• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı vətəndaşın müraciətinə əsasən evində görüşüb


Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini hər zaman ön plana çəkən, sakinlərin qayğılarını daim diqqət mərkəzində saxlayan Qazax  Rayon  İcra  Hakimiyyətinin  başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi qayğı ilə yanaşması hər kəsə yaxşı məlumdur.

Son iki il yarımda Qazaxda bütün sahələrlə yanaşı, rayon sakinlərinin arzu və istəkləri də diqqətdə saxlanılır. İcra başçısının ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bunun əyani göstəricisidir. Məhz bu qayğının və səmimi münasibətin nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.

Xanlıqlar kənd sakini Xanımzər Bənnayeva da icra aparatına ünvanladığı məktubda rayon rəhbəri ilə görüşmək istəməsini, lakin səhhəti ilə əlaqədar görüşə gələ bilmədiyini qeyd etmişdi.

Öz ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün yaşlı ananın istəyini nəzərə alaraq yaşadığı Xanlıqlar kəndində olub, evində ona baş çəkib. Ömrünün ahıl çağlarını yaşayan ananın istək və arzularını dinləyən icra başçısı rayonumuzda ağsaqqallara, ağbirçəklərə göstərilən diqqət və qayğıdan danışıb. "Yaşlı insanlara qayğı göstərmək hər birimizin borcudur”, - deyən icra başçısı onlara bundan sonra da daim diqqət göstəriləcəyini qeyd edib.

Onun istəyini nəzərə alaraq görüşə gəlməsini, məktubuna münasibət bildirilməsini razılıq hissi ilə qarşılayan Xanımzər ana buna görə rayon rəhbərinə minnətdarlığını bildirib.


GOYEZEN.AZ



Facebook-da paylaş