İcra başçısı təmir olunacaq bina ilə tanış olub
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunması nəzərdə tutulan daha bir
binada şəhərin Heydər Əliyev prospekti 171 ünvanında yerləşən ikimərtəbəli iki
bloklu 12 mənzilli binada olub, mövcud vəziyyətlə maraqlanıb. Bina sakinləri ilə səmimi
söhbət edən rayon rəhbəri digər binalar kimi bu binanın da blok və fasadında
təmir işlərinin aparılacağını bildirib. Son 3 ildə ölkə prezidentinin müvafiq
Sərəncamlarına əsasən Qazaxda çoxmənzilli binalarda görülən işlərdən söz açan
icra başçısı qeyd edib ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış
binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə
verilməsi bu sahənin daim diqqət mərkəzində saxlanılmasından xəbər verir. Məlumat verdiyimiz kimi, hazırda
şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən
ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq
küçəsi 107 saylı binalarda təmir işləri aparılır, Azadlıq küçəsində yerləşən
206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər
evi tikilir, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30
mənzilli binada isə suvaq işləri yekunlaşıb. Bundan əlavə, şəhərin Heydər
Əliyev prospektində yerləşən 127 saylı, Ələddin Qədirov küçəsində yerləşən 2
mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da yaxın vaxtlarda təmir işlərinə
başlanılacaq. Yaşadıqları binaların təmir
olunması xəbərini razılıq hissi ilə qarşılayan sakinlər buna görə ölkə başçısı
İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində Qazaxda görülən genişmiqyaslı işləri, həyata
keçirilən tədbirləri, xüsusilə də çoxmənzilli binaların təmirini yüksək
qiymətləndirdiklərini bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş