gəncliyi bu istiqamətdə
qətiyyətli yollar keçərək, bugünkü günümüzdə öz mövqeyi ilə seçilir. Qeyd edib
ki, fevral ayının 1-də Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə
görüş keçirdi. Ölkə başçısı həmin görüşdə Azərbaycan gəncliyinə böyük önəm
verdiyini bir daha qeyd etmişdir. Həmin görüşdə prezidentimiz demişdir: "Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi
ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək
qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm
ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər
gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün
tutmalıyıq”. Görülən işlər barədə məlumat verən V.İsmayılov qeyd
edib ki, birlik YAP Qazax rayon təşkilatı ilə birgə il ərzində Yeni Azərbaycan
Partiyasının yaranması, rayon təşkilatının yaranması, ulu öndərin anadan
olması, Qurtuluş Günü və digər bayram günləri ilə əlaqədar mini futbol, güləş,
şahmat və bilik yarışları keçirmiş, qaliblər diplom və hədiyyələrlə
mükafatlandırılmışlar. Bundan əlavə, 23 dekabr
2014-cü il - Bələdiyyə seçkilərində, 1 noyabr 2015-ci il – Parlament seçkilərində,
26 sentyabr 2016-cı il - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə
və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi seçki kampaniyası ərəfəsində Yeni Azərbaycan Partiyasının gənc
üzvləri partiya rəhbərliyinin verdiyi bütün tapşırıqları yerinə yetirərək, həm
müşahidəçi, həm namizədin təbliğatçısı, həm də seçki qərargahının üzvü kimi
seçkilərdə fəal iştirak etmişlər. Bildirib ki, ötən ilin ən əlamətdar hadisələrindən
biri də 11 aprel 2018-ci ildə, yəni tam bir il öncə keçirilən prezident
seçkisi olmuşdur. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının namizədi
cənab İlham Əliyevin təbliğat təşviqatı ilə bağlı Qazax rayon mərkəzi
stadionunda 22 mart 2018-ci ildə keçirilən tədbirdə 30 mindən artıq rayon
sakini iştirak edərək Qazax əhalisinin prezidentimizin yanında olduğunu bir
daha sübut etdilər. Daha sonra partiyamızın sədri cənab İlham Əliyevin seçicilərin
86,03 %-nin səsini toplayaraq növbəti dəfə Azərbaycan Respublikasının
Prezidenti seçilməsi rayonumuzda toy-bayram
kimi qeyd olundu. Heydər Əliyev prospektindən başlayan zəfər yürüşü ulu öndərin
adını daşıyan parkda konsert proqramı və atəşfəşanlıqla davam etdi. Bu tədbirlərdə
də rayon gəncləri dövlət başçısını hər zaman dəstəklədiklərini nümayiş etdirdilər. Çıxışının sonunda V.İsmayılov bildirib ki, respublikamızda
olduğu kimi, Qazaxda da gənclərə olan diqqət və qayğı çox yüksək səviyyədədir.
Həm Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, həm də YAP Qazax rayon təşkilatının
sədri Həmid Pənahov tərəfindən gənclərə böyük dəstək göstərildiyini bildirib. Gənclərə
göstərilən bu diqqət və qayğıya görə başda Prezident İlham Əliyev olmaqla rayon
rəhbərliyinə bütün gənclər adından öz təşəkkürünü bildirib. Gənclərdən Qazax Sement Zavodunda mühəndis vəzifəsində
çalışan Zaur Əliyev çıxış edərək bildirib ki, bugünkü
müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də, heç
şübhəsiz Azərbaycan gəncliyidir. Azərbaycan gəncliyi hər zaman dövlətimizin,
millətimizin qürur mənbəyi olmuşdur. O, qeyd edib ki, gənclərimizin bir fərd, əsl
Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin
danılmaz əməyi, misilsiz xidmətləri vardır. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib
və önəmli hesab edərək deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın
uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan prezidenti kimi mən də
bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə
Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Dövlətimizin başçısı gənclərlə
bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin
qarşısında üç mühüm vəzifənin durduğunu qeyd etmişdir: Peşəkarlığı və
intellektual səviyyəni artırmaq, torpağa, yurda bağlılığı və ən nəhayət yüksək
insani keyfiyyətlərin formalaşdırılmasıdır. Gənclər siyasəti hər zaman dövlət
siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Ən vacib məsələ isə digər sahələr
kimi gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur.
Çox sevindirici haldır ki, bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən
yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü
siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncləri gündən-günə
ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar: Məhz dövlətin gənclərə
dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına
inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və
idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Bu
baxımdan, YAP sıralarında birləşən gənclər də ölkəmizin ictimai-siyasi həyatında
fəal iştirak edirlər. O, çıxışı zamanı vurğulayıb ki, Azərbaycan gəncliyi kifayət
qədər vətənpərvərdir. Biz bunun ən yaxşı nümunəsini Aprel döyüşlərində gördük.
Azərbaycan gəncləri bir yumruq kimi Ali Baş Komandanın əmri ilə birləşməyə və
düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdi. Biz müharibə
şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, Vətənə bağlılığımız,
tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Qazax Dövlət Sosial-İqtisadi Kollecinin II kurs tələbəsi
Turanə Qasımova çıxışında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər
siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə
uyğun şəkildə davam etdirilməsini bir gənc olaraq yüksək qiymətləndirdiyini
bildirib. Bütün sahələrdə gənclərin önə çəkilməsini minnətdarlıq hissi ilə
qarşılayan gənc tələbə bu gün Azərbaycan gənclərinin ölkə başçısı İlham
Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini, yürütdüyü daxili və
xarici siyasətə inandıqlarını, eyni zamanda, ölkəmizin işıqlı gələcəyinin məhz
onun çiyinlərində gördüklərini vurğulayıb. "YAP bu gün ətrafında cəmiyyətin
bütün təbəqələrini, o cümlədən də biz gəncləri birləşdirir”, - deyən tələbə bu
partiyanın üzvü olduğu üçün qürur hissi keçirdiyini də qeyd edib. Qazax
Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük məsləhətçi Kənan Hüseynli
çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində son
15 il ərzində ölkəmizdə həyata keçirilən islahatların davamlı xarakter daşıdığını
bildirib. Qeyd edib ki, 2019-cu ilin əvvəlindən başlayaraq respublikamızda
islahatların əhatə dairəsi daha da genişləndirilib. Aparılan
tədbirlər nəticəsində təkcə ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon
manatdan çox artıb. Bu isə minimum
əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, şəhid ailələrinə və
Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə verilən müavinətlərin, o
cümlədən tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasına şərait
yaratmışdır. Təbii ki, gənc nəsil bu prosesdən
kənarda qalmır və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin
yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca
istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən və
onların önə çəkilməsindən ibarətdir. Diqqətə
çatdırıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə keçirilən gənclər arasında məşğulluğun və savadlılığın
artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq
simpozium və konfranslar da ölkə gəncliyinin daha gözəl sabahı üçün
nəzərdə tutulan tədbirlərdir. Bundan əlavə, gənclərə
gələcəkdə iş həyatlarına daha təcrübəli başlamaqları üçünAzərbaycan brendi olan "ASAN xidmət”də, yerli və beynəlxalq tədbirlərdə könüllü
fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Qeyd edib ki, heç şübhəsiz
ayrılan bu diqqət, xüsusən də Yeni Azərbaycan Partiyasının sədri, ölkə
Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti gənclərin
partiyaya axınının sürətlənməsində xüsusi əhəmiyyət kəsb edir. "Biz YAP gəncləri də Prezident İlham Əliyevin
siyasi xəttini dəstəkləyirik və dəstəkləyəcəyik”, - deyən gənc bütün
həmyaşıdlarını bu amal uğrunda birləşməyə çağırıb. Bakı
Dövlət Universiteti Qazax filialının II kurs tələbəsi Fəridə İsgəndərova da
konfransda çıxış edib, gənc olaraq fikirlərini çatdırıb. Qeyd edib ki, bu gün
Yeni Azərbaycan Partiyasının gənc üzvi kimi ölkəmizdə elm, təhsil və gənclik
sahəsində aparılan tədbirlər və yaradılan şəffaflıq məni çox sevindirir. Hər
birimizə məlumdur ki, biz gənclər hər zaman ulu öndər Heydər Əliyev və ölkə prezidenti
İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət
mərkəzində olmuşuq. Bunun bariz nümunəsi kimi ulu öndər Heydər Əliyevin
hakimiyyəti dövründə gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri
arasında ilk dəfə Azərbaycanda qeyd olunmuş, ümummilli lider tərəfindən 1997-ci
ildə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunması üçün sərəncam qəbul
olunmuşdur. Bu gün də ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı, ölkə
prezidenti İlham Əliyev tərəfindən biz gənclərin dünyagörüşlü, elmli, savadlı
kadr kimi inkişafı daim diqqət mərkəzində olmuş və bu sahədə uğurlu adımlar
atılmışdır. 2005-ci ildə ölkə prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan
Gəncliyi Dövlət Proqramı”nın təsdiq edilməsi, 2007-ci ildə "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında sərəncam verilməsi, həmçinin, biz gənclərin
qabiliyyətini, bacarığını üzə çıxarmaq və qiymətləndirmək naminə 19 dekabr
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun
yaradılması haqqında sərəncam verilməsi bir daha biz gənclərə göstərilən diqqət
və qayğının bariz nümunəsidir. YAP
Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək bildirib ki, bu gün
ötən dövrdə görülən işlərə nəzər salsaq görərik ki, YAP təsis olunduğu ilk gündən
gənclərə böyük üstünlük verib. Gündən-günə öz sıralarını gənclərlə genişləndirən
partiya bütün tədbirlərdə, təbliğat işlərində gəncləri hər zaman önə çəkir.
H.Pənahov bildirib ki, bu gün ölkəmizdə gənclərin öncül yerlərdə dayanması,
bütün sahələrdə gənclərə önəm verilməsi bir daha sübut edir ki, ölkə başçısı
Azərbaycanın parlaq gələcəyinin məhz gənclərin əllərində olduğunu bildirir və
bu yolda onlara hər zaman dəstək olur. Ölkə başçısı tərəfindən hər cür qayğı
ilə əhatə olunan gənclərin rayon rəhbərliyi tərəfindən də daim diqqətdə
saxlandıqlarını vurğulayıb. Gənclərə verilən böyük dəyərə görə ölkə başçısına
və rayon rəhbərliyinə YAP Qazax rayon təşkilatının çoxsaylı gəncləri adından
minnətdarlığını çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək qeyd edib ki, qısa müddət də olsa tarixi keçmişə dönüb
baxsaq görərik ki, YAP yarandığı gündən bizlərə çox şey bəxş etdi. YAP Azərbaycana,
xalqa sağlam gənclik, təlim-tərbiyə, yüksələn inkişaf, bir sözlə, çox şey
verdi. Bu gün kimliyindən, yaşından asılı olmayaraq hər bir ölkə vətəndaşı dünənin,
bu günün və gələcəyin partiyası olan YAP-la fəx edir, qürur hissi duyur. İcra başçısı qeyd edib ki, bu gün Azərbaycanın
inkişafı YAP-ın xətti ilə reallaşır. Ölkədə qazanılan hər bir uğur və nailiyyətin
arxasında xalqın öz iqtidar partiyasına olan inamı dayanır. "Bu gün siz gənclər
birmənalı şəkildə bilməlisiniz ki, dövlətin siyasəti gənclərin gələcəyinə,
sağlam fərd kimi yetişməyinizə, əsl vətəndaş və şəxsiyyət kimi formalaşmağınıza
hesablanıb”, - deyən rayon rəhbəri bunun üçün ölkə başçısı tərəfindən hər cür
diqqət və qayğı göstərildiyini bildirib. Gənclərə göstərilən
diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Prezident
Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri,
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyevin, şöbənin baş məsləhətçisi
Həmid Nəsibovun, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direkoru Fərid
Cəfərovun iştirakı ilə respublikamızda ilk dəfə olaraq Qazax rayonunda gənclərlə
keçirilən görüş bu qayğının bariz nümunəsidir. 2 fevral 2019-cu il tarixində Azərbaycan
Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan
"Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin (GİKM) fəaliyyətindən söz açan
rayon rəhbəri bu mərkəzin gənclərə geniş imkanlar açacağını bildirib. Qeyd edib ki, fəaliyyətə
başladığım ilk gündən söyləmişəm ki, mən siz gənclərə böyük etimad göstərirəm.
Çünki bilirəm ki, Azərbaycan gəncləri yüksək potensiala malikdir. Ən əsası da
bu ölkədə güclü Azərbaycan dövləti naminə ölkə başçısını dəstəkləyən gənclər
ordusu yetişir. Sonda konfrans münasibətilə gəncləri bir daha təbrik
edən rayon rəhbəri onlara gələcək işlərində uğurlar arzulayıb. Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək
qeyd edib ki, bugünkü konfransın məhz 11 aprel tarixində keçirilməsi heç də təsadüfi
deyil. Necə ki, 1 il öncə 11 aprel tarixində keçirilən Prezident seçkilərində gənclər
olaraq öz dəstəyinizi nümayiş etdirdiniz, eləcə də bu gün bir daha göstərirsiniz.
Siz gənclər bir il öncə təkcə ölkə başçısının seçilməsi üçün deyil, eyni
zamanda, Azərbaycanın parlaq gələcəyinə, ölkədəki sülhə, əmin-amanlığa səs
verdiniz. P.Kərimzadə qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev
hakimiyyətə gələndə ölkədə böyük bir dönüş yarandı. Azərbaycan öz müstəqilliyinə
qovuşdu. 2003-cü ildə ölkə başçısı İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan
xalqı bir daha əmin oldu ki, ölkənin müstəqilliyi əbədidir, dönməzdir. Xüsusilə
də bu gün hər bir vətəndaş ölkə başçısının söylədiyi "Mən hər bir Azərbaycan vətəndaşının
Prezidentiyəm” cümləsinin real əksini görülən işlərdə, həyata keçirilən layihələrdə
hər gün hiss edir və görür. Bu gün Azərbaycan sözdə deyil, əməldə uğurlu siyasət
yerinə yetirir. Son aylar ölkə başçısının imzaladığı çoxsaylı sərəncam və fərmanlar,
hər zaman ölkə vətəndaşının yanında olması bunu söyləməyə əsas verir. Bildirib
ki, bu gün sevindirici haldır ki, ölkə rəhbərinin uğurla yürütdüyü siyasət
Qazaxda da olduğu kimi icra olunur. Bunu son illər rayonda olan abu-havadan, aparılan
quruculuq işlərindən, qazanılan uğur və nailiyyətlərdən də görmək olur. P.Kərimzadə qeyd edib ki, bu gün konfransda səslənən
fikirlərdən bir daha aydın oldu ki, ölkə başçısının dövlət siyasəti siz gənclər
tərəfindən gələcəkdə də yüksək səviyyədə dəstəklənəcək. Çünki ölkə rəhbəri Azərbaycanın
inkişafı deyərkən siz gənclərin gələcəyini düşünür. Milli
Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək bildirib ki, Qazaxa gələn zaman
hər dəfə bir yeniliyin, yüksək inkişafın şahidi oluruq. Ən əsası da diqqətçəkən
məqamlardan biri də odur ki, ölkə başçısının gənclərlə bağlı siyasəti, onlara
olan diqqət və qayğısı bütün bölgələrimizdə, eləcə də Qazaxda yüksək səviyyədə
icra olunur. Bu gün biz gənclər üçün geniş imkanlar yaradılıb. Necə ki, ölkə
rəhbəri biz gənclərə böyük ümidlər bəsləyir, eləcə də bizlər çalışmalıyıq ki,
bizdən sonra gələn gəncliyə nümunə olaq, öz töhfəmizi verək. "YAP gəncləri hər
zaman fəaldırlar”, - deyən N.Həmzəyev gəncləri bundan sonra da ölkə başçısı,
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə, hər zaman həmrəylik
nümayiş etdirməyə səsləyib, bu yolda hər bir gəncə uğur arzulayıb. Sonra Gənclər Birliyinin fəaliyyəti və şura üzvlərinin
tərkibi səsə qoyularaq qəbul olunub. Birliyin sədrinin seçilməsi üçün komissiya
yaradılıb və üzvlər seçilib. Daha sonra birliyin sədri vəzifəsinə gənclərdən
Pirverdiyev Müşfiq Müqabil oğlunun və Hüseynli Kənan
Elxan oğlunun namizədlikləri irəli sürülüb. 140 nəfərin iştirak etdiyi gizli səsvermədə
Kənan Hüseynli 74 səs sayı ilə Gənclər Birliyinin sədri seçilib. Gənc birlik sədri
ona göstərilən etimada görə minnətdarlığını bildirib və bundan sonra dövlətlə gənclər
arasında bir körpü rolunu oynayacağını, ən əsası da ona olan etimadı layiqincə
doğruldacağını qeyd edib. Sonda sədrin müavinləri və idarə
heyətinin tərkibi səsvermə yolu ilə seçilib. Gənclərdən Müşfiq Pirverdiyev və Fəridə
İsgəndərova birlik sədrinin müavinləri seçiliblər. Həmçinin, Bakı şəhərində
keçiriləcək Respublika konfransında iştirak edəcək 3 nəfər nümayəndə də
seçilib. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq gəncləri bir daha təbrik edib,
yeni seçilən sədr və müavinlərə, idarə heyətinin üzvlərinə gələcək işlərində
uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş