• Təqvim

  • Unutma

  • Maraq



Çoxmənzilli binalarda görülən işlər davam edir


Xəbər verdiyimiz kimi, genişmiqyaslı abadlıq işlərinin geniş vüsət aldığı Qazax rayonunda bütün sahələrlə yanaşı, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunması da bu dediklərimizin əyani sübutudur.

Hazırda şəhərin Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli, Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı və N.Nərimanov yaşayış massivində yerləşən 40 saylı binalarda təmir işləri aparılır.

Demək olar ki, 2019-cu ilin ilk günündən çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təmir işləri aparılan çoxmənzilli binalardan biri də şəhərin Azadlıq küçəsində yerləşən 107 saylı binadır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin binada olub, görülən işlərlə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, binanın dam örtüyü dəyişdirilib və bloklarda təmir işləri davam edir. Köhnə suvaqlar çapılaraq yeni suvaq və üzlük vurulur. Eyni zamanda, binanın xarici fasadında da suvaq işləri görülür.

Qeyd olunub ki, çoxmənzilli yaşayış binası ilə yanaşı, Azadlıq küçəsi 109 və 113-də yerləşən fərdi yaşayış evlərinin dam örtüyü də dəyişdirilir.

Məlumat verdiyimiz kimi, Azadlıq küçəsi 206A ünvanında yerləşən və əsaslı şəkildə təmir olunan 6 bloklu, 5 mərtəbəli binada yaşayan sakinlərin istəyini nəzərə alaraq xeyir-şər evinin tikintisi də davam etdirilir. Hazırda hörgü işləri görülür və köhnə dam örtüyü sökülür.

Təmir işləri aparılan binada yaşayan sakinlər yaşadıqları binanın təmir olunmasına, xüsusilə də onların istəyini nəzərə alıb xeyir-şər evlərinin tikilməsinə görə ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.



Azadlıq küçəsi 206 A-da tikilən xeyir-şər evi








Azadlıq küçəsi 109 və 113-də dam örtüyü təmir olunan evlər







GOYEZEN.AZ

 



Facebook-da paylaş