Vətəndaşlar tərəfindən qaldırılan məsələlər müzakirə olunub
Son iki il yarımdır ki, Qazaxda
bütün sahələrlə yanaşı, vətəndaş amili hər zaman ön planda tutulur. İstər
keçirilən səyyar görüşlərdə, istər fərdi qəbullarda sakinləri narahat edən məsələlər
diqqətlə dinlənilir, həlli istiqamətində məqsədyönlü işlər görülür. Aslanbəyli kəndində keçirilən hesabat
yığıncağında sakinlər tərəfindən qaldırılan həyətyanı torpaq sahələrinin
suvarılması ilə bağlı məsələlər də yığıncağın ertəsi gün müzakirə olunub. Bununla əlaqədar Qazax Rayon İcra
Hakimiyyətində qeyd olunan məsələ ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilat
rəhbərlərinin, təhkim olunmuş şəxslərin və kənd sakinlərinin birgə iştirakı ilə
yığıncaq keçirilib. Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev çıxış edərək bildirib ki, bu yığıncağı keçirməkdə
əsas məqsədimiz vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət
göstərilməsinin vacibliyini önə çəkməkdir. Sakinlər tərəfindən qaldırılan hər
bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir.
Mövcud vəziyyətin nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları
narahat edən məsələlər öz müsbət həllini tapsın. Sonra yığıncaq zamanı səsləndirilən
məsələ müzakirə olunub və aidiyyəti təşkilatlara mövcud vəziyyətin aradan
qaldırılması üçün təkliflər hazırlanması tövsiyə olunub. Xanlıqlar kəndində "Baba Dərviş”
deyilən ərazidə yerləşən pay torpaqlarının suvarılmasının yaxşılaşdırılması məqsədilə
mövcud olan kanalın təmiri, beton üzlüyə alınması və suötürücü qapının genişləndirilməsi
ilə bağlı məsələyə də baxılıb. Rayon rəhbərliyi həmin məsələ ilə
bağlı yerində baxış keçirib və məsələnin həlli yolları müzakirə olunub. Məsələnin
həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib. GOYEZEN.AZ
Facebook-da paylaş