Çoxmənzilli binalarda təmir işləri sürətlə davam etdirilir
Son 3 ildə Qazaxda bütün
sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmirinə də üstünlük verilir.
Bu istiqamətdə görülən işlər demək olar ki, geniş vüsət alıb. Ötən müddət
ərzində respublika prezidenti İlham Əliyev tərəfindən imzalanan çoxsaylı
Sərəncamlara əsasən bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış
binasından artıq 100-dən çoxu təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Eyni zamanda, bu istiqamətdə görülən işlər daim diqqət mərkəzində saxlanılır. Ötən yazılarımızda da qeyd
etdiyimiz kimi, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4
blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2
bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır,
Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi
nəzərə alınaraq xeyir-şər evi tikilir, Bakı küçəsi 1 ünvanında yerləşən 3
bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə suvaq işləri yekunlaşıb. Rayonda daha bir neçə
binada - şəhərin Heydər Əliyev prospektində yerləşən 127 və 171 saylı, eləcə də
Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı
binalarda da yaxın vaxtlarda təmir işlərinə başlanılacağını qeyd etmişdik. Artıq
ikimərtəbəli 3 bloklu 2 və 3 saylı binalarda təmir işlərinə başlanılıb. Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunan həmin binalarda olub, görülən
işlərlə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, qeyd olunan binalarda
bu gündən təmir işlərinə start verilib. Belə ki, bloklarda köhnə suvaqlar
çapılaraq tökülür və yeni suvaqla əvəz olunur. Eyni zamanda, bloklarla yanaşı,
binaların xarici fasadında da təmir işlərinin aparılacağı qeyd olunub. Sonra rayon rəhbəri Azadlıq
küçəsi 107 saylı binada görülən işlərlə tanış olub. Bildirilib ki, bu binada da
bloklarda və xarici fasadda astar-üzlük işləri həyata keçirilir. Bundan əlavə,
binanın həyətində yerləşən yaşayış evlərinin hasarlarında da suvaq işləri
görülür. Bina sakinləri də yaşadıqları
binaların təmir olunması xəbərini razılıq hissi ilə qarşılayırlar. Son illər
respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə
dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Xüsusən də çoxmənzilli
binaların təmirini yüksək qiymətləndirdiklərini qeyd edirlər. Görülən işləri
onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addım
kimi dəyərləndirirlər. GOYEZEN.AZAzadlıq küçəsi 107 saylı bina
Ə.Qədirov küçəsi 2,3,4 saylı binalar
Facebook-da paylaş