• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Xanlıqlar kənd sakini, II qrup əlil Abbasova Ləman Rəfail qızının işlə təmin olunmasına köməklik edilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri Məşğulluq Mərkəzində qeydiyyata yazılmasını tövsiyə edib.

Şəhər sakini, II qrup əlil Həsənova Solmaz Məcid qızı evinin təmirinə və kanalizasiya xəttinin çəkilməsinə  köməklik olunmasını xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri yerində baxış keçirilməsini aidiyyəti üzrə tapşırıb.

Qarapapaq kənd sakini Zeynalova Səadət Pənah qızı Rusiya vətəndaş olan qızının işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa bildirilib ki, övladı xarici ölkə vətəndaşı olduğu üçün əvvəlcə Azərbaycan vətəndaşlığını almalı, eyni zamanda da təhsil aldığı diplomu tanıtmalıdır. Bununla bağlı aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.

Şəhər sakinləri Musayeva Xəyalə Müqabil qızının, Quliyeva Samirə Ələddin qızının, Orucova Natavan Qələndər qızının, Mehdiyev Elnur Mehrac oğlunun, Orta Salahlı kənd sakini Hacıyev Həsən Mehralı oğlunun, Ürkməzli kənd sakini İbrahimova QəndəfFərhad qızının, Ağstafa şəhər sakini Əhmədov Ziya Tahir oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.




GOYEZEN.AZ



Facebook-da paylaş