• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə ağacəkmə kampaniyası keçirilib


Gündən-günə inkişaf edən, müasirləşən Azərbaycan artıq 10 milyonluq bir ölkədir. Bu xəbər bütün ölkəmizdə sevinc hissi ilə qarşılanır. Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə əlaqədar bir sıra tədbirlərin keçirilməsinə start verilib.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə ağacəkmə kampaniyası keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun fəal gənclərinin iştirakı ilə şəhərin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda şam tingləri əkilib.












GOYEZEN.AZ



Facebook-da paylaş