• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

Rayonumuzda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub


20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
1990-cı il yanvarın 19-dan 20-nə ke¬çən gecə Bakıda sovet ordusu tərə¬fin¬dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha¬di¬sənin törədilməsində əsas məqsədlər¬dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy¬yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
…Xalq o günlərdə böyük bir həqi¬qəti - meydanda həqiqi liderin olma¬masını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azər¬baycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu öndər təcavüzə kəs¬kin etirazını bildirdi, faciəni törədən¬ləri, şəxsən M.Qorbaçovu kəskin it¬tiham etdi, qoşunların Bakıdan çıxarıl¬masını tələb etdi. Xalqımızın ümum¬milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymət¬lən¬dirmək yolunda ciddi addımlar atıldı. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlil¬lərin problemlərinin dövlət səviyyəsin¬də həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilməsi üçün Tədbirlər Planının Prezident tərəfindən təsdiq edilməsi buna əyani sübutdur.

Bu il xalqımız 20 Yanvar hadisələ¬rinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Bununla əlaqədar şəhərin mərkəzindəki Şəhidlər Xiyabanında mərasim keçirilib.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib. Şəhidlərin ruhuna dua oxunduqdan sonra Rəcəb Babaşov şəhidlərin abidəsi önünə gül dəstələri qoyub, onların xatirəsini dərin ehtiramla yad edib.

Həzin musiqi sədaları altında şəhidlərə həsr olunmuş şeirlər səslənib.
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Şəhidlər Xiyabanında abidənin önünə gələrək şəhidlərin ölməz ruhunu yad edib, abidə önünə tər qərənfillər qoyublar.

Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi rayonumuzda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

GOYEZEN.AZ


Facebook-da paylaş