• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər


Respublikamızda 5 ildir ki, "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsi artıq ənənə şəklini alıb. Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Azәrbaycan Prezidenti İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Gənclər regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət abidələri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları ilə tanış olurlar.

Ölkə başçısının tapşırığına əsasən noyabr ayının 14-17 və 18-21 tarixlərini əhatə edəcək növbəti 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən, məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 mindən çox olacaq.

IX-XI sinif şagirdlərinin iştirakı ilə reallaşdırılan bu tur-aksiyalara qazaxlı məktəblilər də qatılıblar.

Bu gün səhər saatlarında "Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edən 40 nəfər məktəbli və təhkim olunmuş şəxslər ulu öndərin adını daşıyan Heydər Əliyev parkına toplaşıblar. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş şagirdlərin üzlərində sevinc, təbəssüm var idi. Üzərinə "Qazax" sözləri yazılmış gödəkcələr geyinmiş şagirdlər deyib-gülür, tur-aksiya barədə danışırdılar.

Tur-aksiyada iştirak edən məktəblilərin yolasalma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri, rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər, valideynlər də iştirak ediblər.

Əvvəlcə rayon rəhbərliyi, məktəblilər və müəllimlər ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad ediblər. Sonra ulu öndərin adını daşıyan Mərkəzdə olub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə bir daha nəzər salıblar.










Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müavin Gulaya Həsənova, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı yolasalma mərasimində məktəblilərə xoş istirahət və rayonumuza qələbə sevinci ilə qayıtmağı arzulayıblar.

Məktəblilər və uşaqlarını yola salan valideynlər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Xatirə şəkilləri çəkdirdikdən sonra tur-aksiya iştirakçıları avtobusa əyləşərək səhər saat 08:00-da Heydər Əliyev parkından yola düşüblər.

Məlumat üçün bildirək ki, rayonumuzun müxtəlif məktəblərindən olan 40 nəfər şagird noyabrın 14-dən 17-nə kimi Lənkəran-Masallı-Astara rayonlarının gəzməli, görməli, tarixi yerlərinə səfər edəcək, bölgə ilə əyani tanış olacaq, rayonların sosial, iqtisadi və mədəni həyatı barədə məlumat alacaqlar. Tur-aksiya çərçivəsində şagirdlər intellektual oyunlarda da iştirak edəcəklər.












GOYEZEN.AZ

 



Facebook-da paylaş