Rayon rəhbəri vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən
xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də
vətəndaşlara səhiyyə sahəsində göstərilən xidmət sahəsidir. Rayon rəhbərinin bu
sahəyə olan diqqətinin ən bariz nümunəsi mütəmadi olaraq səhiyyə ocaqlarında
olmasıdır.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Qazax Müalicə Diaqnostika Mərkəzinə baş çəkib, mövcud
vəziyyətlə maraqlanıb. Palataları gəzərək müalicə alan xəstələrlə görüşüb və vətəndaşlara
göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla tanış
olub.
Rayon rəhbərliyi
müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli
olduğunu bildirib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab
verən yeni xəstəxana binası tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Mərkəzdə müalicə alan xəstələr ölkə
başçısının səhiyyə sahəsinə olan qayğısını yüksək qiymətləndirdiklərini qeyd edərək
onlarla görüşdüyünə və qayğıları ilə maraqlandığına görə rayon rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbərinə məlumat verilib
ki, bu gün mərkəzdə nəinki rayon sakinləri, eləcə də Ağstafa, Tovuz, Şəmkir
rayonlarından olan xəstələrə də tibbi xidmət göstərilir.
GOYEZEN.AZ
Facebook-da paylaş