• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də vətəndaş amilidir. Bu sahənin hər zaman ön planda dayanmasını sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan aydın şəkildə görmək olar. Rayon rəhbəri tərəfindən keçirilən hər bir görüşün arxasında vətəndaş məmnunluğu dayanır. Qazaxda dövlət başçısının da söylədiyi kimi xalqa xidmət prinsipinə söykənən bu cür görüşlərin keçirilməsi artıq bir ənənə halını alıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Şəhər sakini Babacanov Fəxrəddin Məsim oğlu müraciətində xəstəliyi ilə bağlı əlillik dərəcəsinin alınmasına köməklik olunmasını bildirib. Vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub, eyni zamanda, ona rəsmi qaydada cavab veriləcəyi bildirilib.

Şəhər sakini Bünyatov Nadir Nürəddin oğlunun qəyyumluq məsələsi ilə bağlı istəyinə cavab olaraq rəsmi qaydada müraciət etməsi tövsiyə edilib. Vətəndaşa müraciətinə baxılacağı və köməklik olunacağı qeyd olunub.

Qarapapaq kənd sakinləri Həsənov Hüseyn Saleh oğlunun, Qurbanova Vüsalə İsmayıl qızının, Canalı kənd sakini Səfərov Osman Omar oğlunun, kollektiv şəkildə müraciət etmiş İkinci Şıxlı kənd sakinlərindən Abdullayev Hacıxəlil Vahid oğlunun, Nuruyev Həmid Məhəd oğlunun, Süleymanov Orxan Kamandar oğlunun, Qədimov Xasməmməd Nəsrəddin oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Fərdi qəbul zamanı müraciət edən rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə razılıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün hər bir rayon sakininin etdiyi müraciət öz müsbət həllini tapırsa, qaldırdığı hər hansı bir məsələyə operativ şəkildə baxılırsa, mümkün olan qədər köməklik olunursa, həlli vacib olan məsələlərə diqqətlə yanaşılırsa, bu, dövlətin, dövlət başçısının hər zaman öz vətəndaşının yanında olması deməkdir.





GOYEZEN.AZ



Facebook-da paylaş