• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə ocaqlarında olması, rayon sakinlərinə göstərilən xidmətlərlə maraqlanmasıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Qazax rayon Mərkəzi Xəstəxansının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına baş çəkib, mövcud vəziyyətlə maraqlanıb, vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla tanış olub.

Tibb işçiləri ilə görüşən rayon rəhbəri dövlətimiz və dövlət başçısı tərəfindən bütün bölgələrimizdə səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Ölkə başçısının səhiyyə sahəsindəki apardığı məqsədyönlü işlərdən söz açan rayon rəhbəri rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının 5 korpusunun tikintisinin bunun əyani sübutu olduğunu bildirib.

Stansiyada çalışan tibb işçiləri onlarla bu cür səmimi görüşlər keçirdiyinə, səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərilən bu etimadı doğruldaraq bundan sonra da tutduqları vəzifələrdə daha məsuliyyətlə çalışacaqlarını qeyd ediblər.

Səhiyyə müəssisəsi ilə tanış olan rayon rəhbəri vətəndaşlar tərəfindən olunan hər bir müraciətə operativ şəkildə baxılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

GOYEZEN.AZ

 



Facebook-da paylaş