İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Son 15 ildir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
dövlət siyasəti ölkə
başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq
aləmdə mövqeyinin və nüfuzunun artması, bütün sahələr üzrə qazanılan nailiyyətlər,
ölkəmizin güclü dövlət kimi tanınması bunun bariz nümunəsidir. Bu inkişaf və tərəqqi
isə dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində mümkün olmuşdur.
Təqdirəlayiq haldır ki, son iki il yarımda Qazax
da özünün inkişaf dövrünü yaşayır. İldən-ilə artan tikinti-quruculuq və abadlıq
işləri rayonun simasını dəyişib. Rayonda aparılan tikinti-quruculuq işləri, yeni iş
yerlərinin yaradılması, istifadəyə veriləcək istehsal müəssisələrinin sayının
artması, eləcə də kənd təsərrüfatının inkişafı, təhsil, səhiyyə, mədəniyyət,
idman sahələrində əldə etdiyimiz nailiyyətlər onu söyləməyə əsas verir ki, ölkə
başçısının yürütdüyü siyasət Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi
icra olunur.
Bütün bu sadaladıqlarımızla yanaşı, Qazaxda
ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili də daim diqqət mərkəzində
saxlanılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən rayonda vətəndaş amilini ön
plana çəkməsi, rayon sakinlərinə xüsusi qayğı ilə yanaşması bunun bariz nümunəsidir.
Rayon rəhbərinin istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları
fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı
ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail
olmaqdır. Rayon sakinlərini narahat edən məsələlərin öz müsbət həllini tapması
deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir
qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onların işlə təmin olunma ilə bağlı
müraciətlərini dinləyib.
Sakinlərin
istəyini diqqətlə dinləyən rayon rəhbəri onların rayonda aparılan
tikinti-quruculuq işlərində işlə təmin olunması üçün aidiyyəti üzrə tapşırıq
verib.
Sakinlərdən
Amil Məmmədov, Babək Quluyev, Siyavuş Salehov və başqaları çıxış edərək rayonda
aparılan genişmiqyaslı işlərə və onların müraciətinə qayğı ilə yanaşdığına görə
rayon rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd ediblər ki, bu gün bizim işlə
təmin olunmağımız barədə tapşırıq verməyiniz bir daha onu sübut edir ki,
rayonda vətəndaş amili həmişə ön planda olub. Siz ilk gündən biz vətəndaşların
yanında olmusunuz. Bu, dövlətin və dövlət başçısının, rayon rəhbərinin biz
sakinlərə olan diqqət və qayğısı deməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş