• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı sakinlərin qayğıları ilə maraqlanıb


Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili son iki il yarımdır ki, Qazax rayonunda da ön plana çəkilir. Rəhbər kimi təyin olunduğu ilk gündən bu amili özünün gündəlik fəaliyyətində əks etdirən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə halını alıb. Rayon rəhbərinin mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində konkret tapşırıqlar verməsi bu dediklərimizin əyani sübutudur.

İcra başçısı bu gün "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən bazarda olub, sakinlərlə görüşüb, səmimi söhbət edərək onları narahat edən məsələlərlə, qayğıları ilə maraqlanıb.

Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud vəziyyəti öz dilinizdən eşidim. Həlli mümkün olan nə varsa, onu edim ki, siz sakinlərin qayğıları azalsın. Son iki il yarımda rayonda görülən işlərdən, eləcə də mərkəzi bazarda yaradılan səliqə-səhman işlərindən söz açan icra başçısı bildirib ki, bütün işləri görməkdə məqsədimiz siz sakinlərin rahatlığını təmin etmək, sadə əmək adamlarının öz məhsullarını rahat şəkildə satmaları üçün hər cür imkanı yaratmaqdır. Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri satılan hər bir məhsulun keyfiyyətinə fikir verilməsini tövsiyə edib və əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətin, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu bildirib.

Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər ürək sözlərini çatdırıb, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Rayonda tikinti-quruculuq işlərinin geniş vüsət almasını, sosial obyektlərin yaradılmasını, xüsusilə də şəhərin təmizliyinin daim nəzarətdə saxlanılmasını yüksək qiymətləndirən sakinlər onlarla keçirilən bu cür görüşləri də razılıq hissi ilə qarşılayıblar.









GOYEZEN.AZ

 



Facebook-da paylaş