Mən hər zaman sizin yanınızdayam » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Mən hər zaman sizin yanınızdayam

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun məcburi köçkünlərlə keçirdiyi görüşdə bu fikir səslənib


Mən hər zaman sizin yanınızdayam
Xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun kənd sakinləri və məcburi köçkünlərlə keçirdiyi görüşlər artıq ənənə şəklini alıb.

Belə ki, icra başçısı mütəmadi olaraq kəndlərə və məcburi köçkünlərin yerləşdiyi yaşayış məntəqələrinə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir.
Mən hər zaman sizin yanınızdayam
Bu gün həftənin istirahət günü olmasına baxmayaraq rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə olub.

Rayon rəhbərliyi qəsəbədəki bağça binasına baş çəkərək lazımi tapşırıq və tövsiyələrini verdikdən sonra qəsəbədə məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Mən hər zaman sizin yanınızdayam
Görüşə toplaşanlar icra başçısını böyük səmimiyyətlə, ən yaxın və ən doğma insan kimi qarşılayıblar.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qəsəbə sakinlərini salamladıqdan sonra çıxış edib.

Bildirib ki, mən buraya məcburi köçkünlərin yerləşdiyi “Göy bina” deyilən yaşayış massivindən gəlirəm. Orada heç bir problem yoxdur. Yaxın vaxtlarda həmin bina da təmir olunacaqdır.
Mən hər zaman sizin yanınızdayam
Bu gün sizinlə görüşməyimin məqsədi sizi narahat edən məsələləri elə sizin öz dilinizdən eşitmək və onları aradan qaldırmaqdır. Bildiyiniz kimi rayonumuzda tikinti-quruculuq işləri davam edir. Yeni iş yerləri yaradılır. Kənd təsərrüfatının bütün sahələrində əkinlər iki dəfə artıb.

Bu gün demək olar ki, Qazaxda əkilməmiş məhsul verən torpaq sahəsi qalmayıb. Bu qəsəbədə də qaz, işıq, istilik barədə heç bir problem yoxdur. Mən bildiyimi və gördüyümü sizinlə bölüşdüm. İndi söz sizindir. Deyin görək hansı çatışmazlıqlar var.
Mən hər zaman sizin yanınızdayam
Ağsaqqal Nüsrəddin Hacıyev söz alaraq həftənin istirahət günü olmasına baxmayaraq onlarla görüşə gəldiyinə görə, məcburi köçkünlərə diqqət və qayğı göstərdiyinə görə bütün qəsəbə sakinləri adından Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.
Mən hər zaman sizin yanınızdayam
Qeyd edib ki, bu gün rayonda sağlam mühit, əmək intizamı, şəffaflıq yaranıb. Hamı öz sözünü deyə bilir. Bu da ondan irəli gəlir ki, siz icra başçısı kimi həmişə xalqın içində olursunuz.

Siz sərhəd kəndində olanda özünüzü həmin kəndin sakini, məcburi köçkünlərlə görüşəndə isə özünü bir məcburi köçkün kimi hesab edirsiniz. Sizin bizim qəsəbəyə gəlişinizin artıq sayı bilinmir.

Bu gün qəsəbədə demək olar ki, hər şeyimiz var. Poçt, avtobus, səhiyyə - bütün sahələr fəaliyyət göstərir. Bu günlərdə isə sizin göstərişinizlə xeyir-şər üçün çadır quraşdırılıb. Bununla yanaşı Nüsrəddin müəllim bir sıra həlli vacib olan məsələlərdən də söz açıb.

Qeyd edib ki, qəsəbədə bərbərxana, ət satışı məntəqəsi, mağaza, ilkin tibbi yardım üçün lazım olan dərman satışı məntəqəsi yoxdur.
Mən hər zaman sizin yanınızdayam
Bağanıs Ayrım kəndindən olan məcburi köçkünlərdən Zərbəçi Xasayev, Ramiz Adıgözəlov, Aşağı Əskipara kəndindən olan məcburi köçkünlərdən Tünzalə Əsgərova, Şəfiqə Əliyeva, Sevda Hacıkərimova və başqaları çıxış edərək öz arzu və istəklərini bildiriblər.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə göstəriş verib və bildirib ki, həmin məsələlər yaxın günlərdə öz həllini tapacaqdır.
Mən hər zaman sizin yanınızdayam
Görüşdə məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL


Facebook-da paylaş