Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı hazırlanacaq tədbirlər planında əksini tapan təklif və məsələlər müzakirə olunub
Bu gün hər kəsə
yaxşı məlumdur ki, ötən il Qazax rayonu və qazaxlılar üçün bir əlamətdar hadisə
ilə yadda qaldı. Ölkə başçısı İlham Əliyev Azərbaycan təhsilində müstəsna xidmətləri
olan Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə
qeyd olunması ilə bağlı 3 noyabr 2018-ci il tarixli sərəncam imzaladı. Bu xəbər
bütün rayon ziyalıları tərəfindən sonsuz minnətdarlıq hissi ilə qarşılandı.
Qazaxlı ziyalılar bu sərəncamı təkcə seminariyaya deyil, bütövlükdə təhsil
sahəsinə verilən yüksək qiymət kimi dəyərləndirdilər və buna görə dövlət
başçısına minnətdarlıqlarını bildirdilər. Bəli, bu sərəncam bir daha onu sübut
etdi ki, ölkəmizdə təhsil sahəsinə nə qədər yüksək diqqət və qayğı ilə
yanaşılır. Qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti bu gün də ölkə
rəhbərinə öz dərin təşəkkürlərini çatdırırlar. Çünki ölkə başçısı ötən il
olduğu kimi, bu il də daha bir sərəncamı ilə biz qazaxlıları sevindirdi,
qürurlandırdı. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir,
tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl
Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika
səviyyəsində keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən 28
yanvar 2019-cu il tarixli sərəncamın imzalanması hər bir qazaxlının ürəyincə
oldu. Bu sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayan qazaxlılar, eləcə
də bütün ictimaiyyət nümayəndələri bir daha şahidi oldu ki, ölkə başçısı,
dövlətimiz öz ziyalısına, görkəmli şəxsiyyətlərinə həmişə yüksək dəyər verib və
bu, bundan sonra da belə olacaqdır. Bəli, bu gün
həmin ali sərəncama əsasən Xalq yazıçısının doğulub boya-başa çatdığı Qazaxda
da 100 illik yubiley tədbirinə xüsusi hazırlıq işləri görülür. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyət İsmayıl
Şıxlının 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı
15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli sərəncamın imzalanması, həmin
sərəncamla rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupunun
yaradılması bu dediklərimizin əyani sübutudur. Həmçinin, yubiley tədbirinin
yüksək səviyyədə təşkili ilə bağlı 14 fevral və 13 mart 2019-cu il tarixlərdə
rayon ziyalılarının, ağsaqqallarının, Xalq yazıçısının yaxınlarının iştirakı
ilə geniş tərkibdə müşavirələrin keçirilməsi bu istiqamətdə görülən işlərin
uğurla davam etdirilməsi deməkdir. Həmin sərəncama
əsasən qeyd olunan məsələlərdən biri də yubileylə bağlı tədbirlər planının
hazırlanmasıdır. Bu gün tədbirlər planında əksini tapan təklif və məsələlər
müzakirə olunub. Bununla bağlı Qazax Rayon İcra Hakimiyyətində keçirilən
görüşdə rayon
ziyalıları, ağsaqqallar, işçi qrupunun üzvləri, Ədəbiyyat
müəllimləri, gənclər, Xalq
yazıçısının yaxınları iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət
verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə
ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından bir daha öz dərin
minnətdarlığını bildirib. İcra başçısı qeyd edib ki, fəaliyyətə
başladığım ilk gündən keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıram.
Çünki biz keçirilən həmin tədbirlərlə həm də Qazaxı təqdim etmiş oluruq. Odur
ki, hər bir tədbir öz əhəmiyyətinə görə böyük məna daşıyır. İcra başçısı bildirib ki, bu
gün biz fəxr etməliyik ki, ulu öndərin qiymət verdiyi, ölkə rəhbərinin yüksək dəyər
verdiyi insan haqqında söz demək, onu tanıtmaq kimi bir şansımız var və bu
şansı bizlərə ölkə başçısı öz sərəncamı ilə bəxş edib. Rayon rəhbəri vurğulayıb ki, istər fevral, istər mart aylarıında geniş
tərkibdə keçirilən müşavirələr, müxtəlif vaxtlarda dəfələrlə olan görüşlər, eləcə
də bugünkü növbəti tədbirin keçirilməsində əsas məqsəd yubiley tədbirinin
respublika səviyyəsində təntənəli şəkildə təşkil olunmasını, təklif və istəklərimizi
bir daha gözdən keçirmək və tədbirlər planında öz əksini tapması üçün müzakirə
etməkdir. Var qüvvəmizlə çalışmalıyıq ki, İsmayıl Şıxlı şəxsiyyətini olduğu
kimi təqdim edə bilək. Ən əsası bizlər də çalışmalıyıq ki, ölkə başçısının
qazaxlılara, qazax ziyalılarına verdiyi dəyəri yubiley tədbirini yüksək səviyyədə
keçirməklə qiymətləndirək. Sonra tədbirlər planında qeyd
olunacaq təkliflər işçi qrupunun üzvləri və rayon ziyalıları tərəfindən müzakirə
olunub. Səsləndirilən digər əlavə təkliflər də qeyd olunaraq tədbirlər planının
hazırlanması hamılıqla qəbul olunub. Həmin tədbirlər planında öz
əksini tapan ən başlıca məsələlərdən biri görkəmli yazıçının
həyat və fəaliyyətini, keçdiyi böyük yaradıcılıq yolunu işıqlandırmaq, onunla
bağlı xatirələri geniş tamaşaçı kütləsinə çatdırmaq məqsədilə Qazax Rayon İcra
Hakimiyyətinin dəstəyi ilə "Əbədiyyət heykəli” adlı sənədli filmin
çəkilməsidir. Bundan əlavə, İsmayıl Şıxlı yaradıcılığına, şəxsiyyətinə dəyər
verən tanınmış insanların xatirələrinin yer aldığı "İsmayıl Şıxlı xatirələrdə”
adlı kitabın çap olunmasıdır. Həmçinin, 100 illik yubileylə bağlı rəsm və
məqalə müsabiqələrinin, bilik yarışlarının, ədəbi gecə və konfransların keçirilməsi
və s. da bu istiqamətdə görülən işlərdəndir. Ziyalılardan Bakı Dövlət Universiteti Qazax filialının direktoru Arif
Rüstəmov, rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov, işçi
qrupunun üzvlərindən Azərbaycan
Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, RİHB-nin Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi
Mübariz Abdullayev, "Göyəzən” qəzetinin baş redaktoru Elçin Məmmədov,
ağsaqqallardan Cavanşir Rüstəmov, Rəhim Rəhimov, şəhər 3 saylı tam orta məktəbin
xarici dil müəllimi Tahirə Xasməmmədova və başqaları çıxış edərək öncə yubiley
tədbirinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə ölkə başçısına böyük
minnətdarlıqlarını bildiriblər. Yubiley tədbirinin yüksək səviyyədə təşkil
olunması üçün bu cür qayğı göstərdiyinə, diqqət ayırdığına görə rayon rəhbərinə
sonsuz təşəkkürlərini çatdırıblar. İsmayıl
Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini çatdıran çıxışçılar qeyd ediblər ki,
o, nəinki eli, obası, eləcə də bütöv Azərbaycan üçün dəyərli insan idi. O, Azərbaycanın
ziyalısı idi. O, təkcə Qazaxın deyil, bütün Azərbaycanın İsmayıl Şıxlısı idi.
Uşaqla uşaq, böyüklə böyük olan o görkəmli şəxsiyyət bu gün də əbədi olaraq qəlblərdə
yaşayır. Hər kəsin qəlbində, xatirələrində özünəməxsus xüsusiyyətləri ilə dərin
bir iz qoyub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun
vuraraq tədbirlər planında əksini tapacaq təkliflər və məsələlərlə bağlı aidiyyəti
şəxslərə tapşırıqlarını verib. GOYEZEN.AZ
Facebook-da paylaş