• Təqvim

  • Unutma

  • Maraq



2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun HESABAT MƏRUZƏSİ


Bildiyiniz kimi, 2019-cu il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir. İclasda ölkə başçısı cari ildə Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

Ölkə başçısı öz çıxışında ötən ildə qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini, Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını qeyd etmişdir.

2018-ci ildə regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının başa çatdığı, bu beşillik proqramın artıqlaması ilə yerinə yetirildiyi, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və nəticələri olduğu, vergi və gömrük sahələrində aparılan islahatların böyük əhəmiyyət daşıdığı, korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığı bildirilmişdir.

Bu gün ölkəmizin hərbi potensialı və döyüş qabiliyyəti yüksək səviyyədədir. Bizim orudumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib. Ötən il uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət edilir, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir.

Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ötən il Bakıda keçirilən iki hərbi parad ölkəmizin qüdrətini bir daha nümayiş etdirdi. Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla  barışmayacaq.

2019-cu ildə də ordu quruculuğu istiqamətində əlavə addımlar atılacaqdır.

Ölkəmizdə ümumi daxili məhsul, yəni, iqtisadi artım 1,4 faiz olmuşdur. Daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır ki, burada inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıbdır. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz nəticələrini verir.

2018-ci ildə 118 min daimi iş yeri yaradılmış, ixrac 36 faiz artmış, ixracımız 19 milyard dollara çatmışdır. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi   8,6 milyard dollar təşkil edir.

Cənab Prezident çıxışında bildirmişdir ki, ölkəmiz inamla inkişaf edir, iqtisadi inkişaf davam etdirilir. Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır.

Bildiyiniz kimi, yola saldığımız 2018-ci ilin ən yadda qalan əsas hadisələrindən biri ötən il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsi oldu. Xalqımız demokratiyanın təntənəsinə çevrilən bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu, bütün dünyaya respublikamızda seçki mədəniyyətinin yüksək səviyyədə olduğunu göstərdi. Səslərin 86,02% toplayan İlham Əliyev seçkilərdə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilərdə qazaxlılar həmişə olduğu kimi, bu dəfə də öz sözünü deməyi bacardı, dövlətə sadiq olduqlarını, dövlət başçısının ətrafında sıx birləşdiklərini bir daha bəyan etdilər.

2018-ci il Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla əlamətdar idisə, yenicə qədəm qoyduğumuz 2019-cu il Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında cənab Prezidentin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə yaddaşlara yazıldı. Bu Sərəncam təkcə 2019-cu ili əlamətdar etmədi, eyni zamanda, ölkə başçısı bu Sərəncamla elmə, təhsilə, elmin, təhsilin beşiyi olan qazaxlılara, ziyalılarımıza həmişə qayğı ilə yanaşdığını bir daha nümayiş etdirdi.

2018-ci il rayonumuz üçün uğurlu il olmuşdur. Qazax rayonu üzrə 2018-ci il yerli gəlir və xərclərin proqnozu 9363000 manat məbləğində müəyyənləşdirilmişdir. 2018-ci ildə yerli daxilolmalar 9363000 manat proqnoza qarşı 11501477 manat və ya 122,8 faiz yerinə yetirilərək büdcəyə 2138477 manat, yəni  22,8 faiz çox vəsait mədaxil olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcəyə 1652 810 manat və ya 16,7 faiz çox vəsait daxil olmuşdur.

2018-ci il ərzində qarşılıqlı hesablaşmalar əsasında 1709263 manat vəsait daxil olmuş və il ərzində 1665335 manat vəsait öz təyinatı üzrə xərclənmişdir. Göründüyü kimi,  xərclər 97,4 faiz və ya 43928 manat az icra edilmişdir.

Yekun olaraq hesabat ilində yerli gəlirlər cəmi 11072263 manat proqnoza qarşı 13210740 manat, yəni 119,3 faiz yerinə yetirilərək bütövlükdə büdcəyə 2138477  manat, yəni 19,3 faiz çox vəsait mədaxil olunmuşdur.

2018-ci il hesabat ilində yerli xərclər 11072263 manat proqnoza qarşı 10158518 manat icra olunaraq 91,7 faiz və ya 913745 manat az icra olunmuşdur.

Rayon ərazisində 5 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 3 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2018-ci il ərzində əhaliyə 26705838 manat kredit verilmişdir. Əhalidən 7452799 manat, 480 064 ABŞ dolları və 21000 Avro əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 67 layihə üzrə 7473300 manat kredit verilmişdir. Bu kreditə görə 190 yeni iş yeri yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə əmək pensiyaları, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan işçilərin əməkhaqları artırılmışdır. 

2018-ciildə Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi üzrə 13383 nəfər pensiyaçı qeydiyyatda olmuşdur. Şöbə tərəfindən əhalinin pensiya və sosial müavinətləri hər ay vaxtında ödənilmiş, gecikmə hallarına yol verilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinə baş idarə tərəfindən əhalinin pensiya və sosial müavinətlərinin ödənilməsi üçün 2018-ci ildə 38833700 manat vəsait köçürülmüşdür. Şöbədə 2018-ci ildə sosial sığorta haqları üzrə yığım proqnozu 90,8 faiz yerinə yetirilmişdir. Belə ki, 3707000 manat proqnoza qarşı 3367000 manat vəsait toplanmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş 2360 nəfər müharibə veteranına 1563000 manat müavinət, 4849 nəfərə isə 3807000 manat sosial müavinət ödənilmişdir.

Hesabat dövrü ərzində əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində müəyyən işlər görülmüşdür.

Qazax Elektrik Şəbəkəsi - 23719 abonentə xidmət göstərir. Əhali abonent sayı - 22342, ticarət və xidmət üzrə - 976, istehsal, nəqliyyat və tikinti üzrə - 285, büdcə təşkilatları üzrə - 77, qeyri-istehsal sahəsi üzrə – 39 abonent vardır.

Şəbəkənin xidməti ərazisində 17 ədəd yarımstansiya fəaliyyət göstərir ki, onlardan 2-si 110/35/6 kv-luq, 15-i isə 35/10/6 kv-luq yarımstansiyadır. Rayon üzrə mövcud olan 741 ədəd transformatordan 324–ü Şəbəkənin balansındadır.

Hesabat dövründə Qazax şəhər ərazisində 12450 metr, Çaylı, Hüseynbəyli, Kosalar, Cəfərli, Bala Cəfərli, Quşçu Ayrım, Məzəm, Yuxarı Salahlı, Fərəhli kəndləri üzrə isə 46560 metr olmaqla, rayon üzrə 59010 metr uzunluğunda SİP kabel çəkilmiş, 614 ədəd dayaq quraşdırılmışdır.

Cəfərli və Bala Cəfərli kəndlərində 2 ədəd 250 kvA gücündə yeni transformatorlar quraşdırılmış, Bala Cəfərli kəndində isə smart kart  tipli sayğacların quraşdırılması başa çatmışdır.

2018-ci ildə rayona daxil olan faydalı enerji 95 228,6 kvt saat olmaqla dəyəri 7881800 manat olmuş, ümumi yığım 7249300 manat olmaqla 92,0 faiz təşkil etmişdir.

2017 və 2018-ci illərin yekun göstəricilərini müqayisə edərkən 2018-ci ildə şəbəkə üzrə pul yığımında 50080 manat artım, o cümlədən, əhali sektorunun pul yığımında isə 171400 manat artım olmuşdur. Ümumi yığım faizində 2017-ci ilə nisbətən 2018-ci ildə 2,9 faiz artım olmuşdur.

2018-ci ildə Qazax Elektrik şəbəkəsi tərəfindən rayonu elektrik təchizatı ilə təmin edən 110/35/6 kv-luq Daş Salahlı, Şıxlı 35/10 kv-luq yarımstansiyalarında, 35 kv-luq, 10 kv-luq və 0,4 kv-luq hava xətlərində təmir işləri aparılmışdır. Eyni zamanda, şəbəkə üzrə  362 ədəd transformatorlarda cari təmir işləri aparılmış, 60,8 km uzunluğunda zədəli elektrik hava xətləri yenisi ilə əvəz olunmuş, elektrik naqilləri dəyişdirilmişdir.

Rayonun Qaymaqlı kəndində sərhəddə yerləşən 3 ədəd sərhəd məntəqələrini elektrik enerjisi ilə təmin etmək üçün 52 ədəd beton dayaq quraşdırılmış və 2,2 km uzunluğunda  10 kv-luq xətt çəkilmişdir.

Kənd təsərrüfatının inkişafına dair yeni suvarılacaq əkin sahələrini bol su ilə təmin etmək üçün 35/6 kv birinci Pillə Nasos yarımstansiyasına 2,5 meqavat transformator  5,6 meqavat transformatorla əvəz edilmişdir. Paralel olaraq 35/6 kv-luq ikinci Pillə Nasos yarımstansiyasından üçüncü Pillə Nasos stansiyası üçün yeni müasir tipli çala qurulmuş və 3,6 km uzunluğunda yeni qidalandırıcı xətt çəkilmişdir.

Görülmüş işlərin nəticəsidir ki, rayonumuz fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Hazırda təmi-tikinti işləri davam etdirilir.

2018-ci ildə Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən 21396 abonentə, o, cümlədən, 21034 əhali abonentinə, 362 qeyri-əhali abonentinə xidmət göstərilmişdir.

2018-ci ildə 824 ədəd məişət qaz sayğacları yeni qaz sayğacları ilə əvəz edilmiş, 226 nəfər yeni abonent təbii qazla təmin olunmuşdur. Ötən il 5378 p/m qaz xətti təmir olunmuş və 993 p/m qaz xətləri tamamilə dəyişdirilmişdir. 5 ədəd Qaz tənzimləyici qurğu yeni müasir tipli qaz tənzimləyici qurğu ilə əvəz olunmuş, müxtəlif diametrli 7101 p/m qaz xətləri korroziyaya uğramaması üçün rənglənmiş, Daş Salahlı kəndində  diametri  200 mm-lik  2500 p/m polietilen boru ilə dairəvi birləşmə quraşdırılmışdır.

"Təmiz Qaz” MMC tərəfindən aşkar olunmuş müxtəlif diametrli qaz xətlərində 5111 ədəd sızmanı aradan qaldırmaq üçün təmir işləri aparılmışdır.

Qazax Xidmət Sahəsi tərəfindən istehlakçılara 113498764 kubmetr təbii qaz satılmışdır. Əhali abonentlərə satılmış qazın dəyəri 3689182 manat, yığım isə 3451803 manat  olmaqla yığım faizi 93,6 faiz yerinə yetirilmişdir.

2017-ci illə müqayisədə 2018-ci ildə əhali abonentlərindən qazın satışına görə yığım 1,75 faiz az olmuşdur. Bununla bağlı məqsədyönlü tədbirlər görülməlidir ki, yığım 100 %-ə çatdırılsın.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2018-ci ilin yekununa görə 1480000 manat tarif gəliri proqnozuna qarşı 1614200 manat gəlir əldə edilərək proqnoz tapşırığa 109 faiz əməl olunmuşdur. 2017-ci ilin yekunu ilə müqayisədə 165300 manat artıq vəsait yığılmışdır. Proqnoz tapşırığın 1436300 manatı əhaliyə göstərilən rabitə xidmətindən əldə edilən gəlirlərdir.

2018-ci il ərzində "Aztelekom” internet xidmətindən 836000 manat gəlir əldə etmişdir ki,  bu da ümumi gəlirin 51,8 faizini təşkil edir.

Hesabat dövrü ərzində texniki sahədə də bir çox işlər görülmüşdür. Belə ki, Daş Salahlı, Çaylı, Kosalar və Qazaxbəyli kəndlərində ümumilikdə 210 nömrəlik xətt təsərrüfatı tikilərək istifadəyə verilmiş və bundan 205 nömrə artıq çəkilərək istifadəyə verilmişdir.

Bala Çaylı kəndində 300 nömrəlik yeni stansiya qurulmuş, 2000 metr fiberoptik kabel çəkilərək Çaylı Elektron ATS-nə qoşulmuş, 350 nömrəlik xətt təsərrüfatı tikilib əhalinin istifadəsinə verilmişdir.

Yuxarı Salahlı kəndində 536 nömrəlik Elektron ATS-nın binasının qəzalı vəziyyətdə olması səbəbindən yeni bina tikilmiş və tutumu 40 nömrə artırılaraq istifadəyə verilmişdir. Şəhər mərkəzində və kəndlərdə ümumilikdə 245 ədəd çürümüş və yararsız dirəklər yenisi ilə əvəz olunmuş, ümumilikdə, 25140 metr hava rabitə xətləri texniki normaya gətirilmiş, şəhərdə təmir olunan 88 ədəd çoxmərtəbəli binaların fasad və bloklarında rabitə xətləri səliqəyə salınaraq texniki normaya gətirilmişdir. İl ərzində 442 ədəd yeni telefon çəkilmiş, 55 ədəd telefon bərpa olunmuşdur.

Hesabat dövründə Qazax Poçt filialı 2018-ci ilin plan tapşırıqlarını 123 faiz yerinə yetirmişdir. Yəni 386740 manat gəlirə qarşı 474895 manat gəlir əldə edilmişdir ki,  nəticədə filial  ili  88155 manat mənfəətlə başa vurmuşdur.

Qazax Poçt filialı tərəfindən 2308107 manat enerji pulu, 2429486 manat qaz pulu, 195 671 manat su pulu, 48659 manat vergi pulu, 426638 manat DSMF pulu, 64700 manat DİN-nin ödəniş haqları, 1905 manat Dekoder pulu yığılaraq aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 123 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 1046 ədəd bağlama qəbul edilmiş və 1566 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin, 7656 məktub göndərilmiş, 20529 ədəd məktub qəbul edilmişdir.

Qazax Poçt filialı əhalidən telefon pullarını müqavilə öhdəliklərinə əsasən 2018-ci ildə 207628 nəfərdən 856371 manat qəbul etmiş və "Aztelekom” MMC-nin hesablaşma hesabına köçürmüşdür.

Bundan əlavə, "Sınıq Körpü” Buraxılış Məntəqəsində yerləşən poçt şöbəsi vasitəsilə gömrük haqları və digər ödənişlər operativ şəkildə yığılmış və aidiyyəti üzrə hesablara vaxtında köçürülmüşdür.

Şöbədə işin operativ təşkil olunması və vəsaitlərin vaxtında xəzinəyə çatdırılması məqsədilə əlavə inkassator maşını alınmışdır ki, bu da işin daha effektiv yerinə yetirilməsi üçün zəmin yaratmışdır. Əlavə olaraq ATM Bankomat terminalı quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.

"Qazax Avtovağzal” ASC-də 10 nəfər işçi çalışır. Cəmiyyət 2018-ci ildə plana 102 faiz əməl edərək 484000 nəfər sərnişinə xidmət göstərmişdir. Gün ərzində şəhərətrafı və şəhərdaxili işləyən marşrut üzrə 81, şəhərlərarası marşrut üzrə 73 olmaqla, cəmi 154  avtobus sərnişinlərinə xidmət göstərmişdir. Şəhərlərarası sərnişin daşımalarına dispetçerlər tərəfindən nəzarət artırılmış, avtobusların "Avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təşkili və vahid bilet satışı təmin edilmişdir. 

Avtovağzal ərazisində avtobuslar, taksilər, şəxsi minik avtomobilləri üçün yerlər ayrılmış, kənd yaşayış məntəqələrindən gələn ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə avtovağzal ərazisində vahid məkanda yerləşdirilməsi təmin edilmişdir. Tələbata uyğun olaraq rayonun İkinci Şıxlı kəndi ərazisində avtostansiya təşkil edilmişdir. "Qazax Avtovağzal” ASC-nin rəhbərliyinə xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verilmiş və nəzarətdə saxlanılmışdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "28 nömrəli Yol İstismarı” MMC Qazax rayonunda 16 körpü və 148 km uzunluğunda yola xidmət edir, bunun 14 km-i Respublika əhəmiyyətli yollardır.

Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi başa çatmışdır. Bu yaşayış məntəqəsundə 1235 nəfər insan yaşayır. Bu insanların rahat gedib-gəlmələri təmin edilmişdir. Eyni zamanda, uzunluğu 16 km olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış, Ürkməzli-Dəmirçilər kəndlərini birləşdirən uzunluğu 4,5 km olan avtomobil yolunun tikintisi işləri yekunlaşmışdır. Hazırda Daş Salahlı kəndində işlər davam etdirilir. Bu yaşayış məntəqələrində də 13673 nəfər insan yaşayır. Bu insanların rahat gedib-gəlmələri təmin ediləcəkdir.

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində 13,2 km uzunluğunda alternativ yola çınqıl döşənmiş və hamarlama işləri aparılmışdır.

Rayonun Kəmərli, Yuxarı Salahlı və Aslanbəyli kəndlərində yollarda cari təmir işləri aparılmış, Uzuntala yolunda çalalar təmir olunmuş, həmin yolun və Yuxarı Əskipara yolunun çiyinləri nizama salınmışdır.

İkinci Şıxlı kəndində də 4 km uzunluğunda yollara asfalt-beton örtüyünün çəkilməsi işləri planlaşdırılmışdır. Ümumilikdə rayonmuzda 2016-2018-ci il ərzində 7 kənd üzrə avtomobil yolları çəkilmiş və 19976 nəfər kənd sakinlərinin rahat gedib-gəlmələri təmin edilmişdir.

Cənab Prezident öz çıxışında ölkəmizdə keçən il 2 min kilometr avtomobil yollarının salındığını qeyd etmişdir. Doğrudan da bu göstərici rekord göstəricidir. 2004-cü ildən bu günə kimi 15 min kilometr avtomobil yolları salınıb. Qeyd edərək bildirirəm ki, Davos Ümumdunya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Təkcə keçən il 920 kəndin yol infrastrukturu  yaxşılaşdırılmış və yeni yollar salınmışdır. Göründüyü kimi, bu inkişaf bizim rayondan da yan keçməmişdir.

Qazax "Su-Kanal” İdarəsi rayon üzrə 6588 abonentlə yanaşı, 126,8 km su xəttinə və 36,3 km uzunluğunda kanalizasiya xəttinə xidmət edir.

2018-ci ildə su istifadəçilərinə 1061060 kubmetr su verilmiş, içməli su və çirkab suların dəyəri 533740 manat olmuş, 504786 manat vəsait toplanmışdır. Toplanmış vəsait satışın 95 faizini təşkil etmişdir.

Respublika Prezidentinin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamına əsasən rayonun Kəmərli kəndində 1 ədəd subartezian quyusu qazılmış, 1276 metr su xətti çəkilmiş və bu yaşayış məntəqəsində 300 ailə olmaqla 1200 nəfər içməli su ilə təmin olunmuşdur.

Aslanbəyli kəndində 1 ədəd subartezian quyusu qazılmış, tutumu 50 kubmetr olan su çəni quraşdırılmış, 3992 metr su xətti çəkilmiş və 13 ədəd bulaq tikilmiş və görülmüş bu işlərin nəticəsində yaşayış məntəqəsində 150 ailə olmaqla 600 nəfər içməli su ilə təmin olunmuşdur.

Qaymaqlı kəndində 1 ədəd subartezian quyusu qazılmış, tutumu 50 kubmetr olan 2 ədəd su çəni quraşdırılmış və 800 metr su xətti çəkilmişdir. Bu yaşayış məntəqəsində  75 ailə olmaqla 223 nəfər içməli su ilə təmin olunmuşdur.  

Daş Salahlı kəndinin bir hissəsində, Coğaz çayından gələn magistral su xəttinin 3545 metr hissəsi yenilənmiş, tutumu 1200 kubmetr olan su anbarında əsaslı təmir işləri aparılmışdır. Buyaşayış məntəqəsində 2500 ailə olmaqla 10000 nəfərdən artıq əhalinin içməli suya olan təminatı yaxşılaşdırılmışdır.

Qazax şəhəri Osman Sarıvəlli küçəsində 100 mm-lik dəmir boru vasitəsilə uzunluğu 250 metr olan su xətti və Ürkməzli kəndində 1500 metr uzunluğunda içməli su xətti çəkilərək 70 ailə üzrə 300 nəfər içməli su ilə təmin edilmişdir.

Su təchizatında dayanıqlığın artırılması üçün 4 ədəd elektrik mühərriki yenisi ilə əvəz olunmuş, 9 ədəd nasos əsaslı təmir olunmuş və 3 ədəd nasos yenisi ilə əvəz olunaraq istismara verilmişdir.

Ağöynək, Qarapapaq kəndlərində 1730 metr uzunluğunda yeni su xətləri çəkilmiş, 63 ailə olmaqla 240 nəfər içməli su ilə təmin olunmuşdur.

Fərəhli kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 1,5 km uzunluğunda içməli su xətti çəkilmiş və 16 tonluq su çəni quraşdırılmışdır. Nəticədə 135 ailə olmaqla 588 nəfər içməli su ilə təmin edilmişdir.

İslam İnkişaf Bankının dəstəyi ilə Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması məqsədilə layihə smeta sənədləri hazırlanmış, tender keçirilmiş və tenderin qalibi elan edilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən işlərin keyfiyyətli aparılmasına nəzarət etmək məqsədilə müvafiq Sərəncam verilərək işçi qrupu yaradılmışdır. 6 fevral 2019-cu il tarixdə yenidənqurma işlərinə başlanılması üçün işçi qrupunun iştirakı ilə təqdimat keçirilmiş və işlərin başlanılmasına qərar verilmişdir.

2018-ci ildə Qazax Kommunal Müəssisələri Kombinatı üzrə 858402 manat vəsait daxil olmuşdur. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 319261 manat və ya 59,2 faiz çoxdur.

2018-ci ildə daxil olan vəsaitdən 510457 manat əməkhaqqına, 120473 manat DSMF-yə, 116600 manat ƏDV-yə, 77444 manat işçilərə xüsusi geyim forması, iş ləvazimatları, əkin materialları və həmişəyaşıl ağac kollarının alınmasına, 24816 manat maşın və mexanizmlərə yanacaq alınmasına, 8612 manat sair xərclərə ödənilmiş, ümumilikdə 858402 manat vəsait xərclənmişdir.

Hesabat dövründə kombinatda 84 nəfər daimi işçi olmaqla 240 nəfər ictimai işlərdə işləyən işçilər çalışmışdır.

Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2018-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının abadlıq və təmizlik sahələrində 240 nəfər işlə təmin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 yanvar tarixli 7s nömrəli Sərəncamı ilə ayrılmış 60 ədəd konteyner rayona gətirilərək yaşayış məntəqələrinin ehtiyac olan yerlərinə qoyulmuşdur. Şəhərdə təmizliyin qorunub saxlanması məqsədilə növbətçilik təşkil olunmuş, şəhərin hər bir sahəsində səhər saatlarından başlayaraq gecə saat 24:00-dək təmizliyin qorunub saxlanması diqqət mərkəzində saxlanılmışdır.

Tərtib olunmuş qrafik əsasında şəhərin prospekt və küçələrində gündəlik olaraq, səhər və axşam saatlarında 176 000 kvadratmetr sahə süpürülərək təmizlənir, yığılmış məişət tullantıları götürülərək Ağköynək kəndi ərazisində ayrılmış zibil poliqonuna daşınaraq zərərsizləşdirilir. Həftədə bir dəfə həmin poliqonda traktorla təmizlik işləri aparılır. Məişət tullantıları üçün ayrılmış sahənin ətrafına 320 metr uzunluğunda dəmir tor çəkilmşdir.

Şəhər mərkəzi ilə yanaşı, rayonun bütün kəndlərində məişət tullantıları üçün ayrılmış sahələr təmizlənir, kəndlərdə mütəmadi olaraq iməciliklər keçirilir. Görülmüş işlərin nəticəsidir ki, ən son Yuxarı Salahlı kəndi ərazisində məişət tullantıları atılmış 1 hektara yaxın sahə 2 ədəd texnika vasitəsilə təmizlənmiş, Çaylı kəndində məişət tullantılarının atılması üçün kənd ərazisinə 8 ədəd zibil qutusu qoyulmuşdur.

Bu gün rayonun yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsi, magistral avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm və iaşə obyektərində atılıb qalmış zibillərin götürülməsi sahəsində ciddi işlər görülmüş və onun nəticəsidir ki,  sakinlərimiz tərəfindən Qazax "Təmiz şəhər” elan olunmuşdur.

Qazax Mənzil İstismar Sahəsi balansında olan 157 binaya xidmət edir ki, həmin binalarda 1901 mənzil mövcuddur.

2018-ci il ərzində cəmi gəlir 172478 manat olmuşdur ki, o cümlədən, 10283 manat mənzil haqqı, 600 manat tender haqqı, 1000 manat qeyri-yaşayış sahəsinin  icarəsindən, 43581 manat büdcə zərəri olmaqla, 116965 manat əsaslı təmir üçün büdcədən ayrılan vəsaitdir. Xüsusilə qeyd etmək istəyirəm ki, sakinlərdən 10283 manat mənzil haqqı yığılmış, planın 94,4 faizinə əməl olunmuşdur. Yığım əvvəlki illərə  nisbətdə xeyli dərəcədə artmışdır.

Hesabat dövründə istismar sahəsinin xərcləri 172435 manat olmuşdur. O cümlədən, 32829 əməkhaqqı, 7542 manat DSFM-na, 8045 manat cari təmirə, 116965 manat əsaslı təmirə və 7054 manat isə digər xərclər təşkil etmişdir. 

Mənzil İstismar Sahəsi tərəfindən çoxmərtəbəli binaların zirzəmilərinə baxış keçirilərək təmizlik işləri aparılmış, təhlükəsizlik tədbirləri görülmüş, şəhər ərazisində yerləşən binaların su novalçaları təmizlənmiş, 8 binada içməli su problemi aradan qaldırılmış, 18 binanın kanalizasiya xətlərində yaranmış qüsurlar xətlərin dəyişdirilməsi ilə aradan qaldırılmış, binaların tüstü boruları təmizlənmiş, ictimai binaların həyətində müntəzəm olaraq təmizlik işləri aparılmış, səliqə-səhman yaradılmışdır.   

Qazax şəhəri, Azadlıq küçəsində 100 metr məsafədə su arxı, N.Nərimanov yaşayış massivində sakinlərin gediş-gəlişi üçün 2 ədəd pilləkən tikilmiş, Azadlıq küçəsi, 208 A saylı binanın 1 mənzilində (su xəttində) yaranmış problemin həlli üçün mənzilin qapı və divarı sökülərək yenidən tikilmiş, N.Nərimanov yaşayış massivində 1 saylı binanın 4 bloku, 50 və 51 saylı binaların həyətində olan əlavə tikililərin çardaqları əsaslı təmir olunmuşdur.

2018-ci il ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən bir sıra işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir.

Bildiyiniz kimi, rayon Təhsil şöbəsinin tabeliyində 33 tam orta, o cümlədən, 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb olmaqla 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində təhsil alan 12882 nəfər, o cümlədən, 1048 nəfər məktəbəhazırlıq qrupunda təhsilə cəlb edilmiş şagirdlər nəzərə alınmaqla şagirdlərin  təlim-tərbiyəsi ilə 1685 nəfər müəllim məşğul olmuşdur.

Ümumtəhsil məktəblərində illik orta aylıq dərs davamiyyəti 95,5 faiz olmuşdur.

Hesabat dövründə 682 şagird məktəbi bitirmişdir ki, onlardan 676 nəfər attestat  almışdır.

2017-2018-ci tədris ilində tam orta təhsil səviyyəsində təhsilini başa vuran 676 nəfər məzundan 454 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak etmiş, onlardan keçən illərin məzunları nəzərə alınmaqla 329 nəfər ali təhsil müəssisələrinə qəbul olmuş, 49 nəfər 500-dən, 19 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Yekun olaraq rayonun ali məktəblərə qəbul olma göstəriciləri 70,5 faiz təşkil etmişdir.

Eyni zamanda, ötən illərin tam orta təhsil səviyyəsini başa vuran 77 nəfər məzun və ümumi orta təhsil səviyyəsində 107 nəfər məzun olmaqla, cəmi 184 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur.

2018-ci ildə rayon Təhsil şöbəsinin müvafiq əmri ilə yaradılmış işçi qrupunun üzvləri tərəfindən rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlər üzrə monitorinqlər aparılmış, ümumilikdə 302 dərs dinlənilmiş, nəticələr müzakirə olunmuşdur. Nəticəsi yüksək olan müəllimlərə Təşəkkür elan edilmişdir.

2018-ci ilin aprel ayında keçirilən fənn olimpiadasının yekun mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Bala Çaylı kənd tam orta məktəbinin XI sinif şagirdi Quliyeva Günay Sabir qızı I yerə layiq görülərək qızıl medal almış, respublika üzrə IX, X, XI sinif şagirdləri arasında "Birincilərin birincisi” nominasiyasının qalibi olmuşdur.

2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilmiş respublika fənn müsabiqəsində informatika fənni üzrə məktəb-liseyin VII sinif şagirdi Dadaşov Məhəmməd Vüqar oğlu I yeri tutmuşdur.

2018-ci ilin mart və noyabr aylarında məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyası keçirilmiş və rayonun xüsusi istedadı ilə fərqlənən, təhsildə  yüksək nəticələr əldə etmiş IX-XI sinif şagirdləri ilk olaraq rayonumuzda istehsal sahələri olan müəssisələrdə, muzeylərdə olduqdan sonra mart ayında Şəki-Zaqatala-Qəbələ bölgəsində, noyabr ayında isə Lənkəran-Astara-Masallı bölgəsində olmuşlar. 14-17 noyabr tarixlərində keçirilmiş tur-aksiyada Lənkəran şəhərində 9 rayonu təmsil edən 54 komanda arasında keçirilən "Nə, harada, nə zaman?” intellektual oyunda rayonumuzun komandası I yer tutmuş və Kuboku rayonumuza gətirərək bizim hər birimizi hədsiz dərəcədə sevindirmişlər. Belə nailiyyətlərin davamlı olmasını arzu edərdik.

2018-ci ildə Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəb əsaslı təmir olunaraq 4 fevral 2019-cu il tarixdə istifadəyə verilmişdir. Eyni zamanda, Mehdi Hüseyn adına məktəb-lisey, Ağköynək, Xanlıqlar, Daş Salahlı kənd 1 saylı tam orta məktəblərində cari təmir işləri aparılmışdır. Məlumat üçün bildirmək istəyirəm ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planının 7.3.33.16 bəndlərində qeyd edildiyi kimi rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisi, Kosalar kənd tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri, Orta Salahlı kənd tam orta məktəbin tikintisi, Sarıvəlli kənd tam orta məktəbin tikintisi, İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmiri, Qazax şəhər 5 nömrəli tam orta məktəbin əsaslı təmiri, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmiri, məktəb-liseyin əsaslı təmiri Dövlət Proqramına salınmışdır. Proqrama uyğun olaraq bu ildən təmir-tikinti işlərinə başlanılacaqdır.

"Beynəlxalq müəllim günü” münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qazax şəhər 3 nömrəli tam orta məktəbin xarici dil müəllimi Xasməmmədova Tahirə Oruc qızı "Əməkdar müəllim”, Qazax şəhər 5 nömrəli tam orta məktəbin fizika müəllimi Qayayeva Yasəmən Naib qızı "Tərəqqi” medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Daş Salahlı kənd tam orta məktəbin direktoru Mancanov Ulduz Əhməd oğlu "Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Qazax şəhər 1 nömrəli tam orta məktəbin xarici dil müəllimi Carçıyeva Kifayət Məhəmməd qızı Fəxri Fərman ilə təltif olunmuşdur.

Bununla yanaşı, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Alıyev Məmməd Oruc oğlu  "Dövlət qulluğunda fərqlənməyə görə” medalı,Ağköynək kənd tam orta məktəbin direktoru Rəhimova Səfurə Firudin qızı "Tərəqqi” medalı ilə təltif edilmiş, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Qurbanov İsgəndər Kərəm oğlu "Əməkdar mədəniyyət işçisi” fəxri adına, Qazax Dövlət Dram Teatrının aktyoru Hacıyev Hacı Şamil oğlu "Əməkdar artist” fəxri adına layiq görülmüşlər.

Baki Dövlət Universitetinin Qazax filialı regional ali təhsil müəssisəsi kimi rayonumuzda fəaliyyət göstərir. 2017-2018-ci tədris ilinin yekunlarına görə filialı 5 ixtisas üzrə 82 nəfər tələbə bitirmişdir. 2018-ci il üçün filiala 17 ixtisas üzrə (3-ü qiyabi olmaqla) tələbə qəbulu aparılmış və respublikanın 63 rayonunu əhatə edən 568 tələbə qəbul olmuşdur. Hazırda filialda 1084 nəfər tələbə təhsil alır ki, bunlardan 964 nəfəri əyani, 120 nəfəri qiyabi təhsil alan tələbələrdir.

Tələbələrin təlim-tərbiyəsi ilə 76 nəfər professor-müəllimh eyəti məşğul olur.

Hesabat ilinin əvvəlindən filialın maddi-texniki bazası, tədris səviyyəsi və nizam-intizamın lazımi səviyyəyə çatdırılması üçün məqsədyönlü işlər görülmüş, bu həm filialın tədris fəaliyyətində, həm də təsərrüfat işlərində özünü göstərmiş, hesabat dövründə 144 kvadratmetr sahəsi olan idman klubu yaradılmış və zəruri idman ləvazimatları ilə təmin olunmuşdur. Akt zalı, filialın 1-ci mərtəbəsinin foye və dəhlizi, inzibati və tədris kabinetləri müasir tələblər səviyyəsində təmir olunmuşdur. Tələbə sayının artımını nəzərə alaraq ərazidə yüngül konstruksiyalı, hər şəraitlə təmin olunmuş yeməkxana  istifadəyə verilmişdir.

Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədrisin kabinə sisteminə keçirilməsi üçün lazımi şərait yaradılmışdır. 2017-2018-ci tədris ilində kolleci əyani şöbənin müxtəlif ixtisasları üzrə 204 nəfər tələbə bitirmiş, 2018-ci ildə isə 292 nəfər tələbə qəbul olunmuşdur.

2018-2019-cu tədris ilində kollecdə 12 ixtisas üzrə 780 nəfər tələbə təhsil alır və tələbələrin təlim-tərbiyəsi ilə 95 nəfər müəllim məşğul olur. 64 nəfər işçi çalışır. Müəllimlərin 61 nəfəri gənc kadrlardır.

Qazax Peşə Liseyində - 70 nəfər işçi çalışır. Şagirdlərin təlim-tərbiyəsi ilə 34 nəfər müəllim məşğul olur. Liseyi 2017-2018-ci tədris ilində 4 ixtisas üzrə 80 nəfər şagird bitirmişdir.

2018-2019-cu tədris ilində isə liseyə qəbul "Asan xidmət” xətti ilə aparılmış, geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər, bitkiçilik mütəxəssisi, ərzaq və qeyri-ərzaq malları üzrə satıcı, nəzarətçi, xəzinədar, xalça və xalça məmulatlarının bərpası ixtisasları üzrə 60 nəfər şagird qəbul olunmuşdur. Hazırda liseydə 5 ixtisas üzrə 161 nəfər şagird təhsil alır.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı Qazax şəhərində, 19-u isə kəndlərdə yerləşir. 515 nəfər şəhər bağçalarında, 585 nəfər kənd bağçalarında olmaqla, ümumilikdə bağçalarda 1100 nəfər uşaq təlim-tərbiyə alır.

Rayon üzrə fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında ümumilikdə 335 nəfər işçi fəaliyyət göstərir. Onlardan 147 nəfər şəhər, 188 nəfər isə kənd üzrə fəaliyyət göstərənlərdir.

Bağçalar "Ərzaq Məhsullarının Təchizatı və Təminatı” ASC tərəfindən ayda iki dəfə vaxtlı-vaxtında ərzaqla təmin olunur və buna Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarət olunur. Eyni zamanda, ayda bir dəfə ümumi olaraq uşaqlar tibbi müayinədən keçirilir. Yaradılmış xüsusi həkim briqadaları istər şəhər, istərsə də kənd bağçalarında mütəmadi reydlər aparır, uşaqların sağlamlığı ilə maraqlanır və xəstəliyi olan uşaqlara ilkin tibbi yardım göstərilir.

Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq 2018-ci ilin yanvar ayında Qazax şəhər 4 saylı uşaq bağçasında əlavə 3 qrup, 5 saylı körpələr evi-uşaq bağçasında əlavə 2 qrup, 6 saylı körpələr evi-uşaq bağçasında əlavə 1 qrup açılmışdır. Bu qruplara ümumilikdə 35 nəfər yeni işçi götürülmüş və 135 nəfər uşaq cəlb edilmişdir.

Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir. Belə ki, yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri Qarabağ müharibəsi əlili ailəsi, digərləri isə işə ehtiyacı olan aztəminatlı ailələrdir.

Rayon İcra Hakimiyyəti tərəfindən bağçalarda əmək intizamına daim nəzarət olunur, mütəmadi olaraq reydlər keçirilir, yaranan problemlər, nöqsanlar və çatışmazlıqlar aşkarlanaraq vaxtında aradan qaldırılır.

2017-2018-ci illərdə rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarına diqqətin artırılması nəticəsində 19 bağça (2018-ci ildə 7 bağça) binasında bərpa-gücləndirmə və əsaslı təmir-tikinti işləri aparılmışdır.

Belə ki, Qazax şəhər 2 saylı 60 nəfərlik 3 qruplu uşaq bağçası, şəhər 6 saylı 90 nəfərlik 5 qruplu körpələr evi-uşaq bağçası, Bala Cəfərli kənd uşaq bağçası, Quşçu Ayrım kənd uşaq bağçası, Canalı kənd uşaq bağçası, şəhər 3 saylı 95 nəfərlik 5 qruplu körpələr evi-uşaq bağçasının binası qəzalı vəziyyətdə olduğundan S.Vurğun döngə 6/2 ünvanında yerləşən köhnə tikilidə 3 saylı körpələr evi-uşaq bağçası üçün əlavə tikintilər aparılmaqla əsaslı təmir və bərpa gücləndirmə işləri, İkinci Şıxlı kənd 2 saylı 35 nəfərlik 2 qruplu körpələr evi-uşaq bağçası 3 dəfə genişləndirilərək tamamilə yenidən tikilmiş, şəhər 4 saylı körpələr evi-uşaq bağçasının binasında təmir-bərpa işləri aparılmış, şəhər 5 saylı körpələr evi-uşaq bağçasının binasının dam örtüyü təmir olunmuş və hər iki bağçanın həyətində çardaq qurularaq körpələrin istifadəsinə verilmiş, ümumilikdəbütün bağçalar üzrə yeni istilik sistemləri qurulmuş, müasir tələblərə cavab verən bərk və yumşaq inventar avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir.

2019-cu ildə rayon üzrə qalan 6 məktəbəqədər təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayon üzrə nümayəndəliyi tərəfindən 2018-ci il ərzində 2820 tədbir keçirilmiş və iştirakçıların sayı 142411 nəfər olmuşdur.

Qazax rayonu üzrə mədəniyyət müəssisələri 2018-ci il ərzində ölkəmizlə bağlı olan tarixi hadisələri, əlamətdar günləri, el bayramlarını, görkəmli dövlət, el və mədəniyyət xadimlərinin yubileylərinin geniş surətdə əhatəli ssenari əsasında qeyd olunmasını təşkil etmişdir.

Rayonda Yeni il şənliyi, 20 Yanvar faciəsi, 2 Fevral - Gənclər Günü, 26 Fevral - Xocalı faciəsi, 8 Mart – Beynəlxalq Qadınlar bayramı, 21 Mart - Novruz bayramı, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü, 9 May - Faşizm üzərində qələbə günü, 28 May - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, 15 İyun – Milli Qurtuluş Günü, 26 İyun - Silahlı Qüvvələrin yaranmasının 100 illiyi mədəniyyət müəssisələrində geniş qeyd olunmuşdur.

Rayon Mədəniyyət Mərkəzində Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illik yubileyinə, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, aşıq Şəmistanın 125 illik yubileyinə, Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, Teatrşünas, rejissor, istedadlı aktyor Mehdi Məmmədovun 110 illiyinə, Xalq yazıçısı İsə Muğannanın anadan olmasının 90 illiyinə, Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş kitab sərgiləri təşkil edilmiş və yubiley tədbirləri keçirilmişdir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 may 2018-ci il tarixdə Daş Salahlı kəndində 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə tikilmiş abidə kompleksinin yenidənqurmadan sonra açılışı, 17 may 2018-ci il tarixdə Böyük Vətən Müharibəsi iştirakçısı Nəbi Nəbiyevin 100 illik yubileyi, 18 may 2018-ci il tarixdə Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Cavad bəy və Rüstəm bəy Şıxlinski qardaşlarının xatirəsinə həsr olunmuş tədbir və 13 iyun 2018-ci il tarixdə  "Milli Qurtuluşdan Zəfərə doğru”, 27 oktyabr 2018-ci il tarixdə Əməkdar İncəsənət xadimi, ustad aşıq Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı tədbirlər keçirilmişdir.

2018-ci ildə Heydər Əliyev Mərkəzində 52 tədbir keçirilmiş, ümumilikdə tədbirlərdə 18730 nəfər iştirak etmişdir. Heydər Əliyev Mərkəzində, eyni zamanda, mədəniyyət müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın yubileyləri qeyd edilmişdir.

Heydər Əliyev Mərkəzinə, Qazax Tarix-Diyarşünaslıq Muzeyinə və Qazax Dövlət Rəsm Qalereyasınaməktəblilərin ekskursiyaları təşkil olunmuş, ekskursiyalarda 15000 nəfərdən çox şagird iştirak etmişdir.

Qazax Dövlət Dram Teatrı 2018-ci il üçün iş planına əsasən teatrın yaradıcı heyəti tərəfindən şair-dramaturq İsgəndər Coşqunun "Çal oyna”, Fransız yazıçısı Viktor Hüqonun "Edam məhkumunun son günü”, 26 Fevral - Xocalı faciəsi şəhidlərinin anım günündə yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət”, Xalq yazıçısı Elçinin "Cəhənnəm sakinləri”, Elçin Hüseynbəylinin "İmperator”, Aydın Murovdağlının "Türkün alın yazısı”, Xalq şairi Vaqif Səmədoğlunun "İntihar”  tamaşaları göstərilmiş, 20 Yanvar şəhidlərinin xatirəsinə əbədi-bədii kompozisiya nümayiş olunmuşdur.

"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları qoruq ərazisində abidələr haqqında məlumatlar toplayır, abidələrin qorunması, toxunulmazlığı, bərpası və təbliğini təmin edirlər.

2018-ci ildə Qoruğun "Damcılı” filialında Damcılı bulağına gedən yolun ətrafında  abadlaşma işləri aparılmaqla yolun kənarlarına 3 sıra olmaqla eldar şamları əkilmiş, ağacların suvarılması üçün su xətti çəkilmişdir. Turistlərin rahat gediş-gəlişini təmin etmək üçün Damcılı bulağına asfalt yol yenidən qurulmuş, qoruq ərazisində üzərində Xalq şairi Səməd Vurğunun şeiri həkk olunmuş abidə yerləşdirilmiş, yeni güllər əkilmiş, ağaclar budanmış, yeni hasarlar hörülmüş, cari təmir işləri aparılmışdır.

Artıq 3 ildir ki, qoruq ərazisində arxeoloji tədqiqatlar aparılır, qazıntılar zamanı zəngin tarixi maddi və mənəvi sərvətlərimiz sayılan qədim əşyalar tapılmışdır ki, tapılan eksponatlar qədim bir tarixə malik olduğumuzu təsdiq edir.

2018-ci il ərzində qoruğun fondunda eksponatın sayı qoruq əməkdaşları tərəfindən toplanaraq 4472 ədədə çatdırılmışdır. İl ərzində qoruğun ərazisinə 8108 nəfər turist gəlmişdir. Turistlərin arasında məktəbli, tələbə, yerli əhali olmaqla xarici vətəndaşlar da olmuşdur.

Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyası, 3 Poliklinika şöbəsi, 100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonumuzda Respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi  və 113 xidməti fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə Rayon Mərkəzi Xəstəxanasının yerində yeni 145 çarpayılıq 10 korpusdan ibarət Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə 2017- ci ildən başlanılmışdır. Respublika Prezidenti cənab İlham Əliyev 29 mart 2018-ci il tarixdə Qazax Rayon Mərkəzi Xəstəxanasının 1-ci mərhələ tikintisinin başa çatdırılması məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 14,6 milyon manatının Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılması barədə Sərəncam imzalamışdır. Həmin vəsait dövlət büdcəsindən ayrılmış və hazırda xəstəxananın 5 korpusunda tikinti işləri başa çatdırılmışdır. Yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Layihənin qalan hissəsi üzrə işlər bu il davam etdiriləcəkdir.

Rayon Mərkəzi Xəstəxanasında 3129 nəfər şəkərli diabet xəstəsi, 241 nəfər vərəmli xəstə, 36 nəfər rayon üzrə xroniki böyrək çatışmamazlığı və dializ alan xəstə, 4 nəfər dağınıq skleroz xəstəsi və 733 nəfər onkoloji xəstə dispanser qeydiyyatda olmuşdur.

Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 147676 nəfər, rentgen üzrə 1030 nəfər, 312 nəfər üzrə cərrahiyyə əməliyyatı aparılmış, 3250 nəfər laborator müayinədən keçirilmişdir. 2018-ci il fevral ayının 12-dən etibarən dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilmişdir. May ayının 15-dək davam edən aksiyada 56797 nəfər əhali tibbi müayinədən keçirilmiş, 51877 nəfər sağlam hesab edilmiş, 4437 nəfər ambulator müalicəyə, 325 nəfər stasionar müalicəyə, 158 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir. Müayinələr uğurla başa çatdırılmışdır.

Uşaqlar arasında icbari müalicələrin və analizlərin aparılması üçün həkim briqadaları yaradılmış, məktəblərdə, körpələr evi-uşaq bağçalarında müntəzəm olaraq müayinələr aparılmışdır. Belə ki, kənd bağçalarında 585 uşaq, şəhər bağçalarında 515 uşaq daim həkim nəzarətində saxlanılmışdır.

Vərəmli, şəkərli diabet, onkoloji xəstələrin aşkarlanaraq müalicəyə cəlb edilməsi gücləndirilmiş, həmin xəstələr müntəzəm olaraq pulsuz dərman preparatları ilə təmin edilirlər. 2048 xəstəyə qanda şəkərin miqdarını təyin edən müvafiq aparatlar  paylanmışdır.

Hesabat dövründə səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə şəhər və kənd tibb müəssisələrində əsaslı və cari təmir işləri aparılmışdır. Belə ki, Xanlıqlar kənd həkim məntəqəsində və Qazaxbəyli kənd tibb məntəqəsində cari təmir işləri yekunlaşmış, Rayonlararası Ruhi Xəstəxanada əsaslı təmir işlərinin müyyən hissəsi başa çatmış, palatalar yumşaq və bərk inventarlarla təmin olunmuşdur. Rayonlararası Ruhi Xəstəxanasının qalan hissələrində də bu il təmir işləri davam etdiriləcəkdir.

Rayonlararası Ruhi Xəstəxanada il ərzində 2 dəfə böyük bayram konserti keçirilmişdir.

Yaponiya səfirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə fəaliyyəti nəticəsində Yuxarı Salahlı kəndində müasir tələblərə cavab verən 8 otaqdan ibarət həkim məntəqəsi yenidən tikilərək kənd əhalisinin istifadəsinə verilmişdir. Məntəqədə lazımi şərait yaradılaraq yeni tibbi avadanlıq və inventarlarla təmin edilmişdir.  

Qazax Müalicə Diaqnostika Mərkəzinə 2018-ci il ərzində 37794 nəfər ambulator gəliş olmuş, mərkəzdə 74886 nəfər üzrə laboratoriya müayinələri olunmuş, cərrahiyyə şöbəsinə 1086 xəstə daxil olmuş, 836 xəstə üzrə isə cərrahi əməliyyat aparılmışdır. Hemodializ şöbəsində 2018-ci ilin yanvar ayının 1-nə 68 xəstə olmuş, il ərzində şöbəyə daha 50 xəstə daxil olmuşdur. Bunlardan 3 xəstə sağalmış, 20 xəstə başqa müəssisəyə köçürülmüş, 22 xəstə isə vəfat etmişdir. 1 yanvar 2019-cu il tarixə Hemodializ şöbəsində 73 xəstə qonşu rayonlar nəzərə alınmaqla qeydiyyatda olmuşdur.

Mərkəzdə 21 aprel 2018-ci il tarixdə növbəti qanvermə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət etmiş və onların 162 nəfərindən qan götürülmüşdür.

Qazax Müalicə Diaqnostika Mərkəzində 12.02.2018-ci il tarixdən 12.05.2018-ci il tarixədək profilaktik müayinələr keçirilmişdir. 18156 nəfər müayinədən keçmişdir ki, onlardan 8996 nəfər sağlam, 191 nəfər stasionar müalicəyə cəlb olunmuş, 28 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş və 170 nəfər üzərində cərrahi əməliyyatlar aparılmışdır.

Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi - 2018-ci il ərzində sanitar profilaktiki tədbirlər həyata keçirmişdir.Mərkəz tərəfindən rayonun müalicə müəssisələri lazımi miqdarda peyvənd materialları ilə tam təmin olunmuş, plana əsasən 950 nəfər uşaq (6 yaşadək) peyvənd olunmuşdur. Bunun nəticəsidir ki, rayonumuzda malyariya, kütləvi kəskin bağırsaq infeksiyaları əhali arasında qeydə alınmamışdır.

2018-ci ilin sentyabr-oktyabr aylarında rayon üzrə bütün məktəb və məktəbəqədər uşaq müəssisələrində qripə qarşı dezinfeksiya işləri aparılmışdır. Eyni zamanda, yaşayış binalarında və onların zirzəmilərində, həyətlərində də dezinfeksiya işləri aparılmışdır. Hesabat dövrü ərzində 18 nəfərə xəbərdarlıq edilmiş, verilən təklifləri 17 nəfər aradan qaldırmış, 1 nəfər isə cərimə olunmuşdur. İstər sahibkarlar, istər vətəndaşlar arasında aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, sonda mərkəzin fəaliyyətini qanətbaxış hesab etmək olar.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikasının "Dövlət Gənclər Siyasəti haqqında” Qanununun, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının və 2018-ci il tədbirlər planının icrası ilə əlaqədar olaraq hesabat dövrü ərzində yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, 2018-ci il ərzində rayonda gənclərlə iş sahəsi üzrə 21 olmaqla ümumilikdə isə 25 tədbir həyata keçirilmiş və tədbirlərdə 3989 nəfər fəal gənc iştirak etmişdir.

Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon Təhsil şöbəsi ilə birgə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Xocalıya ədalət” başlığı altında inşa-yazı müsabiqəsi keçirilmiş, fevral ayının 26-da Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və gənc rəssam Akif Əmirovun təşəbbüsü ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Şəhid şəhər” başlığı altında sərgi nümayiş etdirilmişdir.

5 mart "Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə bayram tədbiri keçirilmiş, 28-29 mart tarixdə "Şahin” Hərbi İdman Oyunlarının rayon birinciliyi keçirilmiş, Aşağı Salahlı kənd tam orta məktəbin komandası birinci yerə layiq görülmüşdür. 15 may 2018-ci il tarixdə Şəmkir rayonunda keçirilən "Sərhəd” hərbi-idman oyununun zona mərhələsində Birinci Şıxlı kənd tam orta məktəbin "Dəli kür” komandası I yeri tutmuşdur.

25 iyun  2018-ci  il  tarixdə  Rayon  İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Gənclər Mərkəzində 26 iyun - narkomaniya əleyhinə ümumdünya mübarizə günü ilə bağlı "Ağ ölüm-qara ləkə” başlığı altında tədbir keçirilmiş, 13-15 noyabr 2018-ci il tarixlərdə isə rayonun ümumtəhsil məktəblərində narkomaniya və narkobizneslə mübarizə məqsədilə maarifləndirici görüşlər təşkil edilmişdir.

14 avqust 2018-ci il tarixdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə "Qarabağa doğru” sənədli bədii film nümayiş etdirilmiş,11 aprel Azərbaycan Respublikasının Prezident seçkiləri ərəfəsində ilk dəfə səs verəcək gənclərlə maarifləndirici görüşlər keçirilmişdir.

16 noyabr 2018-ci il tarixdə Bakı şəhərində keçirilmiş Azərbaycan Gənclərinin VIII Forumunda rayonumuzu 11 nəfər fəal gənc təmsil etmişdir.

Fevralın 1-də Bakı Konqres Mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etmişlər. Dövlətimizin başçısı tədbirdə nitq söyləmiş, daha sonra gənclərin nümayəndələri sırasında Qarabağ qazisi Kamil Musavi çıxış edərək rayonumuzu layiqincə təmsil etmişdir. Tədbirdə rayonumuzu 6 nəfər fəal gənc təmsil etmişdir.

Bədən tərbiyəsi və idman sahəsi üzrə 2018-ci il ərzində 32 tədbir həyata keçirilmiş, yarışlarda 2786 nəfərdən çox idmançı öz gücünü sınamış, rayon idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla çıxış etmişlər.

Qeyd edək ki, 2018-ci il ərzində rayon idmançıları tərəfindən beynəlxalq miqyaslı yarışlarda 49, respublika miqyaslı yarışlarda isə 146 medal əldə olunmuşdur.

2017-ci ilə nisbətən 2018-ci ildə beynəlxalq miqyaslı yarışlarda 11 medal, respublika miqyaslı yarışlarda isə 31 medal çox olmaqla 42 medal çox qazanılmışdır.

Yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar rayon rəhbərliyi tərəfindən dəfələrlə  qəbul edilərək qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Rayon Statistika İdarəsi yerli statistika orqanları üçün statistik işlər proqramına əsasən 2018-ciil də müəssisə və təşkilatlardan hesabatlar toplamış, icmal məlumatlar, bülletenlər, təhlili məruzələr hazırlamış, elektron və adi poçtla aidiyyəti ünvanlara göndərilmişdir. İlkin hesablamalara əsasən müəyyən olunmuşdur ki, 2018-ci il ərzində məhsul buraxlışının həcmi 210650000 manat olmuş, bu isə keçən ilin müvafiq dövrünə nisbətən 5,0 faiz çoxdur.

Kənd təsərrüfatı məhsulunun həcmi 79100000 manat olmaqla keçən ilə nisbətən 1,5 faiz çox, sənaye məhsulunun həcmi isə 36200000 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründən 0,3 faiz çoxdur. Tikinti quraşdırma və ticarət sahəsində məhsul buraxlışının həcmi keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 307 manat, adambaşına məhsul buraxılışı 2160 manat olmuşdur.

2018-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 45982500 manat, tikinti quraşdırma işlərinin həcmi 41665000 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri   9442000 manat olan 274 yaşayış evi tikilib istifadəyə verilmişdir. İl ərzində 27 müəssisə yaradılmış və 790 yeni iş yeri açılmışdır ki, bunun 450-si daimi iş yeridir. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 56600 nəfər olmuşdur ki, bunun da 53400 nəfəri məşğul əhalidir.

2018-ci il ərzində Qazax rayon Məşğulluq Mərkəzinə 34 müəssisədən 766 boş iş yeri təqdim edilmişdir. Mərkəzə müraciət etmiş 1524 nəfər vətəndaşdan 1402 nəfəri işaxtaran kimi qeydiyyata alınmış, 748 nəfərə işə göndəriş verilmiş, 701 nəfər münasib işlə təmin olunmuşdur.

Mərkəz tərəfindən 8 nəfərə işsizlik statusu verilmiş və 23 nəfərə işsizlik sığortası təyin olunmuşdur. 25 oktyabr 2018-ci il tarixdə rayon Məşğulluq Mərkəzində əmək yarmarkası keçirilmiş, yarmarkaya 17 dövlət müəssisəsindən 225 boş iş yeri, 8 qeyri-dövlət müəssisəsindən 190 boş iş yeri olmaqla. ümumilikdə 415 boş iş yeri təqdim olunmuşdur.

Əmək yarmarkasında 25 müəssisə rəhbəri, 203 nəfər işaxtaran vətəndaş iştirak etmiş, işaxtaran vətəndaşlardan 39 nəfərinə göndəriş verilmiş, 19 nəfər daimi işlə təmin olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən 7 dövlət müəssisəsində 21 kvot iş yeri müəyyən edilmiş, 4 nəfər işlə təmin edilmişdir.

İdarə və müəssisələrdən verilmiş boş iş yerlərinə əməyin ödənişində minimum əməkhaqqı 130 manat, maksimum əməkhaqqı isə 399 manat olmuşdur.

Respublika Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması" ilə bağlı verdiyi Sərəncama uyğun olaraq "Özünəməşğulluq” layihəsində iştirak etmək üçün mərkəzə müraciət etmiş vətəndaşlardan 100 nəfəri layihəyə cəlb edilmiş, bunlardan 67 nəfəri aktivlərlə təmin olunmuş, qalan 33 nəfəri isə yaxın günlərdə təmin olunacaqdır.

Rayonda  "Regionların sosial-iqtisadi  inkişafı  Dövlət Proqramı”na  uyğun  olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən illərdə olduğu kimi 2018-ci ildə də uğurla davam etdirilmişdir. Belə ki, 2018-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Qazax rayonunda 5 binanın təmirinə 277,47 min manat vəsait ayrılmışdır. Qazax şəhərində yerləşən həmin binalarda - Heydər Əliyev prospektində yerləşən 60 və 64 saylı, Bakı küçəsində yerləşən 1 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı və N.Nərimanov yaşayış massivində yerləşən 45 saylı binaların dam örtükləri dəyişdirilmiş, blok və fasadlarında əsaslı təmir işləri görülərək suvanmış, rənglənmiş, həyətlərində abadlıq və quruculuq işləri görülmüşdür.

Qazax şəhərində Mənzil İstismar Sahəsinin xidmət göstərdiyi 55 ədəd və hərbi şəhərcik adlanan ərazidə olan 6 ədəd binaların dam örtüyü dəyişdirilmiş, 22 binanın fasadında, blokunda, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir işləri görülmüş, binalarda rənglənmə və həyətlərində abadlıq işləri aparılmışdır. Vətəndaşların müraciətləri nəzərə alınaraq Qazax şəhərinin Ə.Şıxlinski küçəsində 2 ədəd və N.Nərimanov yaşayış massivində 2 ədəd olmaqla, cəmi 4 ədəd xeyir və şər evlərində əsaslı təmir və tikinti işləri aparılaraq sakinlərin istifadəsinə verilmişdir.

Şəhərin N.Nərimanov yaşayış massivində olan 44 çoxmənzilli yaşayış binalarından 42-də dam örtükləri dəyişdirilmiş, fasad və blokları suvanıb rənglənmiş, həyətlərində abadlıq işləri aparılmışdır. Hazırda N.Nərimanov yaşayış massivində dam örtüyü dəyişdirilməmiş 2 bina (15 və 40 saylı binalar) qalmışdır. Hazırda 40 saylı binada dam örtüklərinin dəyişdirilməsi işlərinə başlanılmışdır.

Ümumilikdə Qazax şəhəri üzrə cəmi 163 çoxmənzilli binalardan 115 binada əsaslı təmir işləri aparılmış və dam örtükləri dəyişdirilmişdir. Qalan 48 çoxmənzilli yaşayış binasında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuş və bu işlər 2019-cu ildə tam başa çatdırılacaqdır.

Şəhərin prospekt və küçələrində ümumilikdə 50-dən artıq şəxsi yaşayış evlərinin 25603 kv.m dam örtüyü dəyişdirilmiş, 29620kv.m  evlərin və hasarların fasad hissələri suvanaraq rənglənmiş, 294 kv.m hörgü işləri aparılmış, 4 ədəd yeni darvazalar qoyulmuş, 36 ədəd dəmir darvazalar təmizlənərək yenidən rənglənmiş, küçə və prospekt boyunca 1456 p/m uzunluğunda mərmər bardürlər, 620 p/m yeni sadə bardürlər düzəlmiş, 7947 kv.m səkilərə yeni tamet daşları vurulmuşdur. 3762 ədəd ağac və gül kolları əkilmiş, 2550 kv.m küçə və parklarda yaşıl ot örtüyü düzülmüşdür.

2018-ci ildə Qazax şəhərinin Heydər Əliyev prospektində, Azadlıq, S.Vurğun, Vaqif, Z.Tağıyev, Ə.Dilbazi, Vidadi, H.Arif, Ə.Şıxlinski küçələrində və N.Nərimanov yaşayış massivi də daxil olmaqla, cəmi 11 küçədə asfalt beton örtüyü əsaslı təmir olunmuş və yolun hərəkət zolaqlarının və piyada keçidlərinin xətlənməsi işləri görülmüşdür.

Şəhərdaxili yollara 34,5 km, kənd yaşayış məntəqələrində isə 200 km-dən artıq kənddaxili yollara qum-çınqıl döşənmişdir.

Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun məzari üstündə və şəhərin mərkəzində Aşıq Ələsgərlə Aşıq Şəmşirin büstləri ucaldılmış, büstlərin ətrafında abadlıq və quruculuq işləri aparılmışdır.

Qazax şəhərində, Heydər Əliyev prospekti boyunca 13 sahibkalıq obyektinin qarşısına təhlükəsizlik məqsədilə kameralar quraşdırılmış, 68 sahibkarlıq obyektinin ön hissəsinə isə prospektə estetik gözəllik verən 68 ədəd işıqlı reklam lövhələri qoyulmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi başa çatmış, daha 7 yaşayış evinin tikintisi davam etdirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar 1 və şəhid adını daşıyan 2, cəmi 3 bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.

Daş Salahlı kəndindəki 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparılmışdır. 

2018-ci ildə Qazax Dövlət Rəsm Qalereyasında, Heydər Əliyev Mərkəzində, Ədəbiyyat Muzeyində, Mədəniyyət Mərkəzinin böyük zalında cari təmir işləri aparılmışdır.

Rayonun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə xeyir və şər mərasimlərinin keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılmış və vətəndaşların müraciətini nəzərə alaraq əlavə xidmət sahələri yaradılmışdır.

Rayon ərazisində yerləşən ictimai binalarda, yataqxanalarda, vaqon şəhərciyində məskunlaşmış məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndində əlavə 304 ailəlik yeni yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Hazırda sənədləşmə işləri yekunlaşmaq üzrədir və yaxın günlərdə tikinti işlərinə başlanılacaqdır.

29 yanvar 2019-cu il tarixdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda Qazax rayonunda fəaliyyət göstərən "Saloğlu” mebel firmasının direktoru Tacəddin Musayevə söz verilməsi cənab Prezidentin bir daha qazaxlılara olan diqqət və qayğısının bariz nümunəsidir.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək kəndi ərazisində "Saloğlu” fərdi firması tərəfindən həyata keçiriləcək"Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30,5 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Qeyd edildiyi kimi, "Saloğlu” firmasının istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana ixrac olunur. Hazırda 400 nəfərlik kollektiv fəaliyyət göstərir, istehsal sahələrini genişləndirməklə 2500 iş yerinin açılması hədəf götürülmüşdür. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlanılmış, layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaqdır.

Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılmış, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın "HOMAG Group” şirkəti ilə müqavilə imzalanmış və tezliklə avadanlıqların Azərbaycana gətirilməsi təmin ediləcəkdir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə "Made in Azerbaijan” brendi ilə mebel ixrac ediləcək ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaqdır.

2018-ci ildə Qazax şəhərində "Azərxalça” ASC tərəfindən yeni xalça müəssisəsi tikilərək istifadəyə verilmiş, "Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində illik gücü 50 min ton olan Əhəng zavodunun və "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində inşa etdiyi illik gücü 9600 ton olan "Gedik-Carçı” Elektrod zavodunun tikintisi başa çatmış və yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılmışdır.

"İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində Aqropark yaradılmış, aqroparkda tikinti işləri başa çatmış, lazımi avadanlıq, texnika və qurğularla təmin olunmuşdur. Belə ki, aqroparka 42 ədəd texnika alınmış, tutumu 2500 ton olan quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş, tutumu 2600 ton olan soyuducu anbarın tikintisi başa çatmış, örtük metal konstruksiyalar montaj olunmuşdur. Sahəsi 300 kv.m olan ikimərtəbəli ofis binasında daxili tamamlama işləri yekunlaşmışdır. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Sahələrdə tutumu 4500 kubmetr  olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 km sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır. Həmçinin, "Aqrolizinq” ASC-dən Türkiyə respublikasının Karataş firmasına məxsus özü yığılan və daşınan, hər birinin uzunluğu 500 metr, qiyməti 89100 manat olan 10 ədəd rezin suvarma boruları alınaraq suvarma işlərində istifadə olunur. Aqroparkı fasiləsiz enerjisi ilə təmin etmək məqsədilə 12,8 km uzunluğunda elektrik hava xətti çəkilmiş, 1 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 63 kv-luq transformatorlar quraşdırılmışdır.

Görülən işlərlə yanaşı, aqropark layihəsinin genişləndirilməsi məqsədilə "Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması və satışı” üzrə  tutumu 8000 ton olan kartof məhsulu üçün soyuducu anbar, sahəsi 2500 kv.m olan kartof məhsulunun  emalı, təmizlənməsi və qablaşdırılması üçün sex, hazır məhsulların saxlanılması üçün sahəsi 2500 kv.m quru anbarın, ikimərtəbəli, sahəsi 580 kv.m olan inzibati idarəetmə binası, qazanxana binası və əlavə qurğuların tikintisi işləri  hazırda davam etdirilir.

Rayonumuzda illik gücü 1 milyon ton olan "Qazax Sement Zavodu” MMC, istehsal gücü 110 min ton olan bentonit gil istehsalı müəssisəsi "AzRosPromİnvest” MMC, illik istehsal gücü 5 min ton olan Qazax Konserv Zavodu, "Birinci Şıxlı kəndli fermer təsərrüfatı” MMC fəaliyyət göstərir.

Ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı verdiyi Fərman və Sərəncamlar, yaratdığı əlverişli biznes mühiti sahibkarları yeni layihələrin həyata keçirilməsinə ruhlandırır. Buna görə ölkə başçısına dərin təşəkkürümüzü bildiririk.

2018-ci ildə Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.

2018-ci ildə Respublika Prezidentinin Sərəncamı ilə Çaylı və Orta Salahlı kəndlərinin hər birində 2 ədəd, Aşağı Salahlı, Canalı, Hüseynbəyli, Kosalar, Dəmirçilər, Xanlıqlar və Qarapapaq kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusu qazılmışdır.

2018-ci ilin məhsulu üçün rayonda kənd təsərrüfatı sahəsində 9102 hektar buğda sahəsindən 33309,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 36,6 sentner, 3527 hektar arpa sahəsindən 8676,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 24,6 sentner, 62 hektar vələmir sahəsindən 168,3 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 27,1 sentner, 2,4 hektar darı sahəsindən 2,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 10,0 sentner, 259,7 hektar noxud sahəsindən 519,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner, 42,5 hektar lobya sahəsindən 87 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20,5 sentner, 543,5 hektar dən qarğıdalı sahəsindən 3038,4 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 54,5 sentner, 88 hektar sorqo sahəsindən 176 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 20 sentner, 46 hektar günəbaxan sahəsindən 99,8 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 22 sentner, 3571,5 hektar yonca sahəsindən 1144,7 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 32 sentner, 31 hektar bostan sahəsindən 498,5 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 160,8 sentner, 495,1 hektar tərəvəz sahəsindən 11116,6 ton məhsul istehsal olunmuş, məhsuldarlıq 224,5 sentner, 1118 hektar kartof sahəsindən 30745 ton məhsul istehsal olunmuş və məhsuldarlıq 275 sentner, 60 hektar tütün sahəsindən 97,993 ton məhsul təhvil verilmiş, məhsuldarlıq 16,3 sentner, 279 hektar üzüm sahəsindən 2796 ton məhsul yığılmış, məhsuldarlıq 100 sentner, 1492 hektar sahədə isə meyvə becərilir ki, bundan 1264 hektar bar verən bağdan 15837,8 ton meyvə istehsal edilmiş, məhsuldarlıq 125,3 sentner olmuşdur. 

Rayon üzrə 2018-ci ildə ümumi əkin sahəsi 20633 hektar olmuşdur ki, bu da ötən ildən 1937,27 hektar çoxdur. Bu il üçün 21476 hektar sahənin əkilməsi nəzərdə tutulmuş, bu istiqamətdə məqsədyönlü işlər görülmüşdür.

2018-ci ilin payızında 2019-cu ilin məhsulu üçün 12555 hektar payızlıq taxıl, o cümlədən. 8305 hektar buğda, 4250 hektar arpa səpilmişdir. 2019-cu ilin yaz əkini üçün 1302 hektar sahədə qış şumu aparılmışdır.

2018-ci ildə rayonda iki toxumçuluq təsərrüfatında 567 ton toxumluq taxıl istehsal olunmuşdur ki, bunun 7 tonu arpa, 560 tonu isə buğda olmuşdur. 2018-ci ildə kənd təsərrüfatı məhsulu istehsalçılarına güzəştli qiymətlərlə 2290,0 ton mineral gübrələr satılmışdır.

2018-ci ildə Qazax kümçüləri tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6262 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir ki, bu da nəzərdə tutulmuş planın 125,3 faiz icrası deməkdir. Qeyd etmək istəyirəm ki, 2016-cı ildə 1502 kq, 2017-ci ildə isə 4623 kq barama istehsal edilmişdir. 2017-ci ilə nisbətən 2018-ci ildə 1639 kq artıq barama istehsal olunmuşdur.

Baramaçılığın inkişafı üçün yem bazasının yaradılması məqsədilə 2016-2018-ci illərdə 52500 ədəd tut tingi basdırılmışdır ki, bunun 20000 ədədi 2018-ci ildə basdırılmış tut tingləridir.

2018-ci ildə rayon ərazisində 2000 ədəd ərik ağacı əkilmişdir. Belə ki, Baki-Ələt-Qazax-Gürcüstan magistral avtomobil yolunun sol kənarında 1000 ədəd, Qazaxbəyli kəndində isə 2 hektar sahədə 1000 ədəd ərik ağacı əkilərək 4 aztəminatlı ailəyə verilmişdir.

Arıçılara subsidiyanın verilməsi ilə bağlı arıçıların və arı ailələrinin sayı rayon üzrə müəyyənləşdirilmiş, 650 arıçı və 7041 arı ailəsi qeydiyyata alınmış, 244 arıçıya 3600 arı ailəsinə görə 36000 manat subsidiya verilmişdir.

2018-ci ildə yanacaq və motor yağlarına görə 9080 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 1136019 manat, 22 nəfər barama istehsalçılarına 30142 manat, 2017-ci ilin tütün istehsalına görə 11 nəfər fiziki və 1 nəfər hüquqi şəxsə 3990 manat, şəkər çuğunduru istehsalına görə 68 nəfərə 21549 manat olmaqla, 9564 nəfərə 1244100  manat subsidiya verilmişdir.

Rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərində Təzə Bazarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkada müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları satışa çıxarılaraq bazar qiymətlərindən 20-30 faiz aşağı qiymətə satılmışdır.

Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi,heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. 2018-ci ildə 240 baş ana malda süni mayalanma aparılmış və 233 baş bala alınmışdır. Süni mayalanmadan alınmış buzova görə 138 nəfərə 16400.0 manat subsidiya verilmişdir. 

2018-ci il ərzində rayon üzrə 5689800 kq ət, 31212200 kq süd, 12150000 ədəd yumurta, 265000 kq yun istehsal edilmişdir. İribuynuzlu mal-qaranın sayı 31235 baş,  ana mal 16636 baş, xırdabuynuzlu heyvanlar 147 980 baş, quşların sayı 210000 baş olmuşdur.

Heyvanlar arasında müxtəlif növ xəstəliklərin baş verməməsi üçün lazımi peyvənd işləri aparılmış, profilaktik tədbirlərin nəticəsidir ki, 2018-ci ildə heyvanlar arasında təhlükəli yoluxucu xəstəliklər qeydə alınmamışdır.

Qazax Suvarma Sistemləri İdarəsi rayonun 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Qeyd olunan sahələrin suvarılması tutumu 120 milyon kubmetr olan Ağstafaçay, 20 milyon kubmetr  olan Coğazçay və 2,6 milyon kubmetr olan İncəsu çay su anbarları, tutumu 0,2 milyon kubmetr  olan "Acı dərə” kiçik su tutarında yığılan sular, öz başlanğıcını Gürcüstan Respublikasının ərazisində Xram çayından götürən Şıxlı arxı, həmçinin Xram və Kür çayları üzərində quraşdırılmış nasos stansiyaları vasitəsilə aparılır. Sahələrin 11863 hektarı öz axımı ilə, 5558 hektarı isə nasos stansiyaları vasitəsilə suvarılır. 2018-ci ilin vegetasiya suvarmasına hazırlıqla əlaqədar rayon ərazisində təmizlənməsi vacib olan 261,19 km uzunluğunda arxlar təmizlənməli olduğu halda 310,0 km uzunluğunda təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələri Rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi, nəzarəti və yaxından köməyi, kənd sakinlərinin, Suvarma Sistemləri İdarəsinin qüvvəsi ilə lildən, kol-kosdan təmizlənmiş və 2018-ci ilin vegetasiya suvarılması müvəffəqiyyətlə başa vurulmuşdur. 2018-ci il ərzində mexanizmlərlə 740 000 kubmetr həcmində arxların lildən və kol-kosdan təmizlənməsi nəzərdə tutulmuşdur ki, il ərzində faktiki olaraq 741 000 kubmetr həcmində arxlarda təmizlənmə işləri aparılmışdır.

2019-cu ilin vegetasiya suvarmasına hazırlıqla əlaqədar 1 noyabr 2018-ci il tarixdən rayonun bütün kəndlərində suvarma kanalları və arxlarının lildən və kol-kosdan təmizləmə işlərinə başlanılmış, ümumilikdə 266,58 km uzunluğunda arx və kanallarda təmizləmə işlərinin aparılması nəzərdə tutulmuşdur. 2018-ci ilin son aylarından başlayaraq 176,29 km (112,39 km-i əl əməyi, 63,9 km-i isə texnika ilə) arx və kanallarda təmizlik işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər davam edir və mart ayının ortalarına qədər yekunlaşacaqdır.

Şıxlı arxını qidalandıran Xram çayının sululuğunun artıb-azalması ilə bağlı arxın dəhnəsində baş verən ciddi fəsadlarla bağlı olaraq, baş su qəbuledici qurğuda (Gürcüstan Respublikasının ərazisində) aparılan qabaqlayıcı tədbirlər nəticəsində İkinci Şıxlı kəndinin su təminatı təmin edilmişdir.

Qaymaqlı-Kəmərli nasos stansiyasının 3-cü pilləsinin yenidən qurulması işləri tamamlanmaq üzrədir ki, 3-cü pillə nasos stansiyasında 3 ədəd yeni aqreqatlar quraşdırılmaqla 500 hektar sahənin suvarılması təmin olunacaqdır.

Rayonda mövcud ərazilərin və həyətyanı sahələrin suvarılmasının aparılması üçün yaradılmış 6 ədəd Sudan İstifadəedənlər Birlikləri tərəfindən su haqlarının yığılması, su  istehlakçıları ilə illik müqavilə bağlanılması birliklər tərəfindən aparılmış, 2018-ci ildə götürülmüş suvarma suyunun dəyəri 100 faiz vaxtında tam yığılaraq dövlətə ödənilmişdir.

Qazax Melioservis İdarəsi - təsərrüfat hesablı olmaqla, müqavilələr əsasında Qazax Suvarma Sistemləri İdarəsinin balansında olan arxların, kanalların lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri və yenidən bərpası işlərini görür. İdarədə 22 nəfər işçi fəaliyyət göstərir. İdarə 2018-ci ildə Aslanbəyli nasos stansiyasında qidalandırıcı kanalın, Kosalar, Yuxarı Salahlı, Daş Salahlı kəndlərinin ərazilərində daxili suvarma şəbəkəsinin, Salahlı düzənliyində kollektorların və Coğaz çayının məcrasının lildən təmizlənməsini, Kür çayı nasos stansiyasında və Salahlı düzənliyində su qəbuledici qurğuların təmiri və yenidən bərpası işlərini görmüş, 162000 kubmetr təmizləmə işi aparmışdır.

Azərbaycan Respublikasının 2018-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq Fövqəladə Hallar Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27-29 iyun 2018-ci il tarixlərində Qazax rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir.

Təlimə Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı, fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunmuş, Kompleks mülki müdafiə təlimi ilə bağlı rayonda təşkil edilmiş silsilə tədbirlər yüksək səviyyədə keçirilmişdir. 2018-ci il ərzində rayon ərazisində aşkar edilmiş 14 ədəd müxtəlif növ partlamamış hərbi sursatlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin minaların məhvetmə ərazisinə daşınmışdır.

Mülki müdafiənin ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olduğu, eyni zamanda, dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi olduğu nəzərə alınaraq Qazax rayonunda bu sahəyə xüsusi diqqət yetirilmiş, rayonumuzun coğrafi mövqeyi, döyüş bölgəsində yerləşməsi, rayon ərazisində hər an təbii və texnogen xarakterli fövqəladə halların baş verə biləcəyi nəzərə alınaraq 2018-ci tədris ilində fövqəladə hadisələrdən mühafizəyə rayonun bütün əhalisinin hazırlanması planlaşdırılmış və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Ümumilikdə 2016-2017 və 2018-ci illər ərzində Rayon İcra Hakimiyyəti tərəfindən atəş altında olan Məzəm kəndində dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 57 ailənin həyətində hündürlüyü 3 metr, ümumi uzunluğu 2530 p/m olmaqla, 7590 kv.m istinad divarı çəkilərək əhalinin istifadəsinə verilmişdir. Vətəndaşların müraciətlərini nəzərə alaraq bu il Məzəm kəndində əlavə olaraq 5 ailənin həyətinə 88 p/m uzunluğunda (264 kv.m) istinad divarının çəkilməsi nəzərdə tutulmuşdur.

Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri tərəfindən 2018-ci il ərzində rayon ərazisində qeydə alınmış 90 yanğın hadisəsinin qarşısı alınmış və yanğınlar söndürülmüşdür. 2017-ci ildə 111 yanğın hadisəsi baş vermişdir, profilaktik tədbirlərin nəticəsidir ki, 2018-ci ildə yanğın hadisələrinin sayı 18,9 faiz və ya  21 sayda  azalmışdır. Baş vermiş yanğınlardan 13-ü həyətyanı sahələrə yığılmış ot bağlarında, 47-si yol kənarında quru otlarda, 2-si mal tövləsində, 1-i ictimai binada, 5-i yaşayış evlərində, 22-si isə açıq çöl sahələrində baş vermişdir. 2018-ci ilin ot və taxıl yığımı dövründə taxıl sahələrində baş verə biləcək yanğınların qarşısının vaxtında alınması  məqsədilə biçin zamanı rayonun Yuxarı Salahlı kəndi ərazisində yanğın postu təşkil edilmiş, taxıl sahələrində heç bir yanğın hadisəsi qeydə alınmamışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən Respublika Prezidentinin 2018-ci il ərzində vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında imzaladığı Sərəncamlara müvafiq olaraq Qazax rayonunda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı tam olaraq mütəşəkkil və vaxtında yerinə yetirilmişdir. 2018-ci il ərzində Qazax rayonu üzrə 468 nəfər çağırışçı müxtəlif hərbi hissələrə təyin olunmuş və təyin olunduğu hərbi hissələrə vaxtında təhvil verilmişdir.

12 aprel 2018-ci il tarixdə gənclərin həqiqi hərbi xidmətə yola salınması və 16 oktyabr 2018-ci il tarixdə xidmət müddəti başa çatmış gənclərin qarşılanma mərasimləri rayonumuzda ruh yüksəkliyi ilə təntənəli şəkildə keçirilmişdir.

2018-ci il ərzində hər çağırışın sonunda Qazax rayon şöbəsində çağırışın vaxtında və mütəşəkkil yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi tərəfindən görülən işlər müsbət hal olaraq qiymətləndirilmişdir.

Hesabat ilində gənclərin çağırışaqədər hazırlıq işi tədbirlər planına uyğun olaraq tam yerinə yetirilmiş, vətəndaşların ilkin hərbi qeydiyyata alınması il ərzində mütəşəkkil keçirilmiş, 16 yaşı tamam olan 2002-ci il təvəllüdlü vətəndaşlardan 608 nəfər ilkin hərbi qeydiyyata alınmışdır.

Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində Qazax rayon Polis şöbəsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, 2018-ci ildə 148 cinayət hadisəsi qeydə alınmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində cinayət hadisələrindən 130-nun açılması təmin edilmiş, 10 cinayət hadisəsi bağlı qalmış, cinayət hadisələrinin açılma faizi 92,9 faiz təşkil etmiş, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılma faizi 1,7 faiz çox olmuşdur. 2018-ci ildə qanunsuz saxlanılan silah-sursatların müəyyən edilərək götürülməsi və axtarışda olan şəxslərin tutulması istiqamətində şöbənin əməkdaşları tərəfindən tədbirlər görülmüş, axtarışda olan 43 nəfərdən hesabat dövründə 37 nəfəri axtarışa verilmiş, onlardan 35-nin (81,4 faiz) tutulması təmin edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulma göstəricisi 0,8 faiz çox, axtarışda olanların tutulma faizi şöbə üzrə 81,4 faiz təşkil etmişdir. Hesabat dövründə itkin düşmüş 4 nəfərin tapılması təmin edilmişdir.

Hesabat ilində nakomaniya və narkobiznesə qarşı mübarizə sahəsində, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 18 cinayət faktı üzrə ümumi çəkisi 2 kq 524,981 qram olan qurudulmuş marixuana və heroin qanunsuz dövriyyədən çıxarılmışdır. Bu sahə üzrə 18 cinayət faktından 16-sı saxlama, 2-si isə satış olmuşdur. Narkotik vasitələrin istehlakına görə 3 nəfər fiziki şəxs inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Görülən işlər deməyə əsas verir ki, həqiqətən rayonumuzda narkomaniyaya qarşı hüqüq-mühafizə orqanları barışmaz mövqe göstərərək ciddi işlər görürlər.

2018-ci ildə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarına qarşı mübarizə sahəsində aparılan tədbirlər zamanı yol hərəkəti qaydalarını müxtəlif formada pozan 2917 nəfər aşkar edilmiş, rayon üzrə dövlət büdcəsinə ödənilən cərimələrin məbləği 95773,0 manat təşkil etmiş, ödənilmə faizi 90 faiz olmuşdur.

Bölmənin xidməti ərazisində 2018-ci ildə 20 yol nəqliyyat hadisəsi baş vermiş, nəqliyyat hadisələri zamanı 4 nəfər ölmüş, 22 nəfər xəsarət almışdır. Ötən illə müqayisədə 1 yol nəqliyyat hadisəsi və 2 ölüm artmış, xəsrət alanların sayı 6 nəfər azalmışdır.

Rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində Qazax rayon Polis şöbəsi tərəfindən bu istiqamətdə məqsədyönlü tədbirlər səmərəli şəkildə davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiya” tərəfindən: Respublika Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən birgə hazırlanmış "Məktəblilərin narkotik vasitələrdən qorunması yolları” adlı metodik vəsaitə və Komissiyanın 2018-ci il üçün iş planına əsasən 21 may 2018-ci il tarixindən 5 iyun 2018-ci il tarixədək Qazax Rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin nümayəndələri rayonun 40 ümumtəhsil məktəblərində maarifləndirici tədbirlər keçirilmişdir. Məktəblərdə keçirilən görüşlər zamanı əlavə olaraq, erkən yaşda nikaha girmənin fəsadları barədə də şagirdlərlə geniş söhbət aparılmış, maarifləndirici məlumatlar verilmişdir. Rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı profilaktik tədbirlər həyata keçirilmiş, bununla bağlı rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində silsilə tədbirlər və rəsm müsabiqələri təşkil edilmişdir.

Komissiya bundan sonra da müvafiq idarə, müəssisə və təşkilatlar ilə birlikdə Respublika Prezidentinin "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və "Ümummilli Proqramdan” irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirləri davam etdirməlidir.

2018-ci ildə rayonda dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə RİHB yanında yaradılmış dini işlər üzrə komissiya - "Dini etiqad azadlığı haqqında” və "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq rayonun hüquq-mühafizə orqanları və aidiyyəti qurumlarla birlikdə tədbirlər həyata keçirmişdir. Əhalinin müxtəlif təbəqələri, o cümlədən, gənclər, tələbələr və şagirdlər arasında dini maarifləndirmə işləri aparılmış, bu istiqamətdə həyata keçirilən tədbirlərin sayı əvvəlki illərə nisbətən daha da artmışdır.

1 oktyabr 2018-ci il tarixdən 6 dekabr 2018-ci il tarixədək Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun təhsil müəssisələrində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” və "Vətəni sevmək imandandır” mövzularında dini-maarifləndirici tədbirlər keçirilmiş, keçirilmiş tədbirlər zamanı dini radikalizmə qarşı mübarizədə gənclərin rolu, birgə fəaliyyətin təşkili, dini radikal qrupların təbliğat metodları, onlara qarşı mübarizənin yolları, islam terroru və zorakılığı rədd edir, Vətəni sevmək-imandandır, milli mənəvi dəyərlərimizin formalaşmasında İslamın rolu, dini maarifləndirmə işinin təşkili, bu sahədə görülmüş işlər, qarşıda duran vəzifələr və digər məsələlərlə bağlı geniş və ətraflı məlumatlar verilmişdir.

Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya”ya2018-ci ildə ümumilikdə 23 müraciət daxil olmuş, komissiyanın 6 iclası keçirilmiş, iclaslarda ümumilikdə 8 məsələ müzakirə edilərək müvafiq qərarlar verilmişdir. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi sahəsində təhsildən qərəzli şəkildə yayınma, əməyə cəlb olunma halları müşahidə edilməmişdir. Radikal və ekstremist yönümlü dini təriqətlərin yetkinlik yaşına çatmayanlar arasında yayılmasının qarşısının alınması sahəsində və çətin tərbiyə olunan uşaqlarla söhbətlər aparılmış və profilaktik tədbirlər görülmüşdür.

Rayon üzrə qüsurlu olan, yetkinlik yaşına çatmayan 47 nəfər uşaq aşkar edilərək fərdi təhsilə cəlb edilmişdir. Onlardan 12 nəfəri əqli qüsurlu, 35 nəfəri isə fiziki qüsurlu uşaqlardır. Valideynlərini itirmiş yetkinlik yaşına çatmayan uşaqlar barəsində araşdırmalar  aparılmış, 397 nəfər uşağın valideynlərindən birini, 10 nəfər uşağın isə hər iki valideynini itirdiyi müəyyən edilmişdir. Bu sahənin də daim nəzarətdə saxlanılması hər zaman Komissiya üzvlərinə tövsiyə olunmuşdur.

Qazax RİHB aparatı yanında fəaliyyət göstərən "Qəyyumluq və Himayəçilik Komissiyası”na 2018-ci il ərzində ümumilikdə 153 müraciət daxil olmuş, komissiyanın 11 iclası keçirilmiş, 76 məsələ müzakirə edilmişdir. Bunlardan ünsiyyət tələbinə dair 22, uşaq tələbinə və himayədə saxlama tələbinə dair 27, övladlığa götürmə tələbinə dair 3, qəyyumluğa və himayəyə götürmə tələbinə dair 14, ad dəyişmə tələbinə dair 6, azyaşlının adına olan torpağın satılmasına dair 1, nənə və babanın ünsiyyət tələbinə dair 3 məsələ müzakirə edilərək müvafiq qərarlar verilmişdir.

2018-ci il ərzində Rayon İcra Hakimiyyətinə ümumilikdə 1863 müraciət daxil olmuşdur.

2017-ci illə müqayisədə 2018-ci il ərzində bilavasitə Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin sayı artmış, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı azalmışdır.  Belə ki, 2017-ci il ərzində İcra Hakimiyyətinə 1358 müraciət, Prezident Administrasiyasına 287 müraciət daxi olmuşdur ki, 2018-ci ildə isə İcra Hakimiyyətinə 1525, Prezident Administrasiyasına isə 269 müraciət daxil olmuşdur. Göründüyü kimi, 2017-ci ilə nisbətən 2018-ci il ərzində Prezident Administrasiyasından daxil olan müraciətlərdə 18 ədəd azalma, mərkəzi orqanlardan 7 ədəd azalma olmuş, bilavasitə RİH-nə daxil olan müraciətlərdə 167 ədəd artım olmuşdur. Ümumillikdə. 2018-ci il ərzində Rayon İcra Hakimiyyətinə daxil olmuş 1863 müraciətlərdən 221-i şikayət, 1642-si ərizə olmuşdur. Müraciətlərdən 309-u sosial müdafiə, 277-i şəhərsalma və tikinti,  243-ü mənzil, 186-ı vətəndaşların qəbulu, 172-i torpaq məsələsi, 131-i məişət, 119-u minnətdarlıq, 111-i bələdiyyələrin fəaliyyəti, 74-ü enerji daşıyıcıları və su təchizatı, 25-i vəzifəli şəxslərin fəaliyyəti, 22-i səhiyyə, 18-i təhsil, 14-ü məcburi köçkünlərlə bağlı, 13-ü kənd təsərrüfatı, 10-u nəqliyyat, 9-u şəhid statusunun verilməsi, 7-i polisin fəaliyyəti və 123-ü digər məsələlərdən ibarətdir.

2018-ci il ərzində Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 18,1 faizi mərkəzi orqanlardan, 81,9 faizi isə vətəndaşlar tərəfindən bilavasitə Rayon İcra Hakimiyyətinə daxil olmuşdur. Daxil olan müraciətlərin 36,2 faizi (676 müraciət) müsbət həll olunmuş, 12,7 faizi (237 müraciət) qismən həll olunmuş, 0,2 faizi (4 müraciət) əsassız sayılmış, 48,2 faizinə (897 müraciət) müvafiq izahat verilmiş, 2,4 faizi (45 müraciət) aidiyyəti üzrə göndərilmiş, 0,2 faizi (4 müraciət) baxılmamış saxlanılmışdır.

2018-ci il ərzində Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə vətəndaşlarla 42 səyyar görüş keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 6284 nəfər, müraciət edənlərin sayı 242 nəfər olmaqla, 189 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərdən 127-si (67,2 %) icra edilmiş,  36 (19,1%) məsələ üzrə işlər davam edir, 26-ı (13,7%) təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.

Vətəndaşlar tərəfindən qaldırılmış məsələlərdən 17-si elektrik təchizatı, 7-si qaz təchizatı, 18-i yol infrastrukturu, 13-ü su və kanalizasiya məsələsi, 4-ü rabitə, 24-ü işlə təmin olunma, 106-sı isə digər məsələlərdən ibarət olmuşdur. 

Cənab Prezident öz çıxışlarında vurğuladığı kimi, biz bu sahədə müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində "ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. "ASAN xidmət”ə vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Bu gün sevindirici haldır ki, Azərbaycan brendi olan və bütün dünyada tanınan  "ASAN xidmət" mərkəzlərində gənclərə böyük üstünlük verilir. Hər il olduğu kimi, bu il də "ASAN xidmət” Qazaxda vətəndaşlara xidmət göstərmişdir. 30 may və 28 iyun 2018-ci il tarixlərində "ASAN xidmət”in fəaliyyətindən 4962 nəfər yararlanmışdır.

Bundan əlavə, respublika üzrə ilk dəfə səyyar xidmətin nümayəndələri 9 iyun 2018-ci il tarixdə şəhər 1 saylı körpələr evi-uşaq bağçasında körpələrə səyyar xidmət göstəriblər. Təşkil olunan səyyar xidmətdə şəhərdə yerləşən 1, 2, 3, 4, 5 və 6 saylı bağçaların uşaqları xidmətin fəaliyyətindən yararlanıb, uşaqlara ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələri verilib, 6 uşaq bağçasından 50 nəfər uşaqda qan analizi aparılıb və sənədləri qəbul edilib.

Səyyar "ASAN qatar” 2018-ci ilin sentyabr ayının 3-dən 27-dək Qazax şəhəri Ələddin Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında ümumilikdə 3367 nəfərə xidmət göstərmişdir. Xidmət tərəfindən rayonun 10 körpələr evi-uşaq bağçalarında 134 uşağa şəxsiyyət vəsiqəsi verilmişdir. Yekun olaraq deyə bilərik ki, rayonmuzda il ərzində "ASAN xidmət”in fəaliyyətindən 8329 nəfər yararlanmışdır.

2017-ci ilin may ayının 14-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əmakdaşlıq sazişi imzalanmışdır. 2018-ci ildə Litvanın 100 illiyi qeyd olunmuşdur. Bu münasibətlə Trakay bələdiyyəsinin merinin rəsmi dəvət məktubu ilə nümayəndələrimiz Trakay şəhərində "Trakay yayı-2018” adlı bayram şənliyində iştirak etmişdir. Nümayəndələrimiz Trakay şəhərinin meri  tərəfindən yüksək səviyyədə qarşılanmışdır.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı Azərbaycanın növbəti 5 il ərzində daha böyük nailiyyətlərə imza atacağını, vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşacağını, genişmiqyaslı işlərin görüləcəyini sübut edir. Qəbul edilmiş Dövlət Proqramında bu dəfə də Prezident Qazax rayonunu diqqətdən kənarda qoymamışdır. Qeyd etmək istəyirəm ki, rayonumuzla bağlı qeyri-neft sektorunun inkişafı, yol təsərrüfatı və nəqliyyatın inkişafı, kommunal xidmətlərin və rabitə xidmətinin yaxşılaşdırılması, əhalinin təhlükəsizliyinin qorunması, mənzil təsərrüfatının yaxşılaşdıtılması, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, yeni məktəblərin tikintisi və əsaslı təmiri, yeni yolların çəkilməsi, xəstəxanada əlavə korpusun yenidən tikilməsi, quruculuq və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı Dövlət Proqramında xüsusi bənd salınmışdır. Odur ki, bundan sonra da hər birimiz daha məsuliyyətlə çalışmalı, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində fəal iştirak etməliyik. Bu yolda hər birinizə və hər birimizə uğurlar arzulayıram.

GOYEZEN.AZ



Facebook-da paylaş