İcra başçısı kəndlərdə suvarma arx və kanallarında aparılan təmizlik işləri ilə tanış olub
Ölkəmizdə mühüm sosial-iqtisadi islahatların və bu
islahatların dayanıqlı edilməsi üçün paralel olaraq həyata keçirilən hüquqi
islahatlar nəticəsində Azərbaycan həm iqtisadi, həm də digər sahələr üzrə gündən-günə
inkişaf edir. Ölkəmizin davamlı inkişafının təmin olunmasında Respublika Prezidenti
İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o
cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi
həlledici rol oynayır. Şübhəsiz olaraq bütün bunlar dünyanın bir sıra nüfuzlu
iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır və Azərbaycanın iqtisadi
inkişafı yüksək qiymətləndirilir. İslahatların uğurla reallaşdırılması nəticəsində
ölkəmizin dünyadakı nüfuzu durmadan artır, regionun siyasi, iqtisadi və mədəni
mərkəzlərindən birinə çevrilir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin
prioritet istiqamətlərindən biri də regionların inkişafı strategiyasının həyata
keçirilməsidir. Bu baxımdan qəbul edilmiş "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
uğurla icra olunur və bu proqrama əsasən digər böyük layihələrin icrası
qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradır. Həmçinin rayonların
iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin
keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir
göstərir. Bu baxımdan qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının
inkişaf etdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu sahədə
həyata keçirilən məqsədyönlü islahatlar Qazax rayonunda da uğurla davam
etdirilir. Belə ki, rayonumuz istər aparılan tikinti-quruculuq işlərinə,
istərsə də kənd təsərrüfatı sahəsində qazanılan uğurların ildən-ilə artmasına
görə bütün bölgələr arasında öncül yerlərdə dayanır. Bunu rayonda əkin
sahələrinin ildən-ilə artmasından da aydın şəkildə görmək olar. Belə ki,
2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə
20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən
yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu
rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin
işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə
müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30
hektara çatdırılmışdır. İldən-ilə əkin
sahələrinin genişləndirilməsinin, məhsuldarlığın artırılmasının başlıca
səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin
olunmasıdır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun tapşırığına əsasən hər il suvarma arxları və kanalları təmir olunur,
kol-kosdan və lildən təmizlənir. 2017-ci ildə
269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78
km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km
məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu
ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması
nəzərdə tutulmuşdur. Bunun da 155,83 km-i əl
əməyi, 110,75 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki
illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Payızlıq əkin
sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə
təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər
üzrə uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi
nəzərdə tutulan 266,58 km-in 47,75 km-i təmizlənib. Bunun da 24,26 km-i əl əməyi, 23,49 km-i isə texnika vasitəsilə
həyata keçirilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Xanlıqlar,
Ağköynək, Kosalar, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı və Canalı kəndlərində olub, arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb. Xanlıqlar kəndində görülən işlərə baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, bu
kənd üzrə 21,20 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması
nəzərdə tutulub. Qeyd olunan məsafədən 10,90 km-i əl əməyi, 10,30 km-i isə
texnika vasitəsilə təmizlənəcəkdir. Bu günə kimi isə 6,48 km arx təmizlənib ki,
bunun da 4,90 km-i texnika vasitəsilə, 1,58 km-i isə əl əməyi ilə həyata
keçirilib. Ağköynək kəndində də arx və kanallarda aparılan təmizlik işlərinə böyük sürətlə
start verilib. Təmizlənməsi nəzərdə tutulan 16,20 km məsafənin 7.00 km-i
texnika, 9,20 km-i isə əl əməyi ilə görülür. Görülən işlərlə tanış olan rayon
rəhbərinə bildirilib ki, 0,96 km-i texnika vasitəsilə, 1,80 km-i əl əməyi ilə
olmaqla, artıq 2,76 km məsafə kol-kosdan, lildən təmizlənib. Kosalar kəndi üzrə 24,80 km məsafədə arx və kanallarda təmizlik işlərinin
aparılması nəzərdə tutulub. Qeyd olunan məsafədən 18,00 km-i əl əməyi, 6,80
km-i isə texnika vasitəsilə təmizlənir. Bu günə kimi isə 6,86 km arx təmizlənib
ki, bunun da 4,69 km-i texnika vasitəsilə, 1,90 km-i isə əl əməyi ilə həyata
keçirilib. Rayon rəhbəri Yuxarı Salahlı kəndində görülən işlərlə də maraqlanıb.
Tanışlıq zamanı qeyd olunub ki, kənd üzrə 26,60 km məsafədə arx və kanallarda
təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bunun da 16,10 km-nin texnika,
8,50 km-nin isə əl əməyi ilə təmizləndiyi qeyd olunub. Artıq bu günə kimi qeyd
olunan məsafədən 3,33 km təmizlənib ki, 0,88 km-i texnika, 2,45 km-i əl əməyi
vasitəsilə aparılıb. Birinci Şıxlı kəndində də
arxlarda aparılan təmizlik işlərinin qızğın çağıdır. Kəndlilərin də yaxından
iştirak etdiyi bu təmizlik işlərində əkin sahələrinin bol suvarma suyu ilə təmin
olunması üçün indidən lazımi hazırlıq işləri görülür. Digər kəndlərdə olduğu
kimi, bu kənddə də arxlar alaq otlardan, lildən təmizlənir. 8,40 km məsafədə
təmizlik işlərinin aparılması nəzərdə tutulub. 6,20 km-i texnika, 2,20 km-i əl
əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start verilib. Bu
günə kimi 1,40 km təmizlənib ki, bunun 0,10 km-i texnika, 1,30 km-i əl əməyi
ilə həyata keçirilib. İkinci
Şıxlı kəndində arxlarda aparılan təmizlik işləri ilə
tanışlıq zamanı icra başçısına məlumat verilib ki, ötən il olduğu kimi, bu il
də işlərə böyük sürətlə start verilib. Qeyd edilib ki, kənd üzrə 11,60 km
məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. 5,10
km-in texnika, 6,50 km-in isə əl əməyi ilə təmizlənəcəyi çatdırılıb. Texnikanın
işləyə bilmədiyi yerlərdə kənd sakinlərinin iştirakı ilə əl əməyinin gücündən
istifadə edildiyi bildirilib. Bu günə kimi 7,02 km-in təmizləndiyi, 3,95 km-in
texnika, 3,07 km-in əl əməyi ilə aparıldığı vurğulanıb. Canalı kəndində də arx və kanalların vaxtında təmizlənməsi, payızlıq taxıl
sahələrinin suvarılması üçün məqsədyönlü işlər görülür. Bu kənddə də 10,83 km
məsafədə təmizlik işlərinin aparılması nəzərdə tutulub. 2,60 km-i texnika, 8,23
km-i əl əməyi ilə olmaqla həyata keçirilən işlərə ilk gündən sürətlə start
verilib. Bu günə kimi 1,10 km təmizlənib ki, bunun 0,14 km-i texnika, 0,96 km-i
əl əməyi ilə həyata keçirilib. Kəndlərdə arxlarda
görülən işlərlə tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və
təmizlik işlərinin keyfiyyətlə aparılmasını bildirib. Bəzi tapşırıq və
tövsiyələrini verib. İşlərdə yaxından iştirak edən sadə kəndlilərlə söhbət
aparıb, onların fikirlərini dinləyib. Payızlıq əkin
sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması
məqsədilə suvarma arx və kanallarının təmizlənməsini yüksək qiymətləndirən
kəndlilər və təsərrüfatla məşğul olan insanlar görülən bu işlərə görə rayon
rəhbərliyinə minnətdarlıq ediblər. İstər ötən il, istərsə də bu ilin yazında
aparılan bu təmizlik işləri nəticəsində həm suyun ötürücülük gücünün artdığını,
həm də su itkisinin qarşısının alındığını bildiriblər. Ümumilikdə, kənd
təsərrüfatının su ilə təmin olunması istiqamətində rayon rəhbərliyinin
təşəbbüsü ilə həyata keçirilən bu ümumrayon işini rayonda kənd təsərrüfatının
inkişafı istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndiriblər. GOYEZEN.AZ
Ağköynək-Xanlıqlar kəndi
Kosalar kəndi
Yuxarı Salahlı kəndi
Birinci Şıxlı kəndi
İkinci Şıxlı kəndi
Canalı kəndi
Facebook-da paylaş