Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün tam əminliklə deyə bilərik ki, son iki il yarımda Qazaxda bütün
sahələrə olduğu kimi, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş
amilinə də xüsusi qayğı ilə yanaşılır, bu sahə daim diqqət mərkəzində
saxlanılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin
olunduğu ilk gündən fəaliyyətinin əsasında vətəndaş amili dayanır. Məhz bunun
nəticəsidir ki, rayon rəhbəri mütəmadi olaraq kəndlərdə səyyar görüşlər
keçirir, vətəndaşları fərdi şəkildə qəbul edir, hətta, vətəndaşın müraciətinə
əsasən yaşadıqları ünvana belə gedir. Görülən işlərin, göstərilən diqqət və
qayğının kökündə isə bir məsələ dayanır ki, o da vətəndaş məmnunluğunu təmin
etməkdir. Vətəndaşları narahat edən məsələlərin öz müsbət həllini tapmasına
nail olmaqdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də
bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların müraciətlərini
dinləyib.
Şəhər sakini
Bənnayev İman Müseyib oğlunun, Xanlıqlar kənd sakini Budaqova Aytən Namiq
qızının işlə təmin olunması barədə müraciətlərini dinləyən rayon rəhbəri
aidiyyəti üzrə tapşırıq verib.
Qarapapaq kənd
sakini Hüseynov Sərvaz Pənah oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə
cavab olaraq yerində baxış keçiriləcəyi bildirilib.
Şəhər sakini,
II qrup Qarabağ müharibəsi əlili Həsənov Sadəddin Musa oğlunun, Barxudarlı kənd
sakini Əsgərova Ülkər Səyad qızının, Ağköynək kənd sakini Talıbov Fuad Tofiq
oğlunun və Bağanıs Ayrım kənd sakini Adıgözəlov Ramiz Hayqaz oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq
cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş