Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, məcburi köçkünlər və onlara bərabər
tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını
artırmaq məqsədi ilə qərara alıram: 1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər
üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz
artırılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının
bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll
etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 fevral 2019-cu il.
Facebook-da paylaş