• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində ölkə vətəndaşının firavan yaşam tərzi dayanır. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə vətəndaş amilinin hər zaman ön plana çəkilməsi dövlətin vətəndaşına olan diqqət və qayğısı deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Ölkə başçısının son aylar imzaladığı fərman və sərəncamlar bir daha onu sübut edir ki, atılan hər bir uğurlu addımın arxasında vətəndaş qayğıları və onların müsbət həll olunması dayanır. Bu gün dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə də bu sahənin hər zaman ön planda olması, sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar bunu söyləməyə əsas verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Şəhər sakini İsmayılov Raqif Yaşar oğlu işlə təmin olunması və ünvanlı sosial yardımla bağlı müraciət edib. Vətəndaşın işlə bağlı istəyinə cavab olaraq dövlət qulluğuna imtahanda iştirak etməsi tövsiyə olunub. Ünvanlı sosial yardımla bağlı isə aidiyyəti üzrə müraciət etməsi qeyd olunub  və vətəndaşa rəsmi cavab veriləcəyi bildirilib.

Canalı kənd sakini Xəlilov Fərmayıl Qədim oğlu müraciətində özünün və yoldaşının səhhətində yaranmış vəziyyətlə bağlı müalicələrinə və ünvanlı sosial yardıma köməklik edilməsini qeyd edib. Vətəndaşa hər iki məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.

Bala Çaylı kənd sakini Mustafayeva Səyalı Rasim qızının işlə bağlı müraciətinə cavab olaraq müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak etməsi bildirilib.

Şəhər sakini Xasməmmədova Qiyafət Paşa qızının, Canalı kənd sakini Xatınova Nəzakət Nəsib qızının, Hüseynbəyli kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Nəsibov Elşad İsmixan oğlunun, Çaylı kənd sakini Qaraxanov Etibar Yasin oğlunun, Qızılhacılı kənd sakini Alıyev Elşən Cəbrayıl oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.



GOYEZEN.AZ



Facebook-da paylaş