Qazaxda suvarma arx və kanallarında aparılan təmizlik işləri sürətlə davam etdirilir
Kənd
təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,
xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol
oynayır. Ən əsası da respublikamızda kənd təsərrüfatının əməktutumlu
sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş
imkanı verir. Məhz bu gün ölkəmizdə aqrar sahənin əsas sahə olması, kənd təsərrüfatında
səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin böyük önəm daşıması,
istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə qatılması bu istiqamətdə
görülən işlərin əyani sübutudur və bu sahənin uğurla inkişaf etdirilməsi
deməkdir. İqtisadiyyatın
şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biri də regionların
inkişafı strategiyasının həyata keçirilməsidir. Bu baxımdan qəbul edilmiş
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi önəm daşıyır və bu proqrama
əsasən digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına
şərait yaradır. Həmçinin rayonların iqtisadi potensialının artmasına,
infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da
yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərir. Bu
baxımdan qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf
etdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu sahədə həyata
keçirilən məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam etdirilir.
Belə ki, rayonumuz nəinki aparılan tikinti-quruculuq işləri, eləcə də kənd
təsərrüfatı sahəsində qazanılan uğurları ilə bütün bölgələr arasında öncül
yerlərdə dayanır. Bunu rayonda əkin sahələrinin ildən-ilə artmasından da
aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə
18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə
2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci
ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə
21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu
ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin
sahəsi 21476,30 hektara çatdırılmışdır. İldən-ilə artan əkin
sahələrinin genişləndirilməsinin, xüsusilə də məhsuldarlığın artırılmasının
başlıca əsas səbəblərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə
təmin olunmasıdır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən hər il
suvarma arxlarının və kanallarının təmir olunması, kol-kosdan və lildən
təmizlənməsi istiqamətində tapşırıq verir, bu sahəni daim diqqət mərkəzində
saxlayır. Bu məqsədlə 2017-ci
ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78
km məsafədə təmizlənmə işinin aparılması, 2018-ci ildə də 261,19 km
məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülməsi bu
dediklərimizin əyani sübutudur. 2019-cu ildə də 266,58 km məsafədə arx və
kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 155,83 km-i əl əməyi, 110,75 km-i isə texnika
vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə
olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Payızlıq əkin
sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə
təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər
üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi
nəzərdə tutulan 266,58 km-in 51,91 km-i təmizlənib. Bunun da 26,35 km-i əl əməyi, 25,56 km-i isə texnika vasitəsilə
həyata keçirilib. Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Alpout, Abbasbəyli,
Dəmirçilər, Ürkməzli. Çaylı-Bala Çaylı kəndlərində olub,
arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb. Alpout kəndində
görülən işlərə baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, bu kənd üzrə 4,20
km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub.
Qeyd olunan məsafədən 3,20 km-i əl əməyi, 1.00 km-i isə texnika vasitəsilə təmizlənəcəkdir.
Bu günə kimi isə əməyi ilə təmizlənmiş arxın uzunluğu 0,41 km-dir. Abbasbəyli kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük
sürətlə start verilib. Təmizlənməsi nəzərdə tutulan 1,30 km məsafənin 0,30 km-i
texnika, 1,00 km-i isə əl əməyi ilə görülür. Görülən işlərlə tanış olan rayon
rəhbərinə bildirilib ki, 0,35 km əl əməyi ilə kol-kosdan və lildən təmizlənib. Dəmirçilər kəndində arx və kanalların təmizlənməsində işlər sürətlə davam
etdirilir. Görülən işlərlə tanış olan rayon rəhbərinə bildrilib ki, bu kənd digər kəndlər arasında arxın
uzunluğuna görə ən uzun məsafəsi olan kənddir. Belə ki, kənd üzrə 27,10 km
məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Qeyd
olunan məsafədən 21,40 km-i əl əməyi, 5,70 km-i isə texnika vasitəsilə
təmizlənir. Kənddə hələ ki, bu günə kimi 0,45 km arx təmizlənib ki, bu da əl
əməyi ilə həyata keçirilib. Rayon
rəhbəri Ürkməzli kəndində görülən işlərlə də
maraqlanıb. Tanışlıq zamanı qeyd olunub ki, kənd üzrə 6,40 km məsafədə arx və
kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 4,00 km-nin
texnika, 2,40 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə
kimi qeyd olunan məsafədən 0,43 km təmizlənib ki, əl əməyi vasitəsilə aparılıb. Çaylı-Bala Çaylı kəndlərində də arxlarda aparılan
təmizlik işlərinin qızğın çağıdır. Kəndlilərin də yaxından iştirak etdiyi bu
təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin olunması üçün
indidən lazımi hazırlıq işləri görülür. Digər kəndlərdə olduğu kimi, bu kənddə
də arxlar alaq otlardan, lildən təmizlənir. 25,10 km məsafədə təmizlik işlərinin
aparılması nəzərdə tutulub. 5,40 km-i texnika, 19,70 km-i əl əməyi ilə olmaqla
həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu günə kimi 3,03 km
təmizlənib ki, bunun 0,70 km-i texnika, 2,33 km-i əl əməyi ilə həyata
keçirilib. Kəndlərdə arxlarda
görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və
təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və
tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən kənd sakinləri ilə söhbət
aparıb, onların fikirlərini dinləyib. Alpout kəndində səmimi ürək sözlərini
çatdıran kənd camaatı bildiriblər ki, ötən il ölkə başçısının müvafiq
Sərəncamına əsasən kənddə artezian quyusunun qazılması, kənd sakinlərinin su
təminatının yaxşılaşdırılması dövlətin və dövlət başçısının biz sakinlərə olan
qayğısı deməkdir. Bundan əlavə, hər il arx və kanallarda həyata keçirilən bu
ümumrayon işi Qazaxda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində
atılan uğurlu addımlardan biridir. Məhz bu işlərin nəticəsidir ki, əkin
sahələrinin hektarı ildən-ilə artır, kəndli daha çox əkib-becərməyə can atır. Dəmirçilər kəndində rayon rəhbərliyini böyük
səmimiyyətlə qarşılayan kənd sakinləri əvvəlcə kəndlərinə yeni asfalt yolun
çəkilməsinə görə minnətdarlıq dolu ürək sözlərini çatdırıblar. Qeyd ediblər ki,
ölkə başçısı İlham Əliyevin bölgələrimizdə yol infrastrukturunun inkişaf
etdirilməsi istiqamətində gördüyü işləri bu gün Dəmiçilər kəndinin simasında
aydın şəkildə görmək olar. Yeni çəkilən bu yol biz kənd sakinlərinə göstərilən
yüksək diqqət və qayğının göstəricisidir. Buna görə biz kənd sakinləri bizi
arzusunda oluğumuz yola qovuşdurduğu üçün Prezident İlham Əliyevə
minnətdarlığımızı çatdırırıq. Bütün kəndlərdə suvarma
arx və kanallarının təmizlənməsini yüksək qiymətləndirən kəndlilər və
təsərrüfatla məşğul olan insanlar payızlıq əkin sahələrinin vaxtında
suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə görülən bu
işlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər. Görülən bu işlər
nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının
alındığını bildiriblər. Buna görə də istər ötən il, istərsə də bu ilin yazında
aparılan bu təmizlik işlərini kənd təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər. GOYEZEN.AZ
Alpout-Abbasbəyli kəndi
Dəmirçilər kəndi
Ürkməzli kəndi
Çaylı-Bala Çaylı kəndi
Facebook-da paylaş