Gənclər Gününə həsr edilmiş musiqi müsabiqəsində mükafat yerləri tutmuş Qazax rayon nümayəndələrinin mükafatlandırılması olub
Bu gün Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi
rəisinin Sərəncamına əsasən Gəncə Qarnizonu Zabitlər Evi tərəfindən hərbi
qulluqçular və mülki gənclər arasında 12 yanvar 2019-cu il tarixdə keçirilmiş
Gənclər Gününə həsr edilmiş musiqi müsabiqəsində mükafat yerləri tutmuş Qazax
rayon nümayəndələrinin mükafatlandırılması tədbiri keçirilib. Tədbirdən öncə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Gəncə Qarnizonu Zabitlər Evinin əməkdaşlarını qəbul edib. İcra
Hakimiyyətində keçirilən görüşdə mülki işçilərdən - təbliğat və hərbi-kütləvi
iş bölməsinin rəisi Leyla Həsənova, hərbi-kütləvi iş üzrə təlimatçı Naibə
Qurbanova, operator Samirə Səmədova, radioqovşaq rəisi Seymur Namazov,
operator-dizayner Amin İsgəndərov iştirak ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb,
müsabiqə zamanı Qazaxa göstərdikləri xüsusi diqqətə görə minnətdarlığını
bildirib. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri qəbul edim və bu
cür layihələri həyata keçirdiyinizə görə minnətdarlığımı çatdırım. Qazaxda
keçirilən hərbi vətənpərvərlik tədbirlərindən söz açan icra başçısı bu gün torpaqları
düşmən işğalında olan ölkəmizdə bu cür tədbirlərin keçirilməsinin böyük
əhəmiyyət kəsb etdiyini qeyd edib. Rayonumuzda "Ordumuz-Qürurumuz, Xalqımız-Dayağımız”,
"Milli Qurtuluşdan Zəfərə doğru” adlı vətənpərvərlik mövzularında tədbirlərin
keçirilməsini bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. Gənclərlə səmimi söhbət
edən rayon rəhbəri Gəncə Qarnizonu Zabitlər Evi ilə birgə tədbirlərin təşkil
olunmasını və bunun üçün hər zaman dəstək olmağa hazır olduğunu bildirib.
Gənclərin həyata keçirdiyi layihələri yüksək qiymətləndirən icra başçısı onlara
gələcək işlərində uğurlar arzulayıb. Təbliğat və hərbi-kütləvi
iş bölməsinin rəisi Leyla Həsənova keçirilən müsabiqə barədə məlumat verərək
bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin
hərbi-vətənpərvərlik tərbiyəsi üzrə işlərin aparılması, milli mədəniyyətin və
incəsənətin təbliğ olunması, gənclərin yaradıcılıq bacarıqlarının inkişaf
etdirilməsidir. Həyata keçirdikləri
layihələr, tədbirlər haqqında ətraflı məlumat verən bölmə rəisi Qazaxda da
vətənpərvərlik mövzularında tədbirlər keçirməyə hər zaman hazır olduqlarını
bildirib. Bu cür səmimi münasibətə, diqqət və qayğıya görə Gəncə Qarnizonu
Zabitlər Evinin rəhbərliyi və öz adından rayon rəhbərliyinə minnətdarlığını
çatdırıb. Görüş
başa çatdıqdan sonra Qazax şəhər Səməd Vurğun adına 2
nömrəli tam orta məktəbdə Qazax rayonundan mükafat yerləri tutmuş şəhər
1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin şagirdləri və Uşaq Gənclər-İnkişaf
Mərkəzinin dərnək üzvlərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Azərbaycan Rəssamlar
İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək dövlət tərəfindən gənclər
üçün yaradılan şəraitdən, göstərilən diqqət və qayğıdan söz açıblar. Bu gün əsasını
ulu öndər Heydər Əliyevin qoymuş olduğu gənclər siyasətinin ölkə başçısı İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Vətənpərvərlik
ruhunda olan tədbirlərin, müsabiqələrin keçirilməsinə görə Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə
Əlaqələr İdarəsinə və Gəncə Qarnizonu Zabitlər Evinin rəhbərliyinə
minnətdarlıqlarını çatdırıblar. Gəncləri bu cür müsabiqələrdə iştirak etməyə və
fəal olmağa çağırıblar. Sonda
mükafatlandırma mərasimi olub. Uşaqlar konsert proqramı ilə çıxış ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş