• Təqvim

  • Unutma

  • Maraq



6 saylı körpələr evi-uşaq bağçasında işlərin xeyli hissəsi görülüb


Bu gün sevindirici haldır ki, Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin siyahısında bağçaların tikilməsinə və yaxud da əsaslı şəkildə yenidən qurulmasına da rast gəlinir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz gələcəyimiz olan körpələrimiz üçün yaradılan şəraitdir. Belə ki, bu gün tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda olduğu kimi icra edən rayon rəhbəri istiqamətdə məqsədyönlü işlər görür.

Son iki il yarım ərzində rayon rəhbərinin uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Rayonda olan həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, eyni zamanda, ötən ay istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən həmin işlərin əyani sübutudur.

Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir. Şəhərdə yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 3 aya yaxındır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri tam başa çatıb. Bundan başqa, otaqlara qapı və pəncərələr qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşıb.

İş icraçısı qeyd edib ki, binanın daxilində və həyətində tikinti işləri paralel şəkildə aparılır. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və hazırda tamet döşənməsi davam edir. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilir ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub. Hazırda döşəməyə tamet döşənir. Bundan əlavə, bağçanın kənarına hasar çəkilməsi işi də davam edir.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.








































GOYEZEN.AZ



Facebook-da paylaş