• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində olub

Respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı mühüm rol oynayır. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi, rəqabətədavamlı məhsulların istehsalı, idxaldan asılılığın aradan qaldırılması və ixrac potensialının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Respublika Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) yaradılması da bu istiqamətdə atılan ən uğurlu addımlardan biridir. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

Ölkə başçısının tövsiyə və tapşırığından irəli gələn vəzifələr respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. 2016-cı ildən istifadəyə verilən Qazax Dövlət Aqrar İnkişaf Mərkəzi rayonun kənd təsərrüfatının inkişaf etməsində böyük töhfələr verir.  


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin hazırki vəziyyəti və işçilərin iş şəraiti ilə tanış olub.

Mərkəzlə yaxından tanış olan icra başçısı sonra rayon Baytarlıq İdarəsinin fəaliyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində sahə baytar həkimlərinin özəl xidmətə keçməsi ilə əlaqədar təlimlərə başlanılıb. 4 gün davam edəcək təlimlərə rayonda çalışan baytar həkimlər cəlb olunub.






GOYEZEN.AZ



Facebook-da paylaş