• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı çörəkbişirmə sexində olub


Bu gün tam əminliklə deyə bilərik ki, ölkə prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda hər bir sahə üzrə ön plana çəkilir. Görülən hər bir işdə, atılan hər bir addımda vətəndaş mövqeyi, sakinlərin rahatlığı, onların istəyi üstün tutulur. Vətəndaşların sağlamlığının və təhlükəsizliyinin qorunması, əhalinin yüksək keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması da bu siyasətin ən başlıca istiqamətlərindən biridir. Məhz dövlət başçısının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı 26 yanvar 2018-ci il tarixli Sərəncamı və bu sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətdə görülən işlər bunun əyani sübutudur. Respublika Prezidentinin Fərmanına əsasən "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi, agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Prezident İlham Əliyevin 22 may 2018-ci il tarixli növbəti Sərəncamı bir daha sübut edir ki, ölkəmizdə bu sahədə atılan bütün uğurlu addımlar vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasına xidmət göstərir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkərək əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret tapşırıqlar verir, bu istiqamətdə əməli işlər görür.

Bu gün rayon rəhbəri "Məhəllə” çörəkbişirmə sexində olub. Sexdəki mövcud vəziyyətlə tanış olan icra başçısı sakinlərə göstərilən xidmət və təklif olunan çörəyin keyfiyyəti ilə maraqlanıb. Keçirilən baxış zamanı çörəyin necə bişirilməsi, işçilərin gigiyena və antisanitariya qaydalarına əməl etməsi, obyektdə səliqə-səhman yaradılması, sakinlərə göstərilən xidmət və təklif olunan çörəyin keyfiyyətinin yüksək səviyyədə olması barədə bəzi tapşırıqlar verib.

Sonra icra başçısı rayon ağsaqqallarının istirahət etdiyi Qazax rayon Müharibə və Əmək Veteranlarının İstirahət Mərkəzində də olub, onlarla səmimi söhbət edərək qayğıları ilə maraqlanıb.

Göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edən ağsaqqallar rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.





GOYEZEN.AZ



Facebook-da paylaş