Vətəndaşların müraciətlərinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin
həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını alıb.
Məhz bunun nəticəsidir ki, hər bir vətəndaş yazdığı məktuba, ünvanladığı
müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir. Ona görə də vətəndaşlar
ürəklə onları narahat edən məsələləri icra aparatına bildirirlər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu
gün şəhərin Heydər Əliyev prospekti 179 ünvanında yerləşən doqquzmərtəbəli
binada yaşayan sakinlərin müraciətinə əsasən yerində baxış keçirməsi və onları
narahat edən məsələləri dinləməsi bunun bariz nümunəsidir. Rayon rəhbəri dövlət
başçısı İlham Əliyevin Qazaxda çoxmənzilli binaların əsaslı şəkildə təmir
olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın son iki
il yarım ərzində uğurla icra edildiyini bildirib. Həmin Sərəncama əsasən 100-ə
yaxın çoxmənzilli yaşayış binasının fasadında, bloklarında pilləkan
qəfəslərində su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə
və həyətlərində abadlıq işlərinin aparıldığını, 3 çoxmənzilli yaşayış binasının
həyətində isə xeyir-şər evlərinin tikildiyini və təmir olunduğunu bildirib. İcra
başçısı bildirib ki, ölkə başçısının respublikanın şəhər və rayonlarında
çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər
haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamı da bu
istiqamətdə görülən işlərin uğurla davam etdirilməsi deməkdir. Vətəndaşların
binanın həyətində işıq çəkilməsi, sel sularının qarşısının alınması və digər
məsələlərlə ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı aidiyyəti
təşkilatların rəhbərlərinə tapşırıq verib. Rayon rəhbəri bu binada da əsaslı
təmir işlərinin aparılmasının nəzərdə tutulduğunu və digər binalar kimi bu
binanın da yüksək səviyyəyə çatdırılacağını qeyd edib. Sakinlərin
binanın balansa alınması ilə bağlı müraciətinə cavab olaraq rayon rəhbəri artıq
bu məsələnin həll olunduğunu bildirib. Qeyd edib ki, cari ildə rayonda 7 bina
balansa götürülüb ki, onlardan biri də Heydər Əliyev prospektində yerləşən 179
nömrəli binadır. Bina sakinlərindən
Reyhan Vəliyeva, Afət Əsgərzadə, Ülviyyə Poladova, Validə Vəliyeva, Şahin
Əliyev və başqaları onların istəyini nəzərə alıb qeyd olunan ünvana gəlməsini,
müraciətlərinə dərhal münasibət bildirməsini razılıq hissi ilə qarşılayıblar. Bildiriblər
ki, fəaliyyətə başladığınız ilk gündən biz sizin qayğınızı hiss etmişik. Sizin
hər gəlişinizlə bizim qayğılarımız aradan qaldırıldı. Uzun illərdən bəri liftlə
bağlı məsələmiz köklü şəkildə öz müsbət həllini tapdı. Bu gün də bizim
müraciətimizə əsasən qayğılarımızla maraqlanmağa, yerində tanış olmağa
gəlmisiniz. Bütün bunlar isə ölkə başçısının siyasətinin əsasını təşkil
edən vətəndaş amilinin Qazaxda həmişə ön planda olması deməkdir. Əsasını ulu
öndərin qoyduğu dövlət siyasətinin və inkişaf strategiyasının bu gün onun
layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
əyani sübutudur. Rayonda bütün sahələrin uğurla inkişaf etdiyini bildirən bina sakinləri ötən iki il yarım ərzində Qazaxda həyata
keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını
qeyd ediblər. Respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı
işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün bina sakinləri adından
dərin minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərliyinə sonsuz təşəkkürlərini
çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş