• Təqvim

  • Unutma

  • Maraq



Təhsil Nazirliyinin nümayəndəsi məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən məktəbdə olub

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə nəzarət şöbəsinin müdiri İlqar Mahmudov və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Vaqif Əhmədovla birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən şəhid İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində yaradılan şərait və şagirlərin dərsə davamiyyəti ilə tanış olublar.

Məktəbin direktoru Yaşar Əliyev Respublika Prezidenti İlham Əliyevin təhsil sahəsindəki həyata keçirdiyi genişmiqyaslı layihələrdən, görülən işlərdən söhbət açaraq rəhbərlik etdiyi məktəbdə yaradılan bu cür yüksək şəraiti həmin tədbirlərin bir hissəsi olduğunu bildirib. Rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə edib.

Daha sonra məktəb direktoru müəllim-şagird kollektivi barədə məlumat verib. Qeyd edib ki, məktəbdə işğal altında olan 6 kənddən – Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrımlı və Sofulu kəndlərindən olan uşaqlar təhsil alır. Bildirib ki, ötən il məktəbdə təhsil alan 160 nəfər şagirddən 11 nəfəri onbirinci sinfi bitirərək ali məktəbə sənəd vermiş, onlardan 7 nəfəri tələbə adını qazanmışdır. Həmin məzunlardan 2 nəfəri 500-dən yuxarı bal toplamışdır. Qeyd edib ki, hazırda məktəbdə 163 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 30 nəfər müəllim məşğul olur. Bu tədris ilində məktəbdə təhsil alan birincilərin sayı 13, məzun olacaq onbirincilərin sayı isə 17 nəfərdir.  

Məktəblə tanış olan qonaqlara şəhidlərimiz haqqında da məlumat verilib. Bildirilib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Qazax rayonu 285 nəfər şəhid vermişdir ki, onlardan 22 nəfəri Aşağı Əskipara kəndindən olan şəhidlərdir. Eyni zamanda, həmin şəhidlərin 1 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.









GOYEZEN.AZ



Facebook-da paylaş