Qazaxda Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyasının (YAP)
yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələ başlandı. Xalqın
arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi zərurətdən yaranan
Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin siyasi həyatına yeni nəfəs verməklə
qurtuluş və tərəqqinin simvoluna çevrildi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş
Azərbaycanda ictimai-siyasi gərginlik, vətəndaş qarşıdurması, iqtisadi böhran
getdikcə dərinləşir, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanın dövlət
müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığı belə bir dövrdə xalq
yeganə xilas yolunu Heydər Əliyev dühasında, Heydər Əliyevin böyük dövlətçilik
təcrübəsində görürdü. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər
ziyalı 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət etdilər. Ulu öndər çox
keçmədən xalqa dövlətçiliyimiz üçün "Yeni, müstəqil Azərbaycan uğrunda” adlı
çox əhəmiyyətli çağırış ünvanladı. Partiyanın təsis konfransı 1992-ci il
noyabrın 21-də Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Bu gün YAP-ın Azərbaycan xalqı, Azərbaycan dövləti
qarşısındakı xidmətləri misilsizdir. Bu partiya bu gün də Heydər Əliyev
ideyalarını sədaqətlə yaşadır. 2003-cü ildən bəri partiyaya İlham Əliyev
rəhbərlik edir. Həmin ildən etibarən əsasını ulu öndər Heydər Əliyevin qoyduğu
milli inkişaf strategiyası uğurla reallaşdırılır. Respublikamızın
hər yerində olduğu kimi, Qazaxda da Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasının 26-cı ildönümü münasibətilə tədbiri keçirilib. Tədbirdə
partiya fəalları, şura üzvləri, gənclər təşkilatı və qadınlar şurası, idarə heyətinin
üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, icra nümayəndələri, bələdiyyə
sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, KİV nümayəndələri iştirak
edib. Tədbir iştirakçıları əvvəlcə partiyanın
yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə
gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir YAP Qazax rayon
təşkilatının inzibati binasında davam etdirilib. Binanın foyesində yerləşən ulu
öndərin büstü önünə gül dəstələri qoyulduqdan sonra YAP-ın 26 il ərzində
keçdiyi şanlı yola, o tarixi anlara bir daha nəzər salınıb.
YAP Qazax rayon təşkilatının sədri Həmid PənahovAzərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən danışıb. Qeyd
edib ki, ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir
simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Bu
izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti İlham
Əliyevin sədri olduğu YAP bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə
sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət
müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli
vəzifələr qoyur. YAP
Qazax rayon təşkilatı haqqında söz açan natiq bildirib ki, bu gün rayon təşkilatının
9806 nəfər üzvü vardır. 6962 nəfərini qadınlar, 3321 nəfərini isə gənclər təşkil
edir. Təkcə bu il partiyaya üzv olanların sayı 1875 nəfər olmuşdur. Bunun da
1129 nəfəri qadınlar, 828 nəfəri gənclərdir.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək YAP-ın 26-cı
ildönümü münasibətilə başda partiyanın sədri İlham Əliyev olmaqla bütün partiya
üzvlərini təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, YAP-ın güclü
siyasi təşkilat kimi formalaşması, ölkəmizin ictimai-siyasi həyatında iqtidar
partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyevin
siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi
partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün YAP möhtərəm
Prezidentimiz, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar
qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın
beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi
rola malikdir. İcra başçısı bildirib ki,
ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti
nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və
bununla Azərbaycanın tarixində yeni dövr başladı. Heydər Əliyevin rəhbərliyi və
ideyaları əsasında qurulan YAP-ın 26 illik inkişaf tarixi göstərdi ki, Yeni
Azərbaycan Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni
müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini
müəyyən etməklə öz seçimlərində yanılmamışlar. Bu gün Prezident İlham Əliyevin
rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlar qazanır. Rayon
rəhbəri vurğulayıb ki, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə
başçısı İlham Əliyevin rəhbərliyi ilə başlanan böyük quruculuq işləri xalqa,
dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Ümumiyyətlə,
YAP-ın yarandığı dövrdən ötən müddətdə ictimai-siyasi və sosial-iqtisadi
həyatın bütün sahələrinə nəzər saldıqda görürük ki, YAP təkcə bu günün deyil,
həm də gələcəyin partiyasıdır. Bildirib
ki, Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatlar
Qazax rayonunda da dinamik inkişafa səbəb olub. Bu gün genişmiqyaslı
tikinti-quruculuq işlərindən, yeni iş yerlərinin yaradılması sahəsində rayonda
həyata keçirilən uğurlu layihələrdən, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə
də digər sahələrdə qazanılan uğurlardan da bunu aydın şəkildə görmək olar. YAP Qazax rayon təşkilatının idarə heyətinin üzvü Novruz Abdullayev, YAP
Qazax rayon təşkilatının şura üzvləri Nizaməddin Babanlı, Nəsibə Tağıyeva, Səfura
Rəhimova, YAP-ın üzvü Vüqar Eyyubov, Qazax Rayon İcra Hakimiyyəti aparatında böyük
məsləhətçi Kənan Hüseynli, YAP Qazax rayon təşkilatı sədrinin müavini Məmməd Yusifov çıxış edərək partiyanın yaranma tarixi, onun keçdiyi
şərəfli inkişaf yolu haqqında danışıblar. Çıxış edənlər Azərbaycan dövlətçiliyinin formalaşmasında,
ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə
nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açıblar. Çıxışlarda
Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik
strategiyasının uğurla reallaşdırıldığı və dövrün tələbləri baxımından inkişaf
etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğu vurğulanıb. YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov tədbirə yekun
vuraraq partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir
iştirakçılarını və partiya fəallarını bir daha səmimi qəlbdən təbrik edib, müstəqil
Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulayıb. GOYEZEN.AZ
Facebook-da paylaş