Sərhəd kəndi Fərəhlidə hesabat yığıncağı keçirilib
Bu
gün rayonun düşmənlə sərhəddə yerləşən Fərəhli kəndində də hesabat yığıncağı
keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının Fərəhli kənd İnzibati Ərazi
Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə
dair hesabatında 2018-ci ilin ölkəmiz, eləcə də rayonumuz üçün uğurlu bir il
olmasından söz açılıb, qazanılan nailiyyətlərdən danışılıb. Fərəhli
kənd ümumi orta məktəbində keçirilən hesabat
yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
müdiri Adil Vəliyev və kənd sakinləri iştirak ediblər. Yığıncağın
aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səsləndirilib. Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında
giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb. Yola
saldığımız 2018-ci ilin ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edərək
yeni ildə daha böyük nailiyyətlər qazanmalarını arzu edib. Birinci müavin bu
gün ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın gündən-günə inkişaf
etdiyini, ümummilli liderin dövlət siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini bildirib. M.Alıyev qeyd
edib ki, bu gün respublikamızın bütün bölgələri kimi, Qazax rayonunun
inkişafına da ölkə prezidenti İlham Əliyev tərəfindən daim yüksək diqqət və
qayğı göstərilir. Son iki il yarımda isə rayon rəhbərliyinin qayğısı sayəsində
dinamik inkişaf yolunda olan Qazaxın siması tamamilə dəyişmiş, rayonumuz
respublikanın abad, gözəl bölgələrindən birinə çevrilmişdir. Qazaxda
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
görülən işlərin böyük miqyas aldığını qeyd edən birinci müavin "Azərxalça”
ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən
inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel
GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik
Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq
işlərinə nümunə göstərib.
Respublikamızda,
eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin
uğurla icra edilməsindən danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə
yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri
bunun əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3
məktəbin - Kosalar, Kəmərli, Qaymaqlı kənd məktəblərinin də əsaslı şəkildə
yenidən qurulması nəzərdə tutulub. Rayonda azyaşlı körpələrə göstərilən diqqət və
qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması
üçün yaradılan şəraitdən söz açan birinci müavin bu gün rayon üzrə olan 25
bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd
edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də
davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı
Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində
1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün
rayon üzrə bir neçə kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də Fərəhli kəndidir.
Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin
görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində
də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəbaşçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar
dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar
bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil
yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar
Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara,
Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu
Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni
asfalt yolların çəkilişini misal olaraq göstərib. Uzunluğu 16 km olan Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və
bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə
çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən
qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının
təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib. Qeyd edib ki, bir
neçə kəndin yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Fərəhli
kəndidir. Bu kəndin yolunda da işlərin görülməsi nəzərdə tutulub. Yeni iş yerlərinin
yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan birinci müavin
həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq
başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan
dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.
Fərəhli kənd İƏD-si üzrə nümayəndə Nəsimi Vəliyev
hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, yola saldığımız 2018-ci il ölkəmizin
tarixinə daha bir uğurlu il kimi daxil oldu. Respublikamızın hər yerində olduğu
kimi, rayonumuzda da 2018-ci il bir çox hadisələrlə yadda qaldı. Qeyd edib ki, Fərəhli kənd İƏD-si üzrə nümayəndəliyi iki kəndi - Fərəhli və Qızılhacılı kəndlərini əhatə edir.
Nümayəndəlik ərazisində 1 ümumi orta məktəb, 1 feldşer-mama məntəqəsi, 1
diyarşünaslıq klubu, 1 kitabxana və poçt şöbəsi fəaliyyət göstərir. Fərəhli kəndinin 5 şəhidi, 8 Qarabağ müharibəsi əlili
var. Nümayəndəliyin ərazisi dövlət mülkiyyətli 109 hektar, bələdiyyə mülkiyyətli
1600 hektar, xüsusi mülkiyyətli 645 hektar olmaqla, ümumi ərazisi 2354 hektardır. Bundan 2075 hektarı
kənd təsərrüfatına yararlı torpaq sahəsidir. 01.01.2019-cu
il tarixə Fərəhli kəndi üzrə 914 nəfər,
235 təsərrüfat, Qızılhacılı kəndi üzrə isə 306 nəfər, 83 təsərrüfat olmaqla,
iki kəndin birlikdə 1220 nəfər əhalisi, 318 təsərrüfatı olmuşdur. Qızılhacılı kəndinin
əhalisi 11 may 1992-ci il tarixdən məcburi köçkün kimi qeydə alınmış, Qazax şəhərində
və rayonunun kəndlərində məskunlaşmışdır. Bunlardan məcburi köçkün kimi qeydə
alınmış 169 nəfər Qızılhacılı kənd sakini vahid aylıq müavinət alır. Fərəhli kənd
ümumi orta məktəbi şəhid Kamran Kərimovun adını daşıyır. 2017-2018-ci il tədris
ilində məktəbi 10 nəfər şagird bitirmişdir. 2018-2019-cu tədris ilində isə məktəbdə 60 şagird təhsil alır. 20 nəfər pedoqoji heyət
təhsil və təlim-tərbiyə işləri ilə məşğul olur. 9 nəfər texniki işçi
çalışır. Fərəhli kənd
feldşer-mama məntəqəsi əhaliyə tibbi xidmət göstərir. Məntəqədə 4 nəfər işçi
işləyir. Xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması və
ilkin tibbi yardım günün tələblərinə cavab verir. Hesabat dövründə 2 nikah, 7
ölüm qeydə alınmışdır. 3 nəfərin
çalışdığı kitabxananın yerləşdiyi otaqda da təmir işləri aparılmış, yeni
kitablarla təmin edilmişdir. Diyarşünaslıq klubunun binası günün tələblərinə
cavab vermədiyi üçün başqa otaqda yerləşdirilib, səliqə-səhman işləri aparılmışdır.
Burada da 3 nəfər işçi işləyir. 2018-ci ildə
icra nümayəndəliyinə 20 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 21 məktub göndərilmişdir. Vətəndaşlara
695 ədəd müxtəlif məzmunlu (yaşayış, ailə
tərkibi və s.) arayışlar verilmiş, 2 ədəd rəsmi müraciət daxil olmuş, həmin müraciətlər
müsbət həll edilmişdir. 31 şifahi müraciətə baxılmışdır. Hesabat dövründə
kənd İƏD-si üzrə nümayəndəlik işçi qrupunun və kənd fəallarının iştirakı ilə kəndin mövcud poblemlərinin həllinə
çalışmışdır. Kənd əhalisi içməli suya olan təlabatlarını bulaqlardan təmin edirlər. Azərbaycan Qızıl Aypara Cəmiyyəti
tərəfindən kəndə 1,5 km uzunluğunda yeni
su xətti çəkilərək, əlavə 1 ədəd 16 toluq su çəni quraşdırılmışdır. Bundan əlavə, həmin cəmiyyət
tərəfindən 147 ailənin hər birinə 100 kq olmaqla amafos gübrəsi verilmişdir. Kənd
qəbiristanlığında, yol kənarlarında və kəndarası
yollarda müntəzəm olaraq iməciliklər keçirilmiş, əhali arasında maarifləndirmə
işləri aparılmış, kəndin mərkəzinə 3 ədəd zibil qutusu qoyulmuşdur. Hesabat dövründə
əhaliyə elektrik enerjisinin verilməsində 5 ədəd elektrik transformatoru xidmət göstərmişdir. Fərəhli
kəndində 2018-ci ildə elektrik enerjisinin
verilməsində heç bir problem olmamışdır. Güc
transformatorlarında hər hansı nasazlıq baş verdikdə dərhal Qazax Elektrik Şəbəkəsinin köməkliyi ilə
aradan qaldırılmışdır. Kənddə elektrik təchizatı sistemində artıq yeniləşmə işlərinə
başlanılmışdır. Kəndin ərazisində olan yararsız dirəklər yenilənmiş, elektirik
xətləri SİB kabellə əvəz edilmişdir. Bu istiqamətdə işlər hazırda davam etdirilir. Şəmkir
Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsi tərəfindən qaz xətlərində və qaz paylayıcı qurğularda təmir işləri
aparılmışdır. Təbii qaz yanacağının verilməsində heç bir
problem yaranmamışdır. Fərəhli kəndində yaşayan əhali qaz və elektrik
enerjisinin dəyərinin ödənilməsindən azaddırlar. Belə ki, sakinlər dövlət tərəfindən
onlara ayrılmış limitdən istifadə edirlər. 01.01.2017-ci
il tarixdə 5 kəndin sakinlərinin istifadəsi üçün ayrılan qaz və elektrik enerjisi
limitləri ləğv edilmişdi. Qazax rayonunun digər sərhəd kəndləri kimi Fərəhli kəndinin
əhalisi də istifadə edilən qaz və elektrik enerjisi üçün ayrılmış limitlərin ləğv
edilməsindən çox böyük əziyyət çəkirdilər. İstifadə edilən qaz və elektrik
enerjisinin dəyərinin ödənilməsi əhali arasında böyük narahatlıq yaratmışdı.Lakin rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində həmin məsələ də öz müsbət
həllini tapdı. İndi Qazax yeganə sərhəd rayonudur ki, 5 kəndi, o cümlədən Fərəhli
kəndinin 588 nəfər əhalisi istifadə etdikləri qaz və elektrik enerjisinin dəyərinin
ödənilməsindən azaddırlar. Bu da dövlət başçısının əhaliyə, xalqımıza olan
qayğısının bir nümunəsidir. Bunun üçün həm ölkə prezidenti İlham Əliyevə, həm də icra
başçısı Rəcəb Babaşova sakinlər adından minnətdarlığımı bildirirəm. "Aztelekom” MMC-nin Qazax
Telekommunikasiya Qovşağı tərəfindən kənd ərazisində olan 30 ədəd köhnə rabitə dayaqları dəyişdirilərək yenisi ilə əvəz olunmuş
və rabitə xətləri səliqəyə salınmışdır. Kənddə 2 ədəd kiçik həcmli
mikroavtobus əhaliyə xidmət göstərir. Bu işlərə də tərəfimizdən ciddi nəzarət
edilir. Bundan əlavə, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən əlavə olaraq yeni
marşurut xətti açılmışdır ki, bu da əhalinin rayon mərkəzinə və digər yerlərə
gedib-gəlmələrini daha da asanlaşdırmışdır. Hesabat
dövründə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərəhli kəndində sakinlərlə 2 dəfə səyyar görüşlər keçirmiş,
qaldırılmış problemlərlə bağlı aydiyyəti üzrə tapşırıqlarını vermişdir. Belə ki, rayon rəhbərinin tapşırığı ilə kəndin
yolunda əsaslı təmir işləri aparılmış, qum-çınqıl
tökülmüş və texnika ilə hamarlanmışdır. Rayon İcra
Hakimiyyəti tərəfindən Fərəhli və Qızılhacılı kəndlərindən olan Şəhid ailələrinə, əlillərə və aztəminatlı ailələrə
bayram günlərində bayram sovqatları paylanılmışdır.
Fərəhli və
Qızılhacılı kəndlərinin əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. Qazax
Bitki Mühafizəsi İdarəsinin işçiləri ilə əlaqə saxlanılır və əkin sahələrinin dərmanlanması
üçün əhali arasında maarifləndirmə işləri aparılır. Hesabat dövründə 2018-ci ilin
məhsulu üçün 530,2 hektar şum qaldırılmış, ondan 353,0 hektar buğda, 96,0
hektar arpa, 6,5 hektar yonca, 5,5 hektar qarğıdalı, 49 hektar kartof, 2,20
hektar noxud, 1,0 hektar günəbaxan və 4,0 hektar tütün əkilib becərilmişdir.
İstehsalçılar buğda sahələrindən məhsuldarlıq 36,5 sentiner olmaqla 1288,5 ton
buğda, arpa sahələrindən isə məhsuldarlıq 24,5 sentner olmaqla 235,2 ton arpa
istehsal etmişlər. Nümayəndəlik üzrə 6533 kq tütün istehsal edilərək təhvil verilmişdir.
İstehsalçılar tərəfindən 2019-cu ilin məhsulu üçün 360 hektarda buğda, 101,0 hektarda
arpa səpini aparılmış, 4,0 hektarda tütün, 60,0 hektarda kartof, 3 hektarda
noxud, 1,0 hektarda günəbaxan, 10,0 hektarda qarğıdalı və 2,0 hektarda vələmir əkilib-səpilməsi
nəzərdə tutulmuşdur. Pay torpaqlarının təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın
yüksəldilməsi yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzində
olmuşdur. Sahələrin əkilib becərilməsi üçün Azərbaycan
Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli 1907 saylı Sərəncamına uyğun
olaraq kənd təsərrüfatı məhsullarının istehsalçısına əkin sahəsinin becərilməsində
istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti
hesabına yardımın verilməsi işi müvəffəqiyyətlə aparılmış,2018-ci ilin avqust ayında 159 ailəyə 32164 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə,
kənddə mal-qara və quşlarda baş verə biləcək xəstəliklərin qarşısını
almaq üçün əhali arasında mütəmadi olaraq profilaktik tədbirlər aparılır və
peyvəndlər edilir. Nümayəndəlik üzrə 01.01.2019-cu il tarixə əhalidə
olan 676 baş iribuynuzlu mal-qara, 1575 baş xırdabuynuzlu qoyun–keçi, 1325 baş
ev quşları qeydə alınmışdır. Artıq
bildiyiniz kimi, döyüş bölgələrində sərhədlərin mühafizəsi Dövlət Sərhəd Xidməti
qoşunlarına həvalə edilmişdir. Bununla əlaqədar Dövlət Sərhəd Xidmətinin əməkdaşları,
yüksək rütbəli zabitləri ilə kənd əhalisinin görüşləri keçirilmişdir. Əhalinin
təhlükəsizliyi baxımından sərhəd zonasında müəyyən məhdudiyyətlər, davranış
qaydaları haqqında təbliğat xarakterli söhbətlər aparılmışdır. Sərhəd Xidməti
qoşunlarının yerləşdirilməsi, onların xidmət yerlərində müəyyən
infrastrukturların yaradılmasında kənd əhalisindən də işçi qüvvəsi kimi istifadə
olunur. Sərhədçilərlə kənd ictimaiyyəti, İƏD nümayəndəliyi və məktəb rəhbərliyi
arasında səmimi münasibət yaranmışdır. Bunun nəticəsidir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik günü münasibətilə keçirilən ümumməktəb tədbirində Dövlət Sərhəd Xidməti
qoşunlarının əməkdaşları iştirak etmiş və rəhbərlik adından məktəbə hədiyyələr təqdim
olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov,
şəhid atası Qurban Orucov, sakinlərdən Bəhrəm Nəbiyev, Mustafa Abdullayev və
başqaları çıxış edərək 2018-ci ilin bütün sahələrdə nailiyyətlərlə yola
salınmasından danışıblar. Bütün bu uğurların əldə edilməsinə görə Prezident
İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri
adından öz dərin minnətdarlıqlarını bildiriblər. Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə
ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlığını bildirən şəhid atası şəhərdə
küçələrdən birinin adına oğlu kapitan Mühüd Orucovun adının verilməsini
bildirib. Minnətdarlıq dolu ürək sözləini çatdıran sakinlər kənd
ərazisində ATS-in açılmasını, kənd yolunun asfaltlaşdırılmasını da qeyd ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş