• Təqvim

  • Unutma

  • Maraq



Çaylı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın hüquq şöbəsinin müdiri İlyaz İsmayılov və kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev yığıncaqda giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən iqtisadi islahatlardan, reallaşan beynəlxalq əhəmiyyətli layihələrdən danışıb. Qeyd edib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda ölkə başçısı 2018-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini bildirmişdir.

T.Musayev çıxışı zamanı ölkə prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatların Qazax rayonunda da öz bəhrəsini verdiyini qeyd edib. Ölkəmizdə olduğu kimi, rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində, bilavasitə rəhbərliyi altında Qazax rayonunda da sosial obyektlərin inşa olunduğunu, kənd təsərrüfatının inkişaf etdirildiyini, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə yüksək nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, son iki il yarımdır ki, həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri Qazaxın simasını köklü şəkildə dəyişmiş, respublikamızın ən inkişaf etmiş və abad rayonlarından birinə çevrilmişdir. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə bir sahə yoxdur ki, orada bir yenilik, bir inkişaf olmasın.

Bildirib ki, yola saldığımız 2018-ci il Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərin sayına görə də yaddaqalan olmuşdur. "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisi həmin işlərin bariz nümunəsidir.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın da əsaslı şəkildə təmir olunmasının nəzərdə tutulduğunu bildirən müavin həmin işlərin bu il də geniş miqyas alacağını vurğulayıb. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Çaylı kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.

Respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsindən danışan T.Musayev hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin - Kosalar, Kəmərli və Qaymaqlı kənd məktəblərinin əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulub.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

2018-ci ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən T.Musayev 2019-cu ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib.

Çaylı kənd İƏD-si üzrə nümayəndə Mehman Eyvazov hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Qazax mahalının köklü kəndlərindən biri də Çaylı və Bala Çaylı kəndləridir. İki kəndin birlikdə inzibati ərazisi 2411 hektar sahəni əhatə edir. Nümayəndəliyin ərazisində 9100 nəfər əhali yaşayır. Əhalinin 4459 nəfərini kişilər, 4641 nəfərini isə qadınlar, 2521 nəfərini 19 yaşınadək gənclər təşkil edir. Ərazidə 2577 təsərrüfat, 1 bələdiyyə, 3 tam orta məktəb, 1 folklor evi, 1 folklor klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 2 poçt və 2 rabitə şöbəsi fəaliyyət göstərir.

Nümayəndəlikdə 3 tam orta məktəb fəaliyyət göstərir. Vidadi Göşşüyev adına Çaylı  kənd 1 nömrəli orta məktəbində 297 şagird təhsil alır. 69 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən 20 nəfər məzundan 14 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 2 nəfəri 500-dən yuxarı bal toplamışdır.

Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbində 571 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 98 nəfər müəllim məşğul olur. Keçən il məktəbi bitirən 30 nəfər  məzundan 18 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 2 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir.

Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində 143 şagirdin təlim-tərbiyəsi ilə 48 nəfər müəllim məşğuldur. Keçən il məktəbi bitirən 17 nəfər məzundan 10 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 1 nəfəri 500-dən yuxarı bal toplamışdır.

Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Çaylı həkim məntəqəsinin kollektivi daşıyır. Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda peyvəndlərin aparılması, ilkin tibbi yardım, günün tələblərinə cavab verir.

İcra nümayəndəliyi üzrə 2018-ci ildə 2354 arayış verilmiş, 14 məktub daxil olmuş, kənar təşkilatlara 23 məktub göndərilmişdir. Vətəndaşlardan 12 yazılı, 33 şifahi müraciət daxil olmuşdur.

Hesabat dövründə 129 doğum, 37 nigah, 68 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal–qara və quşlar uçota alınaraq təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. HəminSərəncama uyğun olaraq Çaylı və Bala Çaylı kəndlərinin hər birində tərkibi 5 nəfərdən ibarət olmaqla işçi qrupları yaradılmışdır.İşçi qrupunun yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq, həlli istiqamətində işlər görmək, həll edilməyən məsələlərin həlli üçün aidiyyətiüzrə məsələ qaldırmaqdan ibarətdir. Kənd icra nümayəndəliyinin, işçi qruplarının təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayon mərkəzinə birləşdirən yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri aparılaraq yol kənarlarına ağac əkilmişdir. Kənd ərazisində yol kənarlarına, su arxlarına zibil tullantıları atan vətəndaşlara qarşı mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr dəvət olunmuş, əhaliyə xəbərdarlıq edilmişdir. Nümayəndəliyin ərazisindən keçən Qazax-Əskipara və Qazax-Sınıq körpü magistral yollarının kənarında təmizlik işləri görülmüşdür.

2018-ciildə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Çaylı və Bala Çaylı kənd sakinləri ilə səyyar görüşlər keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz və Qurban bayramı münasibətilə bayram sovqatları verilmişdir.

Nümayəndəlik ərazisidə 2018-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi  fasiləsiz olmuşdur. Çaylı kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon pullarını qəbul edir, müxtəlif pul baratları, məktubları qəbul edib yola salır.

Çaylı ATS-in kollektivi əhalinin rabitə xidmətini təmin edir. Çaylı kəndində 2048 nömrəli elektron ATS və mobil telefon stansiyaları Azərcell və Bakcell fəaliyyət göstərir. Çaylı kəndində 628 abonent internet xidmətindən istifadə edir. nyanın istənilən ölkəsi ilə rabitə xidməti və internet xidməti təmin olunmuşdur. 2018-ci ildə Qazax Telekommunikasiya Qovşağı tərəfindən 320 metr 20-lik kabel, 2200 metr 10-luk kabel, 1600 metr 50-lik kabel, 150 metr 30-luk kabel xətləri çəkilmiş, 9 karopka, 6 mufta qoyulub, 22 dirək yenisi ilə əvəz edilmişdir.

2018-ci ildə Bala Çaylı kəndində 350 nömrəlik yeni elektron ATS kənd sakinlərinin istifadəsinə verilmişdir. Bu işin görülməsi, otaqların təmir edilməsi rayon rəhbərliyi tərəfindən həyata keçrilmişdir. Bu işlərə görə həm rayon rəhbərinə, həm də Qazax Telekommunikasiya Qovşağının rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.

Qazax Elektrik Şəbəkəsi tərəfindən Çaylı və Bala Çaylı kəndlərini qidalandıran 10 kv-luq Bala Çaylı-Çaylı və Çaylı hündürlük xətlərində 24 ədəd çürük ağac dayaqlar beton dayaqlarla əvəz edilmişdir. Çaylı kəndində 5010094 saylı 160 kvA gücündə olan transformatorun 0,4 kv tərəfində 2689 metr uzunluğunda SİB kabel çəkilmiş və 73 ədəd metal dayaq quraşdırılmışdır. 5013170 saylı 400 kvA transformatorun 0,4 kvA tərəfində 3143 metr uzunluğunda SİB kabel çəkilmiş və 50 ədəd metal dayaq quraşdırılmışdır. Cəmi 5832 metr SİB kabel çəkilmiş və 123 ədəd metal dayaq quraşdırılmışdır. Çaylı kəndində əhalini içməli su ilə təmin edən 3 ədəd subartezian quyusuna qulluq edən zədəli transformatorlar şəbəkədə təmir olunaraq sxemaya qoşulmuşdur. Həmçinin 35/10 kvA Qazaxbəyli yarımstansiyasında Çaylı və Bala Çaylı kəndlərini qidalandıran xətlərin vakkum açarlarında cari təmir işləri aparılmış, xətlərə yaxınlaşan ağacların budaqları kəsilmiş və tarımlama işləri aparılmışdır.

Şəmkir  Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən 65 p/m uzunluğunda 400 mm-lik, 1020 p/m uzunluğunda 57 mm-lik, 6 p/m uzunluğunda 76 mm-lik, 300 p/m uzunluğunda 89 mm-lik, 592 p/m uzunluğunda 108 mm-lik, 7 p/m uzunluğunda isə 159 mm-lik olmaqla ümumilikdə 1990 p/m uzunluğunda istismara yararsız borular yenisi ilə dəyişdirilmiş, 1 ədəd qaz bağlayıcı qurğu quraşdırılmışdır.

Qazax Suvarma Sistemləri İdarəsi və Çaylı SİB tərəfindən ümumi uzunluğu 25,1 km olan arxların təmizlənməsi yüksək səviyyədə təşkil edilmişdir. Bunun da 15,7 km-i əl əməyi ilə, 9,4 km-i isə texnika vasitəsilə təmizlənmişdir. 2018-ci ildə götürülən suyun həcmi 13575 min kubmetr təşkil etmişdir ki, bundan da 2129 min kubmetr su payız suvarmasında istifadə edilmişdir.

Çaylı kəndində 31 artezian quyusu, Bala Çaylı kəndində isə 2 artezian quyusu olmaqla nümayəndəlik ərazisində 33 artezian quyusu fəaliyyət göstərir. Çaylı kəndində əhalinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması məqsədilə 2018-ci ildə Çaylı kəndində daha 1 ədəd artezian quyusu qazılmışdır. Əhalinin həyətyanı və pay torpaqlarının suvarılması işi yaxşı təşkil edilmişdir. Həyətyanı və pay torpaqlarının suvarılmasında heç bir problem olmamışdır.

Nümayəndəlikdə əhalinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2018-ci ilin məhsulu üçün 545 hektarda payızlıq buğda, 30 hektar sahədə arpa, 30hektar sahədə kartof, 20 hektar sahədə qarğıdalı, 2 hektar sahədə günəbaxan, 55 hektar sahədə sorgo, 5 hektar sahədə noxud, 4 hektar sahədə bostan, 160 hektar sahədə tərəvəz, 610 hektar sahədə yonca, 440,9 hektar sahədə meyvə, 58 hektar sahədə üzüm əkilmişdir. 19838 sentner buğda, 753 sentner arpa, 5220 sentner kartof, 1000 sentner qarğıdalı istehsal olunmuşdur.

2018-ciildə nümayəndəlik ərazisində tütün və barama istehsalı da olmuşdur. 1 hektar sahədən 2730kiloqram tütün təhvil verilmiş, 220 kq barama istehsal olunmuşdur.Barama istehsalının artırılması məqsədilə əkilmiş tut tinglərinə aqrotexniki qaydada qulluq edilmiş, yeni tut tingləri əkilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsal edən 759 nəfər istehsalçıya müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 71975,80 manat subsidiya ödənilmişdir. 2019-cu ilin məhsulu üçün nümayəndəlik ərazisində 622hektar sahəşumlanmış, 530 hektar sahədə buğda, 50hektar sahədə arpa əkilmişdir. 30 hektar kartof, 20 hektar qarğıdalı, 4 hektar tütün, 20 hektar yeni yonca və barama yetişdirilməsi nəzərdə tutulubdur.

1 yanvar 2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında 3618 baş iribuynuzlu mal-qara, o cümlədən 1833 baş ana inək, 10535 baş xırdabuynuzlu mal-qara, 20 min baş quş qeydiyyata alınmışdır.

Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəli əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.

Çaylı kənd icra nümayəndəliyi istər əkinçilik, istərsə də heyvandarlıq sahəsində kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında çətinliklər olduqda Çaylı bələdiyyəsi ilə birlikdə həmin çətinliklər aradan qaldırılır.

Çaylı kənd 2 nömrəli tam orta məktəbin direktoru Abbas Carçıyev, məktəbin müəllimi Məmməd Qocayev, Çaylı SİB-in icraçı direktoru Asim Carçıyev, kənd həkim məntəqəsinin müdiri Lətifə Sanıyeva, məntəqənin tibb işçisi Elmira Kosayeva, sakinlərdən Nazim Xasməmmədov, İbrahim Bənnayev, Camoy Qurbanov, Arif Mirzəyev, Qəzənfər Qocayev və başqaları çıxış edərək hesabat ilində kənddə görülən tikinti-quruculuq və abadlıq işlərinə, sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Son iki il yarımda rayonda aparılan genişmiqyaslı işləri yüksək qiymətləndirən sakinlər bütün işlərin vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini bildiriblər. Ölkəmizin, eləcə də bölgələrimizin durmadan inkişaf etməsini minnətdarlıq hissi ilə qarşılayan sakinlər öz arzu və istəklərini, onları narahat edən qayğılarını da çatdırıblar. Sakinlər tərəfindən səsləndirilən Çaylı kənd 2 nömrəli tam orta məktəbin kanalizasiya sisteminin yenilənməsi, oyun meydançasının yaradılması, kənddə yeni təmir olunmuş idman zalının istilik sisteminin təmin olunması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün kənddə mövcud olan kəhrizin təmir olunması, Bala Çaylı kəndində əlavə artezian quyusunun qazılması və s. bağlı qaldırılan məsələlər müvafiq olaraq cavablandırılıb, hər bir məsələyə diqqətlə yanaşılacağı və həlli mümkün olan nə varsa ediləcəyi bildirilib.

GOYEZEN.AZ
















GOYEZEN.AZ

 

 

 

 

 

 



Facebook-da paylaş