• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında Novruz şənliyi

Respublika mətbuatı Qazax haqqında



Bakı Dövlət Universitetinin Qazax filialında milli bayramımız olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Tədbirin aparıcıları qonaqları və müəllim-tələbə kollektivini salamladıqdan sonra bayram şənliyinə start verilib.

Filialın direktoru Arif Rüstəmov çıxış edərək ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə həyata keçirdikləri bütün işlərdə uğurlar arzulayıb. BDU Qazax filialının inkişaf etməsində böyük əməyi olan mərhum coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin xatirəsinin hər zaman əziz tutulduğunu, onun daim qəlblərdə yaşadığını bildirib. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək bütün Azərbaycan xalqını, o cümlədən, filialın müəllim və tələbə kollektivini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib.  Qeyd edib ki, respublikamızda bütün sahələrlə yanaşı, gənclərə göstərilən diqqət və qayğı onların gələcəkdə bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar verilən Fərman və Sərəncamlar gənclərdə öz uğurlu sabahına daha böyük inam yaradır. İcra başçısı qeyd edib ki, bu gün respublikamızın hər bir bölgəsində yeni-yeni iş yerləri açılır, yollar salınır, məktəblər tikilir, əhalinin rifah halı yaxşılaşır, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir.

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, filialın ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və başqaları da çıxış edərək Novruz bayramı ilə əlaqədar öz ürək sözlərini söyləyib, bayram təbriklərini şeirlə çatdırıblar.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
19 mart 2019-cu il



Facebook-da paylaş