• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir bağçanın tikintisi yekunlaşmaq üzrədir


Son iki il yarımdır ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, bağçaların əsaslı şəkildə təmir olunması ilə bağlı gördüyü işlər uşaqlara olan sonsuz diqqətin əyani göstəricisidir.

Rayon rəhbərinin ötən bu müddət ərzində uşaq bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 uşaq bağçasından 18-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Ötən il olduğu kimi, bu il də tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi uğurla davam etdirilib.

Şəhərin mərkəzində yerləşən  6 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması bunu bir daha sübut edir. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçiFirdovsi Umudov əsaslı şəkildə yenidən qurulan 6 saylı bağçada görülən son tamamlanma işləri ilə tanış olublar.

Qonaqlara bağçada yekunlaşmaq üzrə olan işlər barədə məlumat verilərək bildirilib ki, bina əsaslı şəkildə yenidən qurulub. Dam örtüyü, otaqların qapı və pəncərələri, tavan və döşəmələri yenilənib. Bağçaya müasir istilik sistemi qoşulub. Binanın daxilində və həyətində abadlıq işləri aparılıb. Həyətə tamet döşənib, bağça binasının ətrafına hasar çəkilib və suvaq işi görülüb. Bağçanın giriş hissəsinə yeni darvaza qoyulub. Binanın xarici fasadında rənglənmə işləri yekunlaşıb, bundan əlavə, bağçanın həyətində gözətçi otağı tikilib. Hazırda son tamamlanma işləri aparılır.



GOYEZEN.AZ

 



Facebook-da paylaş