• Təqvim

  • Unutma

  • Maraq



Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun çəkilişinə başlanılıb


Son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu addımlardır. Təqdirəlayiq hallardan biri də odur ki, yol infrastrukturu ilə bağlı həyata keçirilən tədbirlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində də uğurla icra olunur.

Həmin Dövlət Proqramı çərçivəsində Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisi də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Şıxlı kəndində yol çəkilişi ilə bağlı görülən işlərlə tanış olub.

Layihə rəhbərinin müavini Elmir Qüdrətzadə görülən işlər barədə məlumat verərək bildirib ki, 4 zolaqlı yolun 40 km-i Qazax rayonu ərazisindən keçir. Yeni çəkiləcək avtomobil yolunun eni 27,5 metr, hərəkət hissəsi 15 metrdir. Bundan əlavə, yolda 9 ədəd körpü, 90 ədəd su və mal keçidinin qoyulmasının nəzərdə tutulduğunu da qeyd edib.

Layihə rəhbəri 3 il müddətində çəkilməsi nəzərdə tutulan yeni avtomobil yolunun tikintisi üçün "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən lazımi işlərin görüldüyünü də bildirib.





GOYEZEN.AZ



Facebook-da paylaş