• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Bu gün tam əminliklə qeyd edə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır. Son iki il yarımda icra başçısı tərəfindən keçirilən səyyar görüşlər, fərdi qəbullar, eləcə də vətəndaşların istəyini nəzərə alaraq yerində baxış keçirilməsi rayonda vətəndaşlara olan qayğının bariz nümunəsidir.

Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkməsinin nəticəsidir ki, artıq keçirilən fərdi qəbullar bir ənənə halını alıb. Bu cür fərdi qəbulların keçirilməsində isə əsas məqsəd vətəndaşları narahat edən məsələləri dinləmək və öz müsbət həllini tapmasına nail olmaqdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Şəhər sakinləri təqaüdçü, ağır atletika üzrə ilk SSRİ idman ustası Əlizadə Yusif İsmayıl oğlunun və Əfəndiyev Orxan Osman oğlunun mənzillə təmin olunması barədə müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan məsələyə baxılacağını bildirib.

Ağköynək kənd sakini Şabanova Tahirə Elman qızının və Alpout kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Məmmədov Xıdır Hüseynqulu oğlunun işlə təmin olunmaları barədə müraciətlərinə baxılacağı qeyd olunub.

Kosalar kənd sakini Kazımlı Fazil İkram oğlu həyat yoldaşı Kazımlı Gülnarə Maarif qızı ilə birlikdə evlərinin dam örtüyünün təmirinə köməklik olunmasını bildiriblər. Vətəndaşların istəyini diqqətlə dinləyən icra başçısı onlara köməklik olunması barədə aidiyyəti üzrə tapşırıq verib.

Xanlıqlar kənd sakini Yolçuyev Qabil David oğlu isə müraciətində sahibkarlıqla məşğul olmaq üçün "Özünüməşğulluq” layihəsində iştirakına köməklik edilməsini bildirib. Rayon rəhbəri vətəndaşın istəyini nəzərə alaraq Məşğulluq Mərkəzinə müraciət etməsini bildirib və məsələnin həll olunması üçün aidiyyəti üzrə göstəriş verib.

Şəhər sakinləri Əhmədov Famil Əli oğlunun, Əhmədov Məzahir Mais oğlunun, Quliyeva Ayna Kazım qızının, Əliyeva Yeganə Telman qızının, Ağköynək kənd sakini Hacalıyev Şofiq Əhməd oğlunun, Kosalar kənd sakini Qasımova Zəminə Heydər qızının, Aşağı Salahlı kənd sakini Məmmədova Şəhla Üzeyir qızının, Quşçu Ayrım kənd sakini Cəfərova Vəfa Oktay qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.













GOYEZEN.AZ



Facebook-da paylaş