• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçiriləcək məkanda olub


Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunur. Şəhər və kəndlər bayramsayağı bəzədilir, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülür.

Şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında 9 metr hündürlüyündə yolka qurulub, parkda və yolkanın ətrafında rəngarəng işıqlandırma quraşdırılıb. Bundan əlavə, park və küçələr, ticarət və iaşə obyektlərinin vitrinləri, fərdi evlərin və ictimai binaların fasad və eyvanları bayramsayağı bəzədilib. Şəhərin gecə işıqlandırılmasına da xüsusi diqqət yetirilib.

Hər il olduğu kimi, bu il də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar olaraq Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə bayram tədbirləri təşkil olunacaqdır.

24 dekabr 2018-ci il tarixdə Qazax rayonlararası ruhi xəstəxanada bayram şənliyi keçiriləcəkdir.

25 dekabr 2018-ci il tarixdə saat 15:00-da isə Qazax Olimpiya İdman Kompleksində keçiriləcək möhtəşəm bayram şənliyində respublikamızın tanınmış incəsənət xadimlərindən, müğənnilərdən, aşıqlardan ibarət böyük bir musiqiçi qrupu geniş konsert proqramı ilə çıxış edəcəkdir.

Məlumat üçün bildirək ki, rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunması nəzərdə tutulan bayram şənliyinin hava şəraiti ilə əlaqədar olaraq Qazax Olimpiya İdman Kompleksində keçirilməsi qərara alınmışdır. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin keçiriləcəyi Qazax Olimpiya İdman Kompleksində olub, hazırlıq işləri ilə bağlı öz tapşırıq və tövsiyələrini verib.

Rayonumuzun bütün sakinlərini həmin bayram şənliyində iştirak etməyə dəvət edirik.










GOYEZEN.AZ

 



Facebook-da paylaş