Prospektdə yerləşən çoxmənzilli binalarda işlər sürətlə davam etdirilir
Bu gün Qazaxda
tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Sevindirici haldır ki,
həmin abadlıq işlərinin siyahısında çoxmənzilli binaların təmirinə də xüsusi
yer ayrılır. İstər ötən il, istərsə də bu il çoxmənzilli binalarda aparılan
təmir işləri bu dediklərimizin əyani sübutudur. Ölkə başçısının müvafiq
Sərəncamlarına əsasən rayonda olan 163 çoxmənzilli yaşayış binasından artıq
100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi vətəndaşların
yaşayış şəraitinin yaxşılaşdırılması, eyni zamanda, xeyli sayda rayon sakininin
işlə təmin olunması deməkdir. Yeni ilin ilk
günündən böyük sürətlə start götürən təmir işləri hazırda uğurla davam
etdirilir. Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam
örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının
imzaladığı 4 fevral 2019-cu il tarixli Sərəncam isə bu sahədə görülən
işlərin bundan sonra da davam etdirilməsinə əyani sübutdur. Məlumat
verdiyimiz kimi, hazırda şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3
bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər
biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9
mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri
aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin
istəyini nəzərə alaraq xeyir-şər evi tikilir. Təmir işləri
başlayan ilk gündən mütəmadi olaraq tikinti aparılan həmin binalarda görülən
işlərlə tanış olan Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu sahəni daim diqqət mərkəzində
saxlayır, işlərin keyfiyyəti ilə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini
verir. İcra başçısı bu
gün şəhərin Heydər Əliyev prospektində yerləşən 4 bloklu, beşmərəbəli 175 saylı
binada görülən işlərlə maraqlanıb. Bildirilib ki, artıq 3 blokda astar və üzlük
vurulması işi tam başa çatıb, 1 blokda isə astar vurulması yekunlaşıb, hazırda
üzlük vurulması davam etdirilir. Bundan əlavə, binanın xarici fasadında da
xeyli hissədə suvaq vurulub. Binanın həyətindəki hasarda da suvaq işləri
aparılıb. Bütün bloklarda və həyətdə elektrik xətləri də səliqəyə salınıb. Bu gün rayon
ictimaiyyəti Qazaxda görülən genişmiqyaslı işlərə, eləcə də çoxmənzilli
binalarda aparılan təmir işlərinə görə dövlət başçısı İlham Əliyevə, rayon
rəhbərliyinə minnətdarlıq edirlər. Vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata keçirilən bütün işləri yüksək
qiymətləndirirlər.
GOYEZEN.AZHeydər Əliyev prospekti 175 saylı bina
Facebook-da paylaş