• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Gənclər Günü ilə bağlı tədbir keçirilib


Respublikanın hər yerində 2 Fevral - Gənclər Günü təmtəraqla qeyd olunur. Qazax rayonunda da bu əlamətdar gün böyük təntənə ilə qeyd olunub. Bu münasibətlə Gənclər Mərkəzində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, N saylı hərbi hissənin əsgərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra bayram tədbirinə start verilib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktrisası Zəmanə Dərviş Gənclər Gününə həsr olunmuş tədbiri açıq elan edib.

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri salamlayaraq 2 Fevral - Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini, o cümlədən də qazaxlı gəncləri səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.

İcra başçısı qeyd edib ki, dahi lider Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Odur ki, ümummilli lider 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirildi.

Sonra rayonun ictimai-siyasi həyatında, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə fərqlənən, gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən gənclərə Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və hədiyyələr, gül dəstələri təqdim olunub.

Sonra 2 Fevral - Gənclər Gününə həsr olunmuş tədbir bayram konserti ilə davam etdirilib.

                                                                                                                  Vəli VƏLİYEV,

                                                                                                                  "Respublika” qəzeti

6 fevral 2019-cu il



Facebook-da paylaş