• Təqvim

  • Unutma

  • Maraq



Şəhər 5 saylı körpələr evi-uşaq bağçasında Yeni il şənliyi keçirilib


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında olduğu kimi, rayonumuzdakı körpələr evi-uşaq bağçalarında da bir-birindən rəngarəng şənliklərlə qeyd olunub.

Bu gün növbəti belə bayram tədbirlərindən biri şəhər 5 saylı körpələr evi-uşaq bağçasında keçirilib.

Bayram şənliyində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov və şairə-publisist Güləmail Murad da iştirak ediblər.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş bayram şənliyi körpə fidanların ifasında Dövlət Himninin səslənməsi ilə başlayıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni il şənliyində çıxış edərək balaca fidanları salamlayıb, qarşıdan gələn bayramlar münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib.

İcra başçısı qeyd edib ki, bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Respublika Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın uşaqlara diqqəti və qayğısının bariz nümunəsidir ki, körpələrimiz belə təmirli, şəraitli uşaq bağcalarında məktəbəqədər təhsil alırlar.

Rayon rəhbəri son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də söz açıb. Bu gün rayonda olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını bildirib. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçalarını bu dediklərimizin əyani sübutu kimi qiymətləndirib.

 

Bağçanın tərbiyəçisi Güldanə Mustafayeva çıxış edərək balaca fidanları bayram münasibətilə təbrik edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. Əsası ulu öndərin qoymuş olduğu uşaq siyasətinin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən tərbiyəçi uşaqlara göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidentinə bütün müəllimlər, valideynlər adından dərin minnətdarlığını çatdırıb. Rayon rəhbərliyinin körpə balalara olan qayğısından danışan tərbiyəçi bağçalarda yaradılan şəraitə, göstərilən diqqətə görə bağçanın müəllim və tərbiyəçiləri adından təşəkkürlərini bildirib. Rayon rəhbərinin bu gün yeni il şənliyində iştirak etməsini körpə fidanlara olan sonsuz qayğısının bariz nümunəsi olduğunu qeyd edib.

Şaxta baba və Qar qızın müşaiyəti ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şeirləri və mahnıları səsləndirilib. Bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş edilib. Olduqca maraqlı və əyləncəli şəraitdə keçən şənlik uşaqların böyük sevincinə səbəb olub.












GOYEZEN.AZ



Facebook-da paylaş