Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
Azərbaycanlılar üçün əziz
bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə
və silsilə tədbirlərlə qeyd olunur. Bu
gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunub. Bayram
tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, qonaqlardan -Milli Məclisin deputatı
Ülviyyə Ağayeva, Gəncə Əsəb Dispanserinin baş həkimi Tərlan Hüseynova, Ombudsmanın Gəncə Regional Mərkəzinin
rəhbəri Səbuhi Abbasov, mərkəzin baş məsləhətçisi Emil Şəmmədli, RİHB
aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, xəstəxananın
işçiləri və müalicə olunan xəstələr, KİV nümayəndələri və musiqiçilər iştirak
ediblər.
Tədbirin aparıcısı, gənc rəssam Akif Əmirov
bayram təbriklərini çatdıraraq yeni il şənliyini açıq elan edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bayram şənliyində çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xəstəxanada çalışan işçiləri və müalicə olunan bütün xəstələri təbrik
edib, onlara ən xoş arzularını bildirib. İcra başçısı qeyd edib ki,
respublikamızda, eləcə də rayonumuzda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə
də böyük diqqət və qayğı göstərilir. Bunu tikilən və əsaslı şəkildə təmir
olunan tibb ocaqlarının timsalında aydın şəkildə görmək olar. Rayon rəhbəri hazırda
rayonumuzda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisinin
başa çatdığını və son tamamlanma işlərinin aparıldığını qeyd edib. Ruhi xəstəxanada aparılmış təmir
işlərindən danışan icra başçısı binada xeyli işlərin görüldüyünü qeyd edərək xəstələrin
müalicə olunması və qidalanması üçün normal şərait yaradıldığını bildirib. Təmir
işlərinin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb. Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış
edərək əlamətdar gün münasibətilə xəstəxanada müalicə olunan xəstələrə və bütün
kollektivə səmimi təbriklərini çatdırıb. Respublikamızın hər yerində olduğu
kimi, Qazax rayonunda da səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini
bildirib. Dövlət başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısının Qazaxda
da hiss olunduğunu qeyd edib. Rayonda 145 çarpayılıq yeni Mərkəzi Xəstəxananın
tikintisini bu qayğının əyani sübutu kimi qiymətləndirib.
Rayon Mərkəzi Xəstəxanasının
baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən
diqqət və qayğıdan danışaraq bütün tibb işçiləri adından ölkə başçısı İlham
Əliyevə dərin minnətdarlığını bildirib. Rayon rəhbərliyinin diqqət və qayğısı
sayəsində rayonumuzda səhiyyənin inkişaf etməsindən danışan baş həkim qeyd edib
ki, illərdən bəri diqqətdən kənarda qalmış ruhi xəstəxanada bu gün normal şərait
yaradılıb. Yaradılan yüksək şəraitə və sonsuz diqqət və qayğıya, səmimi münasibətə
görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə edib.
Xəstəxananın baş həkimi Ramiz
Mansurov çıxış edərək bildirib ki, ilk dəfə 8 Mart – Beynəlxalq Qadınlar
bayramı münasibətilə tədbir keçirilən zaman biz bu diqqət və qayğını
hiss etdik. Bu gün isə yeni il bayramının belə yüksək səviyyədə təşkil olunması
o deməkdir ki, səhiyyə sahəsinə olan qayğı daim diqqət mərkəzindədir. Baş həkim
onlara göstərdiyi diqqət və qayğıya görə icra başçısına kollektiv adından, xəstəxanada
müalicə olunan xəstələr adından öz dərin minnətdarlığını bildirib.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri
Səbuhi Abbasov çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Ombudsmanı Elmira Süleymanovanın adından salamlarını çatdırıb. Qarşıdan gələn
yeni il bayramı münasibətilə ən xoş təbriklərini bildirib. Qeyd edib ki, ölkə
başçısı İlham Əliyevin də söylədiyi kimi, sağlam cəmiyyət, sağlam millət hər
bir dövlətin inkişafı üçün olduqca vacibdir. Bunu nəzərə alaraq Azərbaycanda səhiyyə
sisteminin inkişafı da prioritet sahə kimi dövlət siyasətinin əsas istiqamətlərindən
birini təşkil edir. Bu inkişafı çoxsaylı səhiyyə ocaqlarının, tibb mərkəzlərinin
istifadəyə verilməsindən, ölkəmizdə olan səhiyyə müəssisələrinin müasir
avadanlıqlarla, texnika ilə təmin olunmasından da aydın şəkildə görmək olar. Gəncə Əsəb
Dispanserinin baş həkimi Tərlan Hüseynova da bayram şənliyində öz ürək sözlərini
çatdırıb. Qazaxda keçirilən bu cür yüksək səviyyəli tədbirləri səhiyyə sahəsinə,
xüsusilə də ruhi xəstəxanada müalicə olunan xəstələrə göstərilən böyük diqqət və
qayğı kimi dəyərləndirib.
Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz
Tağıyev çıxış edərək rayonumuzda həyata keçirilən genişmiqyaslı işlərə görə
rayon rəhbərliyinə bütün qazaxlılar adından dərin minnətdarlığını bildirib. Son
iki il yarımda Qazaxda vətəndaş amilinin ön plana çəkildiyini, rayon rəhbərinin
hər bir qazaxlının yanında olmasını sakinlər tərəfindən də böyük rəğbət hissi
ilə qarşılandığını söyləyib. Sonra
əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Ruhi Xəstəxanada
çalışan 5 nəfər işçi – xəstəxananın baş həkimi Ramiz Mansurov, işçilərdən Tərminə
Qocayeva, Kifayət Bayramova, Qabil Aşırov, Ayaz Mərdanov Qazax Rayon İcra
Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Xəstəxanada müalicə
olunan xəstələrə isə hədiyyələr verilib, bayram süfrəsi açılıb. Bayram
şənliyi müğənni Nəsimi Aşbazovun, aşıqlardan
Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Hacı Abdıyevin ifasında səslənən şən-şux
mahnılardan ibarət konsert proqramı ilə davam etdirilib. GOYEZEN.AZ
Facebook-da paylaş