Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan
ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.
2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial
müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0
(beş) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci
hissəsindən irəli gələn məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına
köçürülməsini təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2018-ci il.
Facebook-da paylaş