• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub


13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunub.

Bu münasibətlə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin əməkdaşları, Qarabağ əlilləri, şəhid ailələri, veteranlar, ziyalılar, təhsil işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Ulu öndərin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar.





 




Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, memorial önünə gül dəstələri düzülərək Vətən uğrunda canından keçən oğul və qızlarımızın əziz xatirəsi anılıb.







Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Qazax rayon şöbəsinin əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

 

Dövlət başçısı İlham Əliyev tərəfindən bütün sahələrə diqqət və qayğı göstərildiyini qeyd edən rayon rəhbəri son illər ordu quruculuğu sahəsindəki uğur və nailiyyətlərdən də söz açıb. Bildirib ki, Azərbaycanın müstəqillik illərində qazandığı ən böyük nailiyyətlərdən biri də qüdrətli Orduya sahib olmasıdır. 2018-ci ildə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə daha da artır. Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda, Azadlıq meydanında keçirilən təntənəli hərbi parad Milli Ordumuzun qüdrətini bir daha göz önünə gətirdi, müstəqil Azərbaycanın dünyanın ən müasir və güclü Orduya sahib olduğunu göstərdi.

Rayon rəhbəri bildirib ki, Azərbaycanın igid, mərd oğul və qızları Vətənin dar günündə öz mübarizlikləri ilə hər zaman seçiliblər. Öz canlarından keçərək, sağlamlıqlarını itirərək Vətən torpağının bütöv olması üçün ölümün gözünə dik baxmağı bacarıblar. İcra başçısı qeyd edib ki, gənclərimizin Vətəninə olan müqəddəs bir borcu vardır ki, bu da hərbi xidmətdə olmaq, doğma torpaqlarının keşiyində dayanmaq, lazım gələrsə canından belə keçməyi gözə almaqdır. İcra başçısı rayonumuzda vətənpərvərlik hissinin və gənclərimizin hərbi xidmətə getmək istəyinin hər zaman yüksək səviyyədə olduğunu bildirib. Bu gün düşmənlə 168 km sərhəddi olan, 7 kəndi düşmən tapdağı altında qalan Qazax rayonunda hər bir gəncin Vətən torpaqlarını qorumaq, hərbi xidmətə getmək üçün çağırışı belə gözləmədən bəzən könüllü olaraq müraciət etdiklərini qeyd edib. Vətən torpaqlarının qorunması zamanı Qazaxın 285 şəhid verdiyini bildirən icra başçısı


Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir. Ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanlardan söz açan rayon rəhbəri qeyd edib ki, görülən bütün işlərin kökündə vətəndaş amili və onlara göstərilən xidmət dayanır.

Rayon rəhbəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin gördüyü işlərdən söz açaraq şöbə tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanılmasını, şəhidlərimizin uyuduğu qəbiristanlıqların ziyarət olunmasını, onların ailə üzvlərinə baş çəkilməsini yüksək qiymətləndirib və bundan sonrakı bütün işlərində şöbənin kollektivinə uğurlar arzulayıb.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə xidmətin bütün əməkdaşlarını təbrik edib.

Geniş məruzə ilə çıxış edən şöbə rəisi səfərbərlik xidmətinin yaranma tarixindən, son illər bu sahədə əldə olunan uğurlardan söz açıb. Qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir.

Bildirib ki, artıq 7-ci il dönümünü qeyd edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə böyük məsuliyyətlə yanaşmış, bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində nəzərə çarpacaq işlər görmüşdür.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçmə, səfərbərlik hazırlığı və digər sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Yarandığı dövrdən bu günə kimi Səfərbərlik Xidməti hərbi xidmətə çağırış və səfərbərlik işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində ciddi fəaliyyət aparıb. Müasir dövrün tələblərinə uyğun olaraq həqiqi-hərbi xidmətə göndəriləcək çağırışçılar üçün elektron yeniliklərin tətbiqini həyata keçirib. Qurumun fəaliyyəti nəticəsində əsgərlik yaşına çatan gənclər həm internet, həm də SMS vasitəsilə öncədən hansı hərbi hissədə qulluq edəcəklərini asanlıqla öyrənə bilirlər. Bundan başqa, Səfərbərlik Xidməti gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların hərbi xidmətə hazırlığı istiqamətində də ciddi işlər görməkdədir. Bu məqsədlə snayper, desant, atıcı, sürücü, rabitəçi, aşpaz kursları təşkil olunaraq gənclərin hərbi xidmətə hazırlığı təşkil olunur. Habelə, X-XI sinif şagirdləri ilə geniş iş aparılır, ayrıca bir fənn olaraq hərbi hazırlıq dərsləri keçirilir.

Şöbə rəisi qeyd edib ki, dövlətimizin hərbi qüdrətinin gücləndirilməsi, güclü ordunun yaradılması bizim əsas strateji xəttimizdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bildirib ki, bu istiqamətdə bizim çox böyük nailiyyətlərimiz var. Bunun nəticəsidir ki, hazırda Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Xüsusilə də aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bu dövrlər ərzində böyük inkişaf yolu keçib.

Hər bir uğurun təməlində bir sıra amillərin dayandığı kimi Silahlı Qüvvələrimizin də əldə etdiyi zəfərlərin başlanğıcında səfərbərliyin düzgün təşkili dayanır: Bu gün Azərbaycan ordusunda sağlam, gümrah, vətənpərvər, döyüş ruhu yüksək olan əsgər və zabitlərimiz xidmət edir. Bütün bunların təşkilində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu vardır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin iş fəaliyyətindən danışan şöbə rəisi mütəmadi olaraq onlara göstərilən qayğıya, verilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.

2018-ci il ərzində xidmətin rayon şöbəsi tərəfindən görülən işlərdən danışan şöbə rəisi qeyd edib ki, il ərzində şöbə tərəfindən 656 nəfər hərbi vəzifəli hərbi qeydiyyata alınmış, 738 nəfər isə qeydiyyatdan çıxarılmışdır. İl ərzində 471 çağırışçı həqiqi hərbi xidmətə yola salınmışdır. 

Müharibə veteranı, RİHB-nin Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsi Xasay Balayev, Qarabağ müharibəsi əlili Namiq Alıyev, şəhid ailəsi Kifayət Mustafayeva rayonda görülmüş işlərə, xüsusilə də şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə, məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün qazaxlılar adından sonsuz minnətdarlıqlarını bildiriblər. Azərbaycan Ordusunun bugünkü qüdrətindən, döyüş qabiliyyətindən və hər an Vətənin müdafiəsinə hazır olmasından danışıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildiriblər.




Sonda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun 13 fevral 2019-cu il tarixli, 22 və 23 nömrəli Əmirlərinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin əməkdaşları "Xidməti fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görrə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü" münasibətilə təltif olunublar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində kapitan Kazımov Pünhan Siyavuş oğluna Fəxri Fərman təqdim olunub.

Şöbənin baş giziri Cəfərov Seymur Niyazi oğluna və şöbədə səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin müfəttişi Osmanov Emil Sehvalı oğluna isə Təşəkkür elan edilib.

Şöbənin əməkdaşlarından sürücü Rəhimov Sahib Nizam oğlu, məxfi karguzar Qələndərova Xumarə Cahangir qızı və anbar rəisi Vəliyeva Təranə Aydın qızı da mükafatlandırılıblar.

Şöbədə Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi Məmmədov Elmar Niyazi oğlu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimovun 13 fevral 2019-cu il tarixli, 14 nömrəli Əmrinə əsasən "Əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə” Fəxri Fərmanla təltif olunub. 






GOYEZEN.AZ

 



Facebook-da paylaş