• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Şəhər sakinlərindən Babacanova Səadət Şahin qızının və Bayramova Lalə Vova qızının sığınacaqla bağlı müraciətini diqqətlə dinləyən icra başçısı qaldırdıqları məsələyə baxılacağını bildirib.

Şəhər sakinlərindən Mehmanova Xalidə Novruzəli qızının, Osmanova Cahan Dilənçi qızının, İkinci Şıxlı kənd sakini Ömərova Aidə Rafiq qızının, Amil Məmi oğlu İbrahimovun qızının və gəlninin işlə təmin olunmalarına köməklik edilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri Məşğulluq Mərkəzində qeydiyyata yazılmalarını və dövlət qulluğuna imtahanda iştirak etmələrini təklif edib.

Hüseynbəyli kənd sakini Abdullayeva İradə Tofiq qızı ünvanlı sosial yardımla təmin olunmasına köməklik edilməsi barədə müraciət edib. Vətəndaşa sənədlərini toplayaraq aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.

Şəhər sakinləri Cəfərova Rəna Tapdıq qızının, Xəlilova Təranə Məmməd qızının, Əsədova Reyhanə Rahid qızının, Kosalar kənd sakini Yusifov Ramiz Yusif oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.





GOYEZEN.AZ



Facebook-da paylaş