Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Azərbaycanda
həyata keçirilən sosial siyasətin kökündə Prezident İlham Əliyevin hər zaman
diqqət mərkəzində saxladığı vətəndaş amili dayanır. Heç kəsə sirr deyil ki, hakimiyyətə
gəldiyi ilk gündən ölkə başçısı vətəndaş mövqeyini və onları narahat edən
qayğıları iş fəaliyyətinin əsas tərkib hissəsi hesab edir. Bunu ölkə rəhbərinin
uğurla həyata keçirdiyi layihələrdən, vətəndaşlarla keçirilən səmimi görüşlərdən,
onları narahat edən qayğıların birbaşa ölkə başçısı tərəfindən dinlənilməsindən
də aydın şəkildə görmək olar.
Bu gün dövlət
başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da daim
diqqət mərkəzində saxlanılır. Bu sahənin hər zaman ön planda dayanmasının ən
bariz nümunəsi sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullardır. Rayon
rəhbəri tərəfindən keçirilən hər bir görüşün arxasında vətəndaş qayğıları və
onların müsbət həlli dayanır.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon
sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər
sakinləri Əhmədova Afət Zakir qızı və Hüseynova Təranə Nahat qızı müraciətlərində
işlə təmin olunmalarına köməklik edilməsini qeyd ediblər. Vətəndaşlara istəklərinə
uyğun boş yer yaranan zaman məlumat veriləcəyi bildirilib.
Şəhər
sakinləri Vəliyev Şahvələd Hümbət oğlunun, Nəbiyev Kəmaləddin İsə oğlunun, İbrahimov
Elman Novruz oğlunun, Daş Salahlı kənd sakini Nəbiyeva Nuriyyə Əvəz qızının,
Bağanıs Ayrım kənd sakini Adıgözəlova Şəhla Vaqif qızının, Xanlıqlar kənd
sakini Qurbanova Nailə Müşfiq qızının, Barxudarlı kənd sakini Əsgərova Ülkər
Səyad qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş